XX əsr Azərbaycan ədəbiyyatı klassiki, böyük nasir və dramaturq İlyas Əfəndiyevin yaradıcılığı həmişə ədəbi tənqidin də, ictimaiyyətin də diqqət mərkəzində olub.
Dramaturqun həyat və fəaliyyətini əhatə edən film İlyas Əfəndiyevin oğulları, müasir ədəbiyyatımızın aparıcı simalarından biri olan xalq yazıçısı Elçinin və filologiya elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin ataları haqqında danışdıqları xatirələrin üzərində qurulub. Əslində, onların söylədikləri xatirədən daha çox, İlyas Əfəndiyevin şəxsiyyəti barədə, onun yaradıcılıq xüsusiyyətləri haqqında deyilən səmimi və düşündürən fikirlərdir. Gənc rejissor tərəfindən bu fikirlərin ekran təcəssümü mexaniki yox, yaradıcı şəkildə, yəni deyilənlərin estetik qavranışı ilə verilib. Buna görə də film canlı və səmimi alınıb. Rejissor İlyas Əfəndiyevlə bağlı sənədli kadrlara, eləcə də ayrı-ayrı əsərlərindən səhnələrə o qədər də çox yer ayırmayıb, lakin buna baxmayaraq, böyük ədibin dolğun ekran obrazını yarada bilib. Filmin ümumi yaradıcı əhval-ruhiyyəsi, süjet xəttindəki fikir ardıcıllığı imkan verib ki, İlyas Əfəndiyevin timsalında bütün canı ilə, qanı ilə xalqına, vətəninə bağlı olan, heç bir konyukturaya uymayaraq milli ədəbiyyatımızın qızıl fonduna məxsus sənət inciləri yaratmış bir sənətkarın portreti ərsəyə gəlsin. Yaradıcılıq uğurunun əldə edilməsində quruluşçu operator Mətləb Yaqubovun da rolu olub. Onun çəkdiyi kadrlar peşəkarlığı ilə seçilir. Operator çalışıb ki, həm rejissorun, həm də ssenari müəllifinin İlyas Əfəndiyev şəxsiyyətindən və sənətindən doğan xarakterik cizgiləri mavi ekranda canlandırmaq istəyini kamera ilə təcəssüm etdirsin. Eyni zamanda, montajçı Rauf Sultanovun da işini qiymətləndirmək lazımdır. Filmin canlı və dinamik çıxmasında onun bacarıq və peşəkarlıqla apardığı montajın çox köməyi olub.
- Ədəbiyyat, teatr lap uşaqlıq vaxtlarından İlyas Əfəndiyevin stixiyasına çevrilib. Filmin yaradıcıları İlyas Əfəndiyevlə məktəb yoldaşı olmuş, indi isə yaşı 90-nı keçmiş qocaman bir Füzuli sakininin (İsmayıl Əliyev) də xatirələrini lentə alıblar. Ağsaqqalın xatırladığı bir epizod İlyas Əfəndiyev şəxsiyyətini duymaq üçün əhəmiyyətlidir. Ədib ibtidai sinifdə oxuyarkən çox xahiş edib anasından bir qızıl onluq alır və bazara gedib həmin pulun hamısına böyük bir bağlama kitab alaraq, öz gücü çatmadığı üçün, hambala verib evə gətirir. Sadə və qocaman bir rayon adamının böyük səmimiyyətlə ekrandan söylədiyi bu epizod İlyas Əfəndiyevin hələ uşaqlıq illərindən kitaba necə bağlı olduğunu, ədəbiyyatı necə sevdiyini aydın göstərir. Azərbaycan ədəbiyyatı tarixində İlyas Əfəndiyevin tutduğu yer, onun Azərbaycan teatrının inkişafındakı xidmətləri, əsərlərinin müasir milli-ictimai fikrimizin formalaşmasında oynadığı rol barədə ətraflı bilgi əldə edilməsində, şübhəsiz ki, filmin redaktoru Camal Yusifzadənin də xidməti var. Filmin ən təsirli məqamlarından biri də Qarabağ mövzusu ilə bağlıdır. Sevimli yazıçımız Elçin atasından bəhs edərək deyir ki, İlyas Əfəndiyev uzun ömür — 82 illik bir həyat yaşadı. Ancaq xalqımız Qarabağ faciəsinə düçar olmasaydı, o daha çox yaşayardı. Qarabağın erməni qəsbkarları tərəfindən işğalı milli faciə olmaqla bərabər, eyni zamanda, İlyas Əfəndiyevin şəxsi faciəsinə çevrilmişdi. Rejissor bu mühüm cəhəti qabarıq surətdə nəzərə çatdıra bilib.[1]
Filmdə Dövlət Teleradio Verilişləri Şirkətinin arxiv materiallarından istifadə olunmuşdur.
Filmdə diktor mətni yoxdur.
- Ssenari müəllifi: Mailə Muradxanlı
- Quruluşçu rejissor: Elşən Zeynallı
- Quruluşçu operator: Mətləb Yaqubov
- Səs rejissoru: Firudin Bağıroğlu
- Montaj: Rauf Sultanov
- Rejissor assistenti: Mikayıl Əjdəroğlu
- Operator assistentləri: Taleh Məhərrəmov, Fuad Xalxali
- Redaktor: Camal Yusifzadə
- Direktor: Məhyəddin Əsgərov
- Vaqif Vəliyev
- Məryəm Məmmədova
- Habil Xanlarov
- Rəqsanə Məmmədova
- Musa Məhərrəmov
- Habil Hacıyev
- Hüseyn Sadıqov
- Bəxtiyar Şərifzadə (titrlərdə yoxdur)
- Səidə Quliyeva (titrlərdə yoxdur)
- Almaz Amanova (titrlərdə yoxdur)
- Ədalət Məmmədov (titrlərdə yoxdur)
- Elçin Əfəndiyev
- Timuçin Əfəndiyev
- Amaliya Pənahova
- Mərahim Fərzəlibəyov
- İsmayıl Əliyev
- Səyavuş Aslan (titrlərdə yoxdur)
- Əliabbas Qədirov (titrlərdə yoxdur)
- Yaşar Nuri (titrlərdə yoxdur)
- Zərnigar Ağakişiyeva (titrlərdə yoxdur)
- Bəsti Cəfərova (titrlərdə yoxdur)
- Firəngiz Mütəllimova (titrlərdə yoxdur)
- İlyas Əfəndiyev (titrlərdə yoxdur)
- Mehdi Hüseyn (titrlərdə yoxdur)
- Süleyman Rüstəm (titrlərdə yoxdur)
- İsmayıl Şıxlı (titrlərdə yoxdur)
- Hacı İsmayılov (şəkil), (titrlərdə yoxdur)
- Yaşar Nuri (şəkil), (titrlərdə yoxdur)
- Bəsti Cəfərova (şəkil), (titrlərdə yoxdur)
- Amaliya Pənahova (titrlərdə yoxdur)
- Nəcibə Məlikova (şəkil), (titrlərdə yoxdur)
- Mərahim Fərzəlibəyov (şəkil), (titrlərdə yoxdur)
- Məlahət Abbasova (şəkil), (titrlərdə yoxdur)
- Əliabbas Qədirov (titrlərdə yoxdur)
- Vəfa Fətullayeva (titrlərdə yoxdur)
- Həsənağa Turabov (titrlərdə yoxdur)
- Nurəddin Mehdixanlı (titrlərdə yoxdur)
- Kamal Xudaverdiyev (titrlərdə yoxdur)
- Əli Zeynalov (titrlərdə yoxdur)
- Vəfa Zeynalova (titrlərdə yoxdur)
- Rövşən Kərimduxt (titrlərdə yoxdur)
- Elxan Ağahüseynoğlu (titrlərdə yoxdur)
- Ağasadıq Gəraybəyli (titrlərdə yoxdur)
- Hökümə Qurbanova (titrlərdə yoxdur)
- Heydər Əliyev (titrlərdə yoxdur)
- Bəxtiyar Vahabzadə (şəkil), (titrlərdə yoxdur)
- Azərbaycan Tarix Muzeyi
- Azərbaycan Akademik Milli Dram Teatrı
- Füzuli Rayon İcra Hakimiyyəti
- Füzuli Dövlət Dram Teatrı