Beş yaxşı imperator

Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır.

Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir.

Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir.

Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.

Antoninlər sülaləsinin zaman xətti

[redaktə | mənbəni redaktə et]
KommodLusi VerMark AvreliAntonin PiyAdrianTrayanNerva
Nerva-Antonin sülaləsinin imperatorları
Nerva
Xələfi Trayan
Xələfi Adrian
Xələfi Antonin Piy
Müştərək xələflər: Lusi VerMark Avreli
Xələfi Kommod
Nerva-Antonin sülaləsinin imperatorlarının adlarına kəsilmiş sikkələr

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]