Safiyə Sultan (1634, Topqapı sarayı – 1685, İstanbul) — 17. Osmanlı sultanı IV Muradın qızı.
Safiyə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1634 |
Doğum yeri | Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 1685 |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Sultan Əhməd türbəsi, Sultan Əhməd külliyəsi |
Atası | IV Murad |
Anası | Hasəki Ayşə Sultan |
Həyat yoldaşı | Sarı Hüseyn Paşa |
Uşaqları |
Sultanzadə Mehmed Rəmzi bəy Ruqiyə xanım Sultan |
Safiyə Sultan 1634-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 6 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Safiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1659-cu ildə vəzir Abxaz Siyavuş Paşanın oğlu Sarı Hüseyn Paşayla (ö. 2 mart 1688) nigahlanan Safiyə Sultanın bu nigahdan 2 övladı dünyaya gəldi.
Safiyə Sultan 1685-ci ildə doğuş əsnasında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu.