Dəniz Mall — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən ticarət mərkəzi.[3]
Dəniz Mall | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Tikilmə tarixi | 1 iyun 2020[1] |
Memar | Tim Karran (Chapman Taylor)[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır.[2] Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib.[2]
Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür.[2]
Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi.[2] Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır.[2]
Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.[4]