"Qu quşları" fəvvarə kompleksi

"Qu quşları" fəvvarə kompleksiAzərbaycanın Bakı şəhərində yerləşən fəvvarə kompleksi. Kompleks Bakı bulvarında yerləşir.

"Qu quşları" fəvvarə kompleksi
2018-ci ildə "Qu quşları" fəvvarə kompleksi
2018-ci ildə "Qu quşları" fəvvarə kompleksi
Ümumi məlumatlar
Növü Fəvvarə
Ölkə Azərbaycan
Şəhər Bakı
Açılma 1960-cı illər
Dizayn və konstruksiya
Memar Murad Sücəddinov

Fəvvarə kompleksi 1960-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir.[1]

Fəvvarə şair Nizami Gəncəvi və bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poemasıbaletindən ruhlanaraq yaradılmış və 7 qu quşu heykəlindən ibarət idi.[2]

2007-ci ildə Dənizkənarı Bulvarda aparılan yenidənqurma işlərindən sonra "Qu quşları" fəvvarəsinin yerinə yeni fəvvarə kompleksi yaradıldı.[2] 2018-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltaraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb.[2]

  1. "Легендарый фонтан с лебедями на бакинском бульваре (ФОТО)". azerhistory.com. azerhistory.com. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2020.
  2. 1 2 3 ""QU QUŞLARI" FƏVVARƏ KOMPLEKSİ". bulvar.gov.az. bulvar.gov.az. 2020-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]