Zeynal Mədət oğlu Həsənalıyev (20 yanvar 1953, Ələyəz, Mikoyan rayonu) — Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı (2006-2022), tarix elmləri doktoru, Beynəlxalq münasibətlər kafedrasının professoru[1].
Zeynal Həsənalıyev | |
---|---|
Doğum tarixi | 20 yanvar 1953 (71 yaş) |
Doğum yeri | |
Elm sahələri | Tarix, Beynəlxalq münasibətlər |
Elmi dərəcəsi | Tarix elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
Zeynal Həsənalıyev 1953-cü il yanvarında Dərələyəz mahalının Ələyəz kəndində anadan olub[2]. Orta məktəbi Dərələyəz mahalının Qovşuq kəndində bitirmişdir.
1976-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olur. Daha sonra həmin ixtisas üzrə universitetin aspiranturasına daxil olur.
O, Səfəvi dövlətinin tarixi, inkişafı diqqətini cəlb edir, çətin bir tədqiqat yoluna qədəm qoyur. Beləliklə, 1991-ci ildə "Səfəvi dövlətinin ictimai-siyasi vəziyyəti (Alman səyyahı Adam Oleyarinin məlumatları əsasında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 2005-ci ildə isə "Səfəvi dövləti XXVII əsrdə (Avropa səyyahlarının məlumatları əsasında)" doktorluq işini müdafiə edir.
1982-ci ildə BDU-nun Tarix fakültəsinin Qədim Dünya və Orta Əsrlər Tarixi kafedrasında baş laborant vəzifəsinə təyin olunur. Doğma universitetdə laborant vəzifəsindən müəllim, baş müəllim, dosent, professor vəzifələrinə öz zəhməti, öz qabiliyyəti ilə gəlib çıxan bu adam 2006-cı ildən 2022-ci ilədək Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə tarix elmləri doktoru, professor Zeynal Həsənalıyev rəhbərlik etmişdir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə" görə "Tərəqqi" medalı ilə təltif olunub.