Bizans-Ərəb müharibələri

Bizans-ərəb müharibələri (VII–XI əsrlər)Yaxın Şərqdə, Aralıq dənizindəCənubi Qafqaz uğrunda Xilafətin Bizansla müharibəsi. Cihadislamın yayılması adı ilə Əbu Bəkrin dövründə Aralıq dənizinin şərq sahilindəki işğallardan başlamışdır.

Bizans - Xilafət müharibələri
Müsəlman fəthləri
Yunan atəşi, ilk dəfə bizanslılar tərəfindən Bizans-ərəb müharibələrində istifadə olunub
Tarix 629 - 1050
Yeri Levant, Suriya, Misir, Şimali Afrika, Anadolu, Siciliya, Cənubi İtaliya
Nəticəsi Levant, Mesopotamiya, Şimali Afrika Xilafət tərəfindən işğal edildi, sonralar şimali Levant Bizans tərəfindən qaytarıldı.
Münaqişə tərəfləri

Xilafət

Bizans

Komandan(lar)

Məhəmməd
Zeyd ibn Haris
Abdullah ibn Rəvaha
İkrimə ibn Əbu Cəhl
Xalid bin Vəlid
Əbu Bəkr
Ömər
Osman ibn Əffan
Şurahbil ibn Həsənə
Əmr ibn As
I Muaviyə
I Yezid
Yezid ibn Əbu Sufyan
Məhəmməd ibn Mərvan
Məsləmə ibn Əbdülmalik
Harun ər-Rəşid
Ömər əl Əqta
Tripolili Leon

I İrakli
Teodor Tritiriye
Flavi Qriqori
Vahan
Persiyalı Niketa
II Konstant
IV Konstantin
II Yustinian
Leonti
Herakli
V Konstantin
Erməni V Leon
Mixail Lahanodrakon
Tatzates
İrina Sarantapeçaina
I Nikifor

Tərəflərin qüvvəsi

naməlum

naməlum

İtkilər

naməlum

naməlum

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

633-cü ildə Vadi- Ərəbdə(Ölü dənizindən cənuba) ərəblər öz ilk böyük qələbələrini qazandılar. 7-ci əsrin ikinci yarısında Bizans bir sıra məğlubiyətlərdən sonra Suriyada, Fələstində, İraqda, Misirdə, Cənubi Qafqazda, qismən Şimali Afrikadakı mülklərini itirdi. 646-cı ildə Xilafət ordusu İsgəndəriyyəni, Kipr (648) və Rodos (654) adalarını birdəfəlik tutdu. 668-ci ildən hərbi əməliyatlar əsasən Kiçik Asiyada aparılırdı. 668–669,673–678, 716–717-ci illərdə donanmanın dəstəyilə ərəb qoşunları Konstantinopola qarşı bir neçə yürüş təşkil etdilər. Sonuncu yürüş vaxtı(717) Xilafətin ordusu və donanması məğlub oldu, bu Anadoludakı ərəb işğallarına son qoydu.

Bizanslıların fəallaşması

[redaktə | mənbəni redaktə et]

Sonrakı 20 il ərzində bu rayonda müharibə dəyişkən uğurla getdi. 739-cu ildə Bizans ordusu ərəbləri Akroin (indi Karahisar) şəhəri yanında darmadağın etdi, bundan sonra ərəblər Kiçik Asiyanın qərb hissəsindən təmizləndilər. 9-cu əsrin əvvəlində bizanslı qoşunlar Suriyadan Qafqazın cənub-qərbinə qədər aldılar. İmperiyanın şərqində qalalar sistemi yaradıldı ki ərəblər də öz növbəsində buna qarşı öz istehkamlar sistemini yaratdı. Bizanslıların ən vacib qalası Kilikiyadakı Tars qalası idi. Hərbi əməliyatlar demək olar ki hər il, əsasən qalalar xəttində aparılırdı.

Aralıq dənizindəki əməliyatlar

[redaktə | mənbəni redaktə et]
Aralıq dənizində mübarizə

Aralıq dənizində ərəblər öz donanma üstünlüklərindən yararlanaraq 823-cü ildə Kriti, 858-ci ildəysə Maltanı aldılar. Siciliya adası uğrunda müharibə 50 ildən çox davam etdi, ərəblər onu 878-ci ildə aldılar. Siciliyanı özlərinə dayaq məntəqəsi edərək ərəblər buradan İtaliyanın əsasən KalabriyaApuliya sahillərinə basqınlar edirdilər. Krit adası isə ərəblərin PeloponnesEgey dənizi adalarına olan basqınlarında dayaq məntəqəsi rolunu oynayırdı.

Bizansdan hərbi-texniki cəhətdən bu qədər geri qalan Xilafətin hərbi uğurları, Bizansın Sasanilərlə müharibələrinin nəticəsi idi. Otə yandan Bizans əhalisinin ağır vəziyəti ərəblərin işinə yarayırdı. Xilafətin dağılması Bizansa 10-cu əsrin əvəlində öncə Suriyanın şimalını, ikinci yarısında isə Krit, Kipr və Rodos adalarını qaytarmağa imkan verdi. 11-ci əsrdə Bizanslıların Səlcuqlular kimi rəqibi ortaya çıxdığından ərəb- Bizans qarşıdurması öz kəskinliyini itirdi.

  • Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год. Т.1