Barmaq — artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri.
Addım kimi artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri də barmaqdır. Hələ qədim şumerlərin yaratdıqları "Əkinçinin təqvimi"ndən görünür ki, onlar da barmaqdan ölçü vahidi kimi istifadə etmişlər. S.N.Kramer həmin təqvimin mətnini tərcümə edərkən "qarış" kimi barmaq sözünü də orijinalda olduğu kimi saxlamışdır. "Əkinçiyə hər qarış torpağı səkkiz şırım etmək məsləhətdir. O, elə etməlidir ki, toxumlar torpağa "iki barmaq" dərinliyində düşsün".
Barmaq, adından da göründüyü kimi, bir barmağın uzunluğuna bərabərdir: "Kərim baba çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü".Burada barmaq eninə olaraq nəzərdə tutulur.Yəni başı aşağı deyil yana baxacaq şəkildə göstərilməlidir
Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 456. ISBN 978-9952-34-152-2