Balakən Katex ekogeokimyəvi landşaft rayonu - Bu ərazidə Böyük Qafqazın cənub yamacı ərazisi üçün səciyyəvi olan bütün duzlaşma tiplərinə,tipomorf makroionlara görə ayrılmış bütün geokimyəvi landşaft siniflərinə təsadüf edilir.
Rayon ərazisinin şimal hissəsində əsasən sulfatli maqneziumlu natriumlu,cənubunda isə sulfatlı natriumlu kalsiumlu və sulfatlı kalsiumlu natriumlu duzlar üstünlük təşkil edir.Ərazinin təbii sularının tərkibi Zaqatala,Qax və Qəbələ bölgələrinin təbii sularının ion tərkibi bir-birinə müəyyən qədər yaxındır.Balakən və Oğuzun təbii suları sulfatlı-natriumlu və kalsiumlu,Zaqatala Qax və Qəbələnin təbii suları kalsiumlu-hidrokarbonatlı və sulfatlıdır.
Ərazidə yayılmış geokimyəvi cəhətdən zəngin süxurların litoloji tərkibinin müxtəlifliyi geokimyəvi şəraitin rəngarəngliyinə səbəb olur.Lakin Katsdağ ,Kasmalo,Filizçay,Katex və s. sahələrdə faydalı qazıntı yataqlarının kəşfiyyatı ilə əlaqədar olaraq bu süxurların üzərinin açılması və səthə çıxarılması ilə ekoloji şərait daha da mürəkkəbləşir.Mühitdə misin çoxluğu heyvanlarda əmələ gələn bir sıra xəstəliklərdə (qara ciyərin atrofiyası və s.) özünü göstərir.Molibden artıqlığı isə heyvanlar arasında endemik molibden toksikozuna,insanlarda isə endemik molibden toksikozuna,insanlarda isə endemik podaqra xəstəliyinə səbəb olur.[1]