Bouzer (yaponca: クッパ, Hepbörn: Kuppa?, azərb. Kupa)[1] və ya Kral Kupa (ing. King Koopa) — "Nintendo" şirkətinin "Mario" franşizasında personaj və franşizanın əsas antaqonisti. Yaponiyada personaja Daymao (大魔王, Daimaō?, azərb. Böyük şeytan kral) titulu verilmişdir.[2] ABŞ-da personaja ilk vaxtlarda "Kupalar kralı Bouzer" (Bowser, King of the Koopas) və "Sehrbaz kral" (The Sorcerer King) deyə xitab edilirdi.[3] Bouzer tısbağayabənzər Kupa irqinin öndəridir və 1985-ci ildə satışa çıxarılmış "Super Mario Bros." videooyunundan bəri Marionun əzəli düşməni olmuşdur.
Bouzer | |
---|---|
ing. Bowzer yap. クッパ | |
Mario personajı | |
| |
İlk görünmə | Super Mario Bros. (1985) |
Son görünmə | Mario & Sonic at the Olympic Games Tokyo 2020 (2019) |
Yaradan | Shigeru Miyamoto |
Canlandıran |
Kristopher Kollins/Patrik Pinni (King Koopa's Kool Kartoons) Dennis Hopper (Super Mario qardaşları) |
Səsləndirən |
|
Doğum yeri | Bouzerin krallığı |
Məlumat | |
Tam adı | Kral I Bouzer Kupa |
Növü | Kupa |
Cinsi | Kişi |
Əlaqələri |
Əlaqələri
|
Titul |
Lord Bouzer Kral Bouzer Usta Bouzer Kral Kupa |
Onun əsas hədəfləri Şahzadə Piçi qaçırmaq, Marionu məğlub etmək və Göbələk krallığını fəth etməkdir. O, debütündən bəri "Mario" franşizasının hər bir videooyununda görünür və adətən əsas antaqonist rolunu canlandırır. Bouzer Kenni Ceyms tərəfindən səsləndirilir. Animasiya və videooyunlara əlavə olaraq, o, 1993-cü ildə ekranlaşdırılmış "Super Mario qardaşları" filmində də olmuşdur. Burada o, Dennis Hopper tərəfindən canlandırılmışdır.
Bouzer "Nintedo" dizayneri və prodüseri Şigeru Miyamoto tərəfindən yaradılmışdır. Miyamoto ilkin mərhələlərdə "Toei Animation" tərəfindən istehsal edilmiş "Böyük Alakazam" filmindəki Buğa kral personajına əsaslanaraq Bouzeri buğa kimi təsvir edirdi.[4] Buna baxmayaraq, "Nintendo" geymdizayneri Takaşı Tezuka personajın buğadan çox tısbağa bənzədiyini qeyd etmişdir. Miyamoto və Tezuka Bouzerin xarici görünüşünü dəqiqləşdirmək üçün birgə işləmək qərarını alırlar. Personaj tısbağayabənzər Kupa Trupa irqinin öndəri olduğundan onlar yeni bir təsvir üzərində işləməyə başladılar. Miyamoto persojanın axırıncı dizaynı barədə bunun Bouzeri "artıq babat göstərə bilər" demişdir.[5]
Miyamoto onu Daymao Kupa (大 魔 王 クッパ, Daimaō Kuppa?) adlandırmışdır. Kupa (yap. クッパ) sözü Koreya yeməyi olan qukbapın (kor. 국 밥) yapon dilindəki qarşılığıdır. Miyamoto Bouzerin adı üçün yenə Koreya yeməklərinin yapon dilindəki qarşılıqları olan Miyamoto Yukke (yap. ユッケ) və Bibinba (yap. ビビンバ) sözlərindən də istifadə etməyi düşünürdü.[6] Bouzerin Koreya dilindəki adı qukbaq yox, elə Kupadır (kor. 쿠파).[7] Personaj "Super Mario World" videooyununun satışa çıxarılmasına qədər ingilis dilində "Koopa" yox, "Kuppa" adlandırılırdı.[8][9]
"Super Mario Sunshine" videooyununun satışa çıxarılmasına qədər Bouzerin səsi əsasən kompüter ilə yaradılmış bağırtılar, nəriltilər və qəhqəhələrdən ibarət idi. 2002-ci ildə "Super Mario Sunshine" videooyununun satışa çıxarılması ilə radio xadimi və səs aktyoru Skott Berns Bouzerin ilk səsli dialoqunu səsləndirmiş və daha bir neçə il onunla işləməyə davam etmişdir. 2005-ci ildə "Super Mario Strikers" videooyununun satışa çıxarılması ilə Kennet U. Ceyms Bouzerin yeni səs aktyoru olmuşdur. Ceymsin bu rolu öz boynuna almasına baxmayaraq, Bernsin köhnə səsyazmalarından da bir neçə il istifadə edilmişdir. Erik Nyusom personajı "Super Paper Mario" videooyununda səsləndirmişdir. Bəzi oyunlarda kompüterləşdirilmiş bağırtılardan hələ də istifadə edilir.