"Bir, iki, üç" (ing. One, two, three) — rejissor Billi Uaylderin filmi.
Bir, iki, üç | |
---|---|
ing. One, two, three | |
Janr | komediya |
Əsas mövzu | Soyuq müharibə |
Rejissor | Billi Uaylder |
Prodüser | Billi Uaylder |
Ssenari müəllifləri |
Billi Uaylder İ.A.L. Daymond |
Baş rollarda |
Ceyms Keqni Horst Buhhols Pamela Tiffin |
Operator | Deniel L. Fepp |
Bəstəkar | Andre Previn |
İstehsalçılar |
Metro-Goldwyn-Mayer United Artists The Mirisch Company Pyramid Productions, A. G. |
Distribütor | Netflix |
İlk baxış tarixi | 15 dekabr 1961, ABŞ |
Filmin növü | bədii film |
Müddət | 108 dəqiqə[1] |
Büdcə | 3 milyon $[2] |
Gəlir | 4 milyon $[2] |
Ölkə | ABŞ |
Dillər |
ingilis dili alman dili rus dili |
İl | 1961 |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Berlin, Almaniya Federativ Respublikası |
IMDb | ID0055256 |
Vikianbarda əlaqəli mediafayllar |
Mak Namara "Koka-Kola" şirkətinin yüksək vəzifəli əməkdaşıdır. Şirkətin Qərbi Berlindəki nümayəndəliyinin sədridir. O, bu şirkətin bütün Avropadakı filiallarının rəhbərliyini öz əlinə almaq və Londona köçmək arzusundadır. Mak Namaranın müdiri ondan Berlinə gəlmiş 17 yaşlı qızı Skarletin qayğısına qalmağı xahiş edir. Bu səfəri zamanı, Skarlet heç kimə demədən Şərqi Berlin kommunisti Ottoya ərə gedir. İndi Mak Namara onların nikahını pozmaq üçün əlindən gələni etməlidir. Lakin ortaya Skarletin hamilə olması məsələsi çıxır. Ona görə də indi artıq Mak Namaranın qarşısında Ottonu Şərqi Almaniya həbsxanasından çıxarmaq və ondan kapitalist fikirli adam yaratmaq vəzifəsi durur.