Bakı Biznes Mərkəzi — Bakıda, Neftçilər prospektində yerləşən biznes və sərgi mərkəzi.
Bakı Biznes Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Ünvan | Neftçilər prospekti, 44 |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Koordinatlar | 40°22′09″ şm. e. 49°50′40″ ş. u. |
Açılma | 12 mart 2010[1] |
Sahibi | Azərbaycan İqtisadiyyat Nazirliyi[2] |
Texniki detallar | |
Mərtəbə sayı | 3 |
Mərtəbə sahəsi | 4664 m2 |
Veb-sayt | |
bbm-az.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı şəhərində, Dənizkənarı Milli Parkda inşa olunmuş Bakı Biznes Mərkəzinin açılışı 2010-cu il martın 12-də olmuşdur. Həmin gün burda "Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr edilmiş konfrans keçirilmişdir.[3] Konfransda iştirak edən Prezidenti İlham Əliyev eyni zamanda Bakı Biznes Mərkəzinin açılışını edib.[1]
Ümumi sahəsi 4664 kvadratmetr olan üçmərtəbəli Bakı Biznes Mərkəzinin 2025 kvadratmetrlik birinci mərtəbəsində sərgi salonu yerləşir. Burada iştirakçıların sayı 300 nəfərədək olan müxtəlif tədbirlər, konfranslar təşkil etmək mümkündür. Salonda İtaliyadan gətirilmiş müasir texnika — tərcümə avadanlığı, səsgücləndirici qurğular, monitor və proyektorlar quraşdırılmışdır.
Sahəsi 1721 kvadratmetr olan binanın ikinci mərtəbəsində isə on iki, iyirmi beş və əlli nəfərlik üç görüş və konfrans zalları, 250 yerlik restoran var.
Sahəsi 918 kvadratmetr olan üçüncü mərtəbədə 8 ofis və görüş otaqları var.
Binanın bütün mərtəbələrində müasir mebellər və avadanlıq quraşdırılıb, liftlər və eskalatorlar işləyir.
İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-də