Kiçik Venesiya
| |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
İnşaatçı | Əliş Ləmbəranski |
Tikilmə tarixi | 1960 |
Ümumi sahəsi | 9,740 m2 |
Aidiyyatı | Dənizkənarı Milli Park |
Status | Fəaliyyət göstərir |
Kiçik Venesiya Vikianbarda |
"Kiçik Venesiya" — Bakı şəhərində, Dənizkənarı Milli Parkın ərazisində yerləşən və gəzinti üçün nəzərdə tutulmuş su kanalları sistemi.[1] İtaliyada yerləşən Venesiya şəhərinin bir parodiyası olan[2] "Kiçik Venesiya" 1960-cı ildən bəri mövcuddur[3] və Bakı bulvarının bir parkıdır.[4] "Kiçik Venesiya" parkının kanallarının ümumi uzunluğu 1350 metr, dərinliyi isə 1.3 metrdir. Kanalları doldurmaq üçün 7 min m3 sudan istifadə olunur.[5] Parkın ümumi sahəsi sahəsi 9,740 kvadrat metrdir.[6]
1960-cı ildə istifadəyə verilmişdir.[7]
10 iyun 2015-ci ildə burada Avropa Qonaqpərvərlik Klubunun açılışı olmuşdur.
2011-ci il martın 30-da ölkə başçısı İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş vermişdir.[7] Ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə həmin ilin iyununda başlanmışdır. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunmuşdur.[8]
Şəhəcik əsaslı yenidənqurmadan sonra 28 may 2012-ci ildə istifadəyə verilmişdir.[7]
Əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilmiş, yeni qayıqlar gətirilmiş, əlavə körpülər və iki restoran ("Şərq" və "İtaliya" restoranları[8]) inşa edilmişdir.[7] Restoranlardan birində Qərb, digərində isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edilir.[7]