Bakı Cihazqayırma Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.
Bakı Alət zavodu 1941-ci ildə Azərneft kombinatının "AzNeftMaş" trestinin tərkibində yaradılmış və 1942-ci ildən fəaliyyətə başlamışdır.
6 oktyabr 1993-cü il tarixdən Bakı Cihazqayırma Zavodu adı altında "Geofizcihaz" İB-nin tərkibində Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur.
2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.[1]