Bouzett

Şahazdə Piçə bənzəyən personajlara çevrilmiş Mario və Bouzerin Piç ilə Luicinin yanından keçməsi təsvir edən komiks paneli.
Bouzett personajının ilk dəfə görünməsi. Müəllif: "Ayyk92".

Bouzett (ing. Bowsette, /bˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime?, azərb. Şahzadə Kupa‎) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilisyapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı.

Trend jurnalistlərin diqqətini cəlb etmişdi və bunun uzunömürlülüyü onları təəccübləndirmişdi. Onlar düşünürdülər ki, bu trendin ömrünün belə uzun olmasına personajın xarici görünüşü və cəlbedici olması çox təsir göstərmişdir. Buna baxmayaraq, bəzi ehtimallara görə, azarkeşlər "Nintendo" şirkətinin sosial şəbəkə idarəçilərini təəccübləndirmək istəmişdir. Bəziləri qeyd etmişdir ki, ondan törəmiş incəsənət əsərlərinin hamısı yalnız pornoqrafik idi, digərləri isə trendin sağlamdüşüncəli tona malik olduğunu vurğulamışdır. Bouzettin populyarlığının kəskin şəkildə artması qısa bir müddət ