Betsi Rut Ardsma[1] (11 iyul 1947, ABŞ, Miçiqan, Hollandiya - 28 noyabr 1969, ABŞ, Pensilvaniya) — 1969-cu ilin noyabr ayında Pensilvaniya ştatındakı Pensilvaniya Dövlət Universitetinin Patti Kitabxanasının "Stacks" bölgəsində qətlə yetirilən 22 yaşlı amerikalı magistr tələbəsi. Onun qətli rəsmi olaraq üstü açılmamış qalsa da, yerli təhqiqat müxbirləri və iki fərqli müəllif geologiya professoru Riçard Hefneri günahlandıran dolayı dəlillərin sübutlarını və şahid ifadəsini dərc etdilər.[2]
Betsi Ardsma | |
---|---|
ing. Betsy Ruth Aardsma | |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Miçiqan, Hollandiya |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | ABŞ, Pensilvaniya |
Vətəndaşlığı | ABŞ |
Atası | Riçard Ardsma |
Anası | Ester Ardsma |
Milliyyəti | amerikalı |
Təhsili | Pensilvaniya Dövlət Universiteti |
Ardsma Miçiqan ştatının Hollandiya şəhərində Ester və Riçard Ardsmanın ailəsində dünyaya gələn dörd uşaqdan ikincisi idi.[1][3] O, Hollandiya orta məktəbini fərqlənmə ilə bitirib. Sonra Ardsma sənət və ingilis dilini öyrəndiyi Miçiqan Universitetinə daxil oldu. Məzun olduqdan sonra Pensilvaniya Dövlət Universitetinə qəbul oldu. Ölüm vaxtı o, Pensilvaniya Dövlət Uşaq Xəstəxanası Devid Rayt adlı tələbəsi ilə münasibətdə idi.[4] [5]
Ardsma 28 noyabr 1969-cu ildə məqalə ilə bağlı araşdırma aparmaq üçün kitabxanada idi. Saat 16:45-16:55 radələrində o, oxu zalında sol döşündən bıçaqla bir dəfə bıçaqlandı, ağciyər kötüyü kəsildi və ürəyinin sağ mədəciyi deşildi. Polis Ardsmanın əllərində müdafiə yaraları olmadığı üçün arxadan hücuma məruz qaldığına inanırdı.[6] Bıçaqlanandan sonra o, yerə yıxıldı. Hadisədən 1-2 dəqiqə sonra kitabxananın mərkəzi zonasından çıxan bir və ya iki kişi resepsionistə "Kimsə bu qıza kömək etsin" deyərək kitabxananın mərkəzi girişini tərk etdilər. Resepsionistlə danışan həmin o şəxs və ya şəxslərin kim olduğu bilinmədi. İnsanlar Ardsmana süni tənəffüs daxil olmaqla,[7] ilk yardım göstərdilər və saat 5:01-də Ritenour Sağlamlıq Mərkəzinə zəng olundu. Saat 5:19-da təcili tibbi yardım maşını Ardsmanı xəstəxanaya apardı və orada qısa müddət sonra öldüyü bildirildi.[4][7]
Ardsman bıçaqlanandan sonra bıçaqlandığı nahiyədə az miqdarda gözlə görünən qan əmələ gəldi. Həmçinin o, həmin vaxt qırmızı rəngdə paltar geyinmişdi. Bu iki faktın nəticəsində ilk respondentlər onun epilektik tutma və ya başqa bir tibbi xəstəlik yaşadığını düşünürdülər. Ardsman Sağlamlıq Mərkəzində müayinə olunmayana qədər kimsə onun bıçaqlandığını anlamamışdı.
Ardsman cinayəti hələ də üstü açılmamış qalır və Pensilvaniya Dövlət Polisi bu günə kimi cinayətlə bağlı informasiya tapmağa çalışır.[8] Müəllif Derek Şervud və araşdırmaçı jurnalist Devid Dekok Ardsmanın qətlində professor Riçard Hefneri açıq ittiham edən kitablar nəşr etdilər.