Belarusda kənd təsərrüfatı

Rayonlara görə taxıl istehsalının göstəricisi (2017)

Belarusda kənd təsərrüfatı— ölkə iqtisadiyyatının əsas sahələrindən biri hesab olunur. Kənd təsərrfatına yararlı yerlərin sahəsi 9,11 mln. hektardır (ölkə ərazisinin 43,9%-i), o cümlədən 6,1 mln. ha (67%) əkinyeri, 2,8 mln. ha (31%) – biçənək və otlaqlardır.[1]

Bitkiçilik məhsulları üstünlük təşkil edir (2010-cu il də 55,2%). Çovdar, arpa, buğda, kartof, tərəvəz, şəkər çuğunduru, kətan və s. bitkilər becərilir. Həddindən artıq rütubətli torpaqların meliorasiyası vasitəsilə k.t. yerləri çoxaldılır. Qurudulmuş torpaq fondu 3 mln. hektardan çoxdur, bitkiçilik məhsullarının 1/3 hissəsi onlardan alınır. Kənd təsərrüfatı məhsullarının əsas növlərinin istehal göstəricisi 2011-ci ildə aşağıdakı kimi olmuşdur (min.t): taxıl - 8375, şəkər çuğunduru - 4485, kartof - 7721, tərəvəz- 1979, ətlik mal qara və quş - 1020, süd - 6504, yumurta (milyon ədəd) - 3752.[1]

Heyvandarlıq 

[redaktə | mənbəni redaktə et]

Heyvandarlığın əsasını südlük-ətlik maldarlıq təşkil edir; şəhər ətrafı zonalar – südlük, bəzi meşəlik rayonlar isə – ətlik-südlük maldarlıq üzrə ixtisaslaşmışdır; hər yerdə donuzçuluq (ətlik və bekonluq kökəldilmə üstünlük təşkiledir) və quşçuluq var. Mal-qara növü üzrə ət istehsalının strukturu: mal əti və dana əti 44%, donuz əti 44%, quş əti 10%. Mal-qaranın və quşların ümumi sayı və heyvandarlıq məhsullarının istehsalı 1990-cı illərin əvvəlinə nisbətən aşağı düşmüşdür. Mal-qara və quşların say göstərcisi 2011-ci ildə aşağıdakı kimi olmuşdur (milyon baş): qaramal - 4,2, donuzlar - 4,0, qoyun və keçilər - 0,1, quşlar - 39,9.[1]

Kənd təsərrüfatı məhsullarının təqribən yarısı əhalinin şəxsi təsərrüfatlarında və fermer təsərrüfatlarında istehsal olunur.

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

  1. 1 2 3 Сельское хозяйство Республики Беларусь : Статистический сборник / Национальный статистический комитет Республики Беларусь. — Минск, 2011. — 283 с. — ISBN 978-985-6858-87-4.(RAR)