Bostancı Cəfər Paşa

Bostancı Cəfər Paşa (v. 28 may 1635, Budin əyaləti, Osmanlı imperiyası) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1][2]

Bostancı Cəfər Paşa
İyul 1633 – 30 iyun 1634
ƏvvəlkiCanpoladzadə Mustafa Paşa
SonrakıDəli Hüseyn Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 28 may 1635(1635-05-28)
Vəfat yeri
Həyat yoldaşı

Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərun bostancılar ocağında təlim-tərbiyə gördükdən sonra bostancıbaşı, 1633-cü ilin iyulunda isə vəzir rütbəsi alaraq kaptan-ı dərya təyin olundu. Bu vəzifədə ikən 1633-cü ildə Sultan Əhmədin qızlarından Burnaz Atikə Sultanla evləndirildi.

Toy mərasiminin ardından Egey dənizində indiki Kassandra sahillərində dəniz quldurlarıyla girdiyi mübarizədə gəmisi yandırılmış, özü isə gəmidən qaçaraq xilas olmuşdur. Ardından Qara dənizdə səyahətə çıxmış, bu səyahətinin də uğursuzluqla nəticələnməsinin ardından 30 iyun 1634-cü ildə vəzifədən alınmışdır. Eyni zamanda paşanı bacısı Burnaz Atikə Sultandan da boşayan Sultan Muradın əmriylə həmin ilin iyulunda Budin bəylərbəyi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı. Ancaq Sultan Muradın əmriylə 28 may 1635-ci ildə yerinə təyin edilən Nasuhpaşazadə Hüseyn Paşa tərəfindən edam olundu.

  1. Sicill-i Osmani II, səh. 47
  2. Râmizpaşazâde Mehmed İzzet, Harîta-i Kapûdânân-ı Deryâ, İstanbul 1258, s. 48.