Paraşüt qülləsi — Azərbaycanın Bakı şəhərində yerləşən, hazırda saat qülləsi olan tikili. Qüllə Bakı bulvarında yerləşir.
Paraşüt qülləsi | |
---|---|
| |
Keçmiş adları | Bakı paraşüt qülləsi |
Ümumi məlumatlar | |
Status | Tamamlandı |
Yerləşmə | Bakı bulvarı |
Ünvan | Neftçilər prospekti |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Koordinatlar | 40°22′06″ şm. e. 49°50′38″ ş. u.HGYO |
Təməlatma | 1936 |
Yenilənib | 2012 |
Hündürlük | |
Hündürlük | 75 metr |
Dizayn və konstruksiya | |
Memar | "Bakı işçisi" zavodunun konstruktor bürosunun mütəxəssisləri |
Vikianbarda əlaqəli mediafayllar |
Dənizkənarı parkın ərazisində Sovet dövründə ilk əhəmiyyətli obyekt 1936-cı ildə tikilmiş paraşüt qülləsi hesab edilir.[1] 75 metr hündürlüyündə olan qüllə bütün Sovet İttifaqı ərazisində ən hündürü hesab edilirdi.[1] Bu qüllə Bakı Şəhər Sovetinin təşəbbüsü ilə "Bakinskiy Raboçiy" maşınqayırma zavodunda hazırlanmışdır.[1] Paraşütdən tullanmaq idman növünə marağı olan hər kəs buradan istifadə edirdi. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri də keçirilirdi.[1] Paraşüt qülləsinə 20, 25, 60 metrlik yüksəkliklərdən tullanmaq imkanı var idi.[1] 1960-cı illərdə burada bədbəxt hadisə baş verdikdən sonra qüllə fəaliyyət göstərmədi.[1] Lakin qüllə sökülmədi, keçmişin bir xatirəsi olaraq saxlanıldı.[1] 2008-ci ildən qüllənin üzərindəki lövhədə vaxt, küləyin gücü, havanın və dəniz suyunun istiliyi göstərilir.[1]