Fatma Berrin Menderes (1905, İzmir, Aydın vilayəti – 22 aprel 1994, Ankara) Türkiyənin sabiq baş naziri Adnan Menderesin həyat yoldaşı.
Berin Menderes | |
---|---|
türk. Fatma Berrin Menderes | |
Doğum tarixi | 1905 |
Doğum yeri |
|
Vəfat tarixi | 22 aprel 1994 |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Həyat yoldaşı | |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Evliyazadə Hacı Mehmet Əfəndinin qızı Naciye Xanım ilə Yemişçibaşı İzzət Bəyin ən kiçik övladı olaraq 1905-ci ildə İzmirdə anadan olub. Ana tərəfindən ailəsi Evliyazadələr İzmirin öndə gələn ailələrindən biri idi. Aydın ilində kənd təsərrüfatı ilə məşğul olan Adnan Menderes ilə 1929-cu ildə evlənmişdi. Həyat yoldaşının Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili seçilməsindən sonra 1931-ci ildə birlikdə Ankaraya köçdülər. Ailə qurmalarından sonra Yüksel (1930–1972), Mutlu (1937–1978) və Aydın (1946–2011) adında üç oğulları dünyaya gəldi. Həyat yoldaşı Demokrat Partiyası (DP) ilə 10 il hakimiyyətdə təmsil olundu və Türkiyədə dövlət çevrilişindən sonra 17 sentyabr 1961-ci ildə İmralı adasında edam edildi. Berrin Menderes 1972-ci ildə böyük oğlu Yüksel Menderesi itirdi. 1975-ci ildə böyük bacısı Güzin Dülger, 1978-ci ildə ortancıl oğlu Mutlu vəfat etdikdən sonra həyatına kiçik oğlu Aydınla davam etdi. Qardaşı Samim Yemişçibaşı 1985-ci ildə dünyasını dəyişib. Berin Menderes 1994-cü il aprel ayında Ankarada ürək və böyrək çatışmazlığı səbəbiylə vəfat etdi. Cənazəsi İstanbula gətirildi və yoldaşının Topqapıda yerləşən xatirə məzarında dəfn edildi.[1]
Şəxsən özü pianoda ifa etməklə maraqlanırdı.[2] Həyat yoldaşını xunta rejimin təzyiqi altında mühakimə olunduğu adada bir saatlıq görmə fürsəti oldu.[3] Dəniz Gəzmişin edamını tragik olaraq görüb ağladığını və yaşanan acıları yaxşı bildiyini ifadə edərək bütün dövlət çevrilişlərinə qarşı olduğunu bir reportajında bildirdi. 1982 Konstitusiyasına qarşı çıxdı və səs vermədi.[4] 2013-cü ildə Yuqoslaviya lideri İosip Broz Titoya göndərdiyi bir məktub ortaya çıxdı. Məktubunda Titonun Menderesə hədiyyə etdiyi və xuntaçıların ələ keçirdiyi əşyalardan hansının şəxsi və ya dövlət səviyyəsində olduğunu soruşmuşdu.[5]