Batman – Şərq metrologiyasında geniş yer tutan qədim çəki vahidi.
Batman Girvənkədən böyük çəki vahididir. Kitabi Dədə Qorqud dastanlarında “Kafər altmış batman kür salardı”, “Hər atanda on iki batman taş atardı” və s. şəkildə adı çəkilir. Orta əsr mənbələrində “batman” “man” termini ilə yanaşı işlənmişdir. “Batman” ölçüsü müasir sorğu kitablarında bir qayda olaraq 20 girvənkəyə və ya 8 kiloqrama bərabər tutulur. Əslində isə batman (man) öz real ölçüsünə görə fərqlənir. Bu isə ölçü sisteminin vahid standartı olmadığından irəli gələn qüsur idi. Tədqiqatçılar hələ X əsrdə şərqdə müxtəlif man (batman) ölçüləri olduğunu və lap yaxın dövrlərə qədər geniş istifadə edildiyini qeyd edirlər. Lakin ticarət münasibətlərinin inkişafı ölçülərin islahatını tələb edirdi. Belə islahatlardan biri 1300-cü ildə Hülakü hökmdarı Qazan xan dövründə (1295-1304) aparılmış və Təbrizdə bir batman (man) 260 dirhəmə (832 qr) bərabər tutulmuşdur. Səfəvilər dövründə 832 qramlıq batman artıq işlək deyildi.
Batmandan da girvənkə kimi çox geniş istifadə olunmuşdur.
"Ağır otur, batman gəl" deyimi də bununla bağlı yaranmışdır.