Müharibə əsiri

Birinci Dünya müharibəsi zamanı Avstriya-Macarıstan qüvvələrinin Belqraddakı serb müharibə əsirləri. 1915-ci il.

Müharibə əsiri və ya hərbi əsirsilahlı münaqişə zamanı və ya dərhal sonra döyüşən dövlət tərəfindən əsir saxlanılan şəxs. "Müharibə əsiri" ifadəsinin ən erkən qeydə alınmış istifadəsi 1610-cu ilə aiddir.

Döyüşçülər müharibə əsirlərini hələ də meydanda olan düşmən döyüşçülərindən təcrid etmək (döyüş əməliyyatlarından sonra nizamlı şəkildə azad etmək və geri qaytarmaq), hərbi qələbə nümayiş etdirmək, cəzalandırmaq, müharibə cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb etmək, onları əməkləri üçün istismar etmək, onları öz döyüşçüləri kimi işə götürmək və ya hətta hərbi xidmətə çağırmaq, onlardan hərbi və siyasi kəşfiyyat məlumatları toplamaq və ya onlara yeni siyasi və ya dini inanclar aşılamaq kimi bir sıra qanuni və qeyri-qanuni səbəblər əsasında əsirlikdə saxlayırlar.[1]

1949-cu il Cenevrə Konvensiyalarına əsasən, bəzi mülki şəxslər və döyüşdən kənar olan düşmən döyüşçülər ilə yanaşı hərbi əsirlərə avtomatik olaraq qorunan şəxslər statusu verilir.[2]

  1. John Hickman. "What is a Prisoner of War For". Scientia Militaria. 36 (2). 2002. March 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2015.
  2. "The Practical Guide to Humanitarian Law: Protected Persons". Doctors Without Borders. 2023-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]