Balkan mətbəxi

Balkan mətbəxinə aid süfrə.

Balkan mətbəxiBalkan regionuna xas olan mətbəx. Balkan mətbəxi həm Avropa mətbəxinin, həm də Qərbi Asiya mətbəxinin xüsusiyyətlərini daşıyır. Balkan mətbəxi Balkan yarımadasında yerləşən ölkələrin mətbəxlərni əhatə edir və Albaniya, Bolqarıstan, Türkiyə, Rumıniya, Yunanıstan, eləcə də, keçmiş Yuqoslaviya kimi ölkələrin mətbəxlərini özündə birləşdirir. SloveniyanıXorvatiyanın daxili şimal bölgələrini də Balkan mətbəxinə aid edirlər.[1] Qaraçıların mətbəxi də Balkan mətbəxinə aid yeməklər ehtiva edir.[2]

İkinci Dünya müharibəsindən sonra baş verən miqrasiya nəticəsində Vyana Balkan mətbəxinin yayıldığı şəhərlərdən birinə çevrilmişdir.[3] Almaniyada Balkan mətbəxindən təamlar servis edən restoranlar yerləşir: Yuqoslav müharibələrinə qədər bu restoranlar yuqoslav restoranları kimi tanınırdı.[4] 1960-cı illərdə Qərbi Almaniyada Balkan qrilləri yayılmış, Almaniyada çevapçiçilər populyarlaşmışdır. Lakin 1980-ci illərdən onların sonra populyarlığı azalmışdır.[5]

Balkan yarımadası tez-tez xarici ölkələrin hakimiyyəti altında olmuşdur. Bu səbəbdən baş verən mədəni mübadilələr səbəbilə Balkan mətbəxində müxtəlifliyə rast gəlinir.[6] Müasir Balkan mətbəxinin tarixi əsası Osmanlı mətbəxi ilə əlaqədardır. Osmanlı mətbəxinin özü isə ərəb-levant mətbəxindən və orta əsrlərin Bizans mətbəxindən təsirlənmişdir.[7] Osmanlı imperiyası Balkan regionunda bibərdən istifadəni yaymış, börək kimi yeməkləri tanıtmışdır. Osmanlı hakimiyyəti dövründə region çevapipleskavitsa kimi yeməklərlə yanaşı türk qəhvəsi də tanış olmuşdur.[8] Eyni zamanda donuz əti Serbiyanın şimalında populyar olmuşdur, çünki Osmanlının islam qanunlarına görə donuzlara görə vergi alınmırdı.[6]

Balkan mətbəxinin komponentləri ənənəvi yunan, fars, ərəb, türk mətbəxlərindən, eləcə də, Balkan regionun özündən götürülmüşdür.,[9] Aralıq dənizi mətbəxi, erməni mətbəxi, şimal-qərbi Afrika mətbəxi və mərkəzi Avropa mətbəxləri də Balkan mətbəxinin formalaşmasına təsir göstərmişdir. Bənzər komponentlərə alman, macarslavyan mətbəxlərində rast gəlinir.[10] Avstriya, Macarıstan və İtaliyanın Balkan yarımadasına müdaxiləsi çörəkli ət xörəkləri və qulyaşın, eləcə də, dəniz yeməklərinin populyarlaşmasına səbəb olmuşdur.[8] Fars mətbəxinin təsiri ət yeməklərində qatığın istifadəsində görmək mümkündür.[11] Yəhudi mətbəxinin də Balkan mətbəxi üzərində kiçik təsiri olmuşdur: Bosniya və Herseqovinada yeyilən patispanya bu təsirə bir nümunədir.[12]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Balkan mətbəxi müxtəlif, güclü və ədviyyatlı yeməklərlə xarakterizə olunur.[13] Turşu tərəvəzlər və kiçik acı bibərlər əsas inqredientlərdir.[14] Feta pendiri də populyar inqredientlərdən biridir.[1] Yeməklər tez-tez saxlanılmış tərəvəzlərdən hazırlanır.[8] Məsələn, sarma bankaya qoyulmuş üzüm yarpalarından bişirilir.[15] Badımcan və ya kartofdan hazırlanan musaka populyar yeməklərdən biridir.

