Hrayr Tjohk (Ermənicə: Հրայր Դժոխք; 1864[1][2], Bitlis vilayəti – 1904[1][2], Sason, Batman ili), doğum adı (Armenak Ghazaryan, ermənicə: Արմենակ Ղազարյան) Hrair, Hrayr, Dzhoghk, Djohkh, Dzhokhk olaraq da tanınan Erməni Milli Hərəkatının bir hissəsi olmuş olan erməni fədaisidir. Erməni İnqilabi Federasiyasının üzvü olmuşdur.
Hrayr Tjohk | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1864[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1904[1][2] |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daşnaksutyun |
Armenak Ghazaryan adı ilə Bitlis vilayətinin Aharonk kəndində anadan olmuşdur. Onun atası keşiş Mampre Ghazaryan olmuşdur. Armenak 1880-ci illərin sonlarında Muşdakı Surp Qarabet monastır məktəbini bitirmişdir. Daha sonra Muş Birləşmiş Erməni Kollecində təhsil almışdır. Ona müəllimi Mkrtiç Saryanın inqilabi ideyaları dərindən təsir etmişdir. Armenak təhsilini başa vurandan sonra Sason və Taronda yerləşən erməni məktəblərində dərs deməyə başlamışdır. O, həmişə Muş ətrafı ərazilərin camaatının başlarına qoyduqları ənənəvi erməni papağından istifadə etmişdir.
Hrayr və Dzhoghk Erməni İnqilabi Federasiyasının rəsmi orqanı hesab olunan Droşak üçün yazılar yazarkən onun istifadə etdiyi iki təxəllüsü olmuşdur. O, 1890-cı ildə Hnçak Partiyasına qoşulmuş və partiyanın liderləri hesab olunan Mihran Damadyan və Hamparsum Boyadjian ilə sıx əməkdaşlıq etmişdir. Qısa bir müddət sonra ideoloji fikir fərqliliklərinə görə 1893-cü ildə Hnçak Partiyasından ayrılmışdır.
Dzhoghk Erməni İnqilabi Federasiyasına qoşulmuş və burada tanınmış hərbi liderlər hesab edilən Serop Ağpür, Kevork Çavuş və Andranik Ozanyanla əməkdaşlıq etmişdir. 1894-cü ilin yay aylarında Hrayr ermənilərə silah almaq üçün Qafqaza getmişdir. Daha sonra Erməni İnqilabi Federasiyasına üzv olduğu Rumıniyaya getmişdir. Xalq kütlələrinin iştirakı ilə baş vermiş olan üsyana inanır və Birinci Sason üsyanının liderlərindən birinə çevrilir.
1895-ci ildə Hrayr Andranik Ozanyan və Serop Ağpür də daxil olmaqla 50 nəfərlik gənc bir qrupla Şərqi Anadoluya qayıtmışdır. Tatul (Aram Aramyan) ilə bərabər Pasinlər ərazisində xalqı təşkilatlandırmışdır. 1896-cı ilin iyun ayında hər ikisi həbs edilərək Ərzurum həbsxanasına salınmışdırlar; Tatul asılmış, Hrayr isə amnistiya ilə azad edilmişdir. Daha sonra o, Vana getmiş və 1896-cı il Van üsyanını təşkil etmək üçün planlar həyata keçirmiş, daha sonra, Hrayr və Andranikin İkinci Sason üsyanının həm əsas təşkilatçıları, həm də başçıları olduqları Sasona (1902) getmişdir. Bu üsyan zamanı o, aprel ayının 13-də Geliegüzan kəndində öldürülmüşdür. O, yerli bir kilsənin həyətində Serob Paşanın yanında dəfn edilmişdir.