Bhaqalpur

BhaqalpurHindistanın şimal şərqində, Bihar ştatında şəhər.[1]

şəhər
Bhaqalpur
ing. Bhaqalpur
25°15′ şm. e. 87°01′ ş. u.HGYO
Ölkə  Hindistan
Tabesində Bihar
Region Bhaqalpur
Başçı Seema Saha
Tarixi və coğrafiyası
Sahəsi 342 km²
Mərkəzin hündürlüyü 52 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1,121,000 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 812001-81XXXX
Nəqliyyat kodu BR 10 XXXX
Xəritəni göstər/gizlə
Bhaqalpur xəritədə
Bhaqalpur
Bhaqalpur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 366,6 min (2006).[1]

Qanq çayının sağ sahilində, Patna şəhərinin 220 km-liyindədir. Nəqliyyat qovşağı.[1]

Bhaqalpur “Ramayana” və “Mahab harata” hind eposlarında Anqa dövləti kimi təsvir olunur.[1]

Bhaqalpur yaxınlığında imperator Aşokanın hakimiyyəti dövrünə (e.ə. 3-cü əsr) aid mağara heykəltəraşlığı, təsvirlər və Quptalar dövrünə (4–6-cı əsrlər) aid məbəd saxlanılmışdır. Universitet (1960), İpəkçilik təcrübə stansiyası və institutu var.[1]

Kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (taxıl, əsasən, düyü, şəkər qamışı, zeytun). Yeyinti, toxuculuq (ipək, yun) müəssisələri fəaliyyət göstərir.[1]

  1. 1 2 3 4 5 6 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 6. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]