Bir çox yemək kaymak kimi tanınan qalın kremlə servis olunur. Yumurta və limon sousu olan avqolemono geniş istifadə olunur.[16] Məzə Qafqaz və Levant mətbəxlərində olduğu kimi iştah açıcı kimi servis olunur.[17] Populyar desertlərə paxlavahalva daxildir.[1] İçkilərdən tez-tez rakiya içilir.

Daxil olan mətbəxlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Bradatan, Cristina E. "Cuisine and Cultural Identity in Balkans". Anthropology of East Europe Review. 21 (1). January 2003: 43–47.
  2. Sullivan, Meghan Collins. "Introducing Roma Cuisine, The Little-Known 'Soul Food' Of Europe". NPR. 16 May 2014. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2024.
  3. Brook, Stephen. DK Eyewitness Travel Guide: Vienna. Dorling Kindersley Ltd. 2012. səh. 200. ISBN 9781409384397.
  4. Heinzelmann, Ursula. Food Culture in Germany. ABC-CLIO. 2008. səh. 124. ISBN 9780313344947.
  5. Stefanov, Nenad; Radović, Srdjan. Boundaries and Borders in the Post-Yugoslav Space: A European Experience. Walter de Gruyter. 2021. 265–7. ISBN 9783110712766. 2023-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  6. 1 2 Garcevic, Srdjan. "Delicious Histories of Favourite Balkan Foods". Balkan Insight. 31 December 2018. 20 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2024.
  7. Gostin, Alina-Ioana; Bogueva, Diana; Kakurinov, Vladimir, redaktorlar Nutritional and Health Aspects of Food in the Balkans. Academic Press. 2021. 21–22. ISBN 9780128207864.
  8. 1 2 3 Bills, John William. "7 Things You Didn't Know About Balkan Cuisine". The Culture Trip. 29 August 2018. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2024.
  9. Miljkovic, Ema. The Balkans: Everyday Life and Culture. Livre de Lyon. 2020. səh. 3. ISBN 9782490773459.
  10. Byrd, Melanie; Dunn, John P. Cooking through History: A Worldwide Encyclopedia of Food with Menus and Recipes. ABC-CLIO. 2020. səh. 302. ISBN 9781610694568.
  11. Roufs, Timothy G.; Roufs, Kathleen Smyth. Sweet Treats around the World: An Encyclopedia of Food and Culture. ABC-CLIO. 2014. səh. 24. ISBN 9781610692212.
  12. Goldstein, Darra; və b. Culinary Cultures of Europe: Identity, Diversity and Dialogue. Council of Europe. 2005. səh. 384. ISBN 9789287157447.
  13. Gostin, Alina-Ioana; Bogueva, Diana. Gostin, Alina-Ioana; və b. (redaktorlar ). Nutritional and Health Aspects of Food in the Balkans (ingilis) (1st). LIT Verlag. 2021. 9–20. ISBN 9780128207826. 2023-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  14. Dalby, Andrew; Dalby, Rachel. Gifts of the Gods: A History of Food in Greece. Reaktion Books. 2017. 155, 184. ISBN 9781780238630.
  15. Carman, Tim. "Prepping Balkan cuisine for its Capitol Hill debut". Washington Post. 22 January 2013. 16 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2024.
  16. Kaneva-Johnson, Maria. Balkan Food and Cookery. 1995. səh. 349. ISBN 0-907325-57-2.
  17. Coxall, Malcolm. 1.1 History of the tapa // Traditional Vegetarian Tapas Recipes of Spain. Malcolm Coxall. 2014. ISBN 9788494178337.