Bayandur xan

Bayandur xan — türk əfsanələrində adı çəkilən əfsanəvi xaqan. Bayundur (Bayındır) Xan olaraq da bilinir. Türk xalqlarının qədim tarixi abidəsi olan Qorqud Ata (Dədə Qorqud) əhvalatlarında Xanlar Xanı olaraq təyin olunar. Lakin boylarda onun yalnız adı çəkilir. Əsərin əsas qəhrəmanı isə Qazan xan və onun ətrafında birləşən bahadırlardır.[1] "Oğuz еli" dövlət quruluşunun başında durur. Göründüyü kimi, Azərbaycan-türk yazılı abidələrində Bayandurun adı antroponim, gah da etnonim kimi qeyd olunur. Bayandur tayfasının başçısıdır.

Bayandur xan
Əsər Kitabi-Dədə Qorqud
Məlumat
Cinsi Kişi
Vikimənbənin loqosu Bayandur xan Vikimənbədə

Bayandur xan hökm etdiyi xalqa hər il böyük mərasim təşkil, yemək və içki yağma etdirər. Adının mənasını baxıldığında ölkəni dirlik və nizam içində tutan, inkişaf etdirən, sivilizasiyası yayan bir adam olduğu və bu adın bəlkə də bir ünvan olaraq verildiyi ağıla gəlir.

(Bay) kökündən törəmişdir. Məmləkətlər inşa edən deməkdir. Yenidənqurma etmək, baxıb gözəlləşdirmək mənasını daşıyır. Monqolcada Bayı/Bayıh felii olmaq və biryerde olmaq, Mançuca Ba sözü yer mənasını verər.

  1. Dədə Qorqud" eposunda qəhrəmanlıq və vətənpərvərlik, Şərq.- 2011.- 12 iyul.- S. 11.

Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0)  (türk.)