Aşağı Güləver — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Aşağı Güləver | |
---|---|
Ölkə | Gürcüstan |
Rayon | Bolnisi rayonu |
Əhalisi | |
Əhalisi | 781 nəfər (2006) nəfər |
Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var.
Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir.
Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta).
1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |