Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci (Əvvəlki adı:Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi[1]

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci
Əsası qoyulub 26 avqust 2002
Tip orta-ixtisas təhsili müəssisəsi
Şəhər Abşeron rayonu
Ölkə
Ünvan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami 28-ci məhəllə

26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Plan-Uçot Texnikumunun bazasında Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci yaradılmışdır[2].

11 iyul 2020-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.[3]

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[4]

*Ailə və ev təhsili;

*Məktəbəqədər təlim və tərbiyə;

*Kitabxana-informasiya təminatı;

*Arxiv işi və kargüzarlığ;

*Mühasibat uçotu;

*Maliyyə işi;

*Bank işi;

*Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə;

  1. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine  (az.)</re
  2. "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli Qərarı. Arxivləşdirilib 2021-05-07 at the Wayback Machine  (az.)
  3. "Arxivlənmiş surət" (PDF). 2021-04-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-11.
  4. 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. [ölü keçid]  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]