Berdan Öztürk

Berdan Öztürk (1 may 1980, Tutağ, Ağrı ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[1]

Berdan Öztürk
Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
23 iyun 2015-ci ildən
Seçki dairəsiiyun, 2015Ağrı
noyabr, 2015Ağrı
2018Ağrı
2023Diyarbəkir
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1980(1980-05-01) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Berdan Öztürk 1 may 1980-ci ildə Ağrı ilinin Tutak ilçəsində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. İngiltərənin London Universitetində beynəlxalq arbitraj və ticarət hüququ üzrə magistr dərəcəsi alıb.[1]

Hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin və Mezopotamya Yaxınlarını İtirmiş Ailələrə Yardım, Dayanışma və Mədəniyyət Dərnəyinin (MEBYA-DER) üzvüdür.[1]

Cəmiyyət Konqresinin (DTK) 16 sentyabr 2017-ci ildə baş tutan 8-ci qurultayında Leyla Güvenlə birgə həmsədr seçilib.

Barəsində 2016-cı ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) 5 üzvünün dəfn mərasiminə qatıldığına görə istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib. 2019-cu ildə isə Sülh Bulağı əməliyyatı ilə bağlı verdiyi açıqlamaya əsasən terror təbliğatı apardığına görə istintaqa cəlb olunub. Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH) tərəfindən ittiham qınanıb.

İyun 2015, noyabr 2015 və 2018-ci illərdə Ağrı ilindən, 2023-cü ildə isə Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM Xarici İşlər Komissiyasının üzvü, Avropa Şurası Parlament Assambleyasının üzvü və NATO Parlament Assambleyasının üzvü vəzifələrində təmsil olunub.[1]

Kürdcəingiliscə bilir. Subaydır.[1]

  1. 1 2 3 4 5 TBMM. "Berdan ÖZTÜRK". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.