Bayuvi-Dupki — Cincirsa qoruğu (bolq. Баюви дупки–Джинджирица) — Bolqarıstanın cənub-qərbindəki Pirin Milli Parkında yuerləşən təbiət qoruğu. Blaqoevgrad vilayətinin Razloq icmasında yerləşir. Bayuvi-Dupki — Cincirsa ölkənin ən qədim qoruqlarından biridir. Rumeliya və Bosniya şamından ibarət meşələri qorumaq üçün 1934-cü ildə qurulmuşdur (hər iki şam ağacı da Balkan endemikdir). Onun ərazisi 1976 və 1980-ci illərdə genişləndirilmiş və 2873 ha (28.73 km²) əraziyə çatdırılmışdır[1]. 1977-ci ildə qorunan təbiət ərazisi YUNESKO-nun Biosfer Qoruğu elan edilmişdir[2].
Bayuvi-Dupki — Cincirsa qoruğu | |
---|---|
bolq. Баюви дупки–Джинджирица | |
Sahəsi | 28,73 km² |
Yaradılma tarixi | 29.01.1934 |
Yerləşməsi | |
42°01′17″ şm. e. 23°24′29″ ş. u.HGYO | |
Ölkə | Bolqarıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qoruq 1200 ilə 2907 m arası yüksəklikdə yerləşir. Geoloji cəhətdən Proterozoy mərmərləri üstünlük təşkil edir. Çoxsaylı mağaraları olan bir karst relyefi meydana gəlir.
Flora təxminən 500 növ damar bitkisindən ibarətdir[3]. Bitkilər arasında 16 növ endemik, 42 növü regionaldır. Burada yayılmış 46 növ bitki Bolqarıstanın Qırmızı Kitabına daxil edilmişdir. Nadir və endemik damar bitkiləri - Sarı acıçiçək, Çəhrayı rodiola, Alp edelveysi və başqaları[1][2].
Qoruğun təxminən 60% -i əsasən Rumeliya və Bosniya şamından ibarət meşələrlə örtülüdür. Digər ağac növlərinə Adi şam, Avstriya şamı, Adi küknar və Avropa ağ şamı daxildir. Meşənin orta yaşı 150 ildən çox, bəzi ağacların yaşı isə 500 ildən çoxdur. Malka Cincirsa meşəsinin bəzi hissələri 500 ilə 550 yaş arasındadır. Bəzi Rumeliya şamları 45 m-dən çox hündürlüyə və 2 m-dən çox diametrə çatır. Bəzi ağacların 1000 ildən çox yaşı var.
Qoruğun ən yüksək hissələri 100 yaşına çatan dağ şamı ilə örtülmüşdür. Bu kolların hündürlüyü 1,5-dən 2 m-ə qədərdir, lakin bəzi ərazilərdə 3 m-ə çatır.
Qarapaça faunanın tipik nümayəndəsidir və qoruğun simvollarından biridir. Digər vacib qorunan növlərə qonur ayı, canavar, ağac sansarı, Daşlıq dələsi, Adi tülkü, Avropa cüyürü, Çöldonuzu, Adi sincab, Berqut və s. göstərmək olar. Sürünənlərin və amfibiyaların tipik nümayəndələri: adi gürzə, eskulap dırmanantəlxəsi, Diridoğan kərtənkələlər və ot qurbağasıdır