Belqorod vilayətində İL-76 qəzası — 24 yanvar 2024-cü il, yerli vaxtla saat 11:15 radələrində[1] Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İlyuşin İL-76 hərbi-nəqliyyat təyyarəsinin Rusiyanın Belqorod vilayətinin Koroçanski rayonunda, Ukrayna sərhədi yaxınlığında qəzaya uğraması Qəza nəticəsində təyyarədə olan hər kəs həlak olmuşdur. Rusiya bəyan etmişdir ki, təyyarə əsir mübadiləsi üçün nəzərdə tutulmuşdu, içərisində Rusiyanın Ukraynaya müdaxiləsi zamanı əsir götürülmüş 65 ukraynalı hərbi əsir, həmçinin altı ekipaj üzvü və üç mühafizəçinin olduğu vaxt təyyarə Ukrayna tərəfindən vurulmuşdur.[2][3][4][5][6] Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin vurulmasına görə məsuliyyəti birbaşa öz üzərinə götürməsə də, bunun legitim hərbi hədəf olduğunu və Xarkov vilayətini bombalamaq üçün S-300 zenit-raket kompleksləri daşıdığını bildirmişdir.[7][8] Hər iki ölkənin iddialarının müstəqil yoxlanışı olmamışdır.[7][8]
Belqorod vilayətində İL-76 qəzası | |
---|---|
Ümumi məlumatlar | |
Tarix | təq. 24 yanvar 2024 |
Ölkə | |
Havayolu şirkəti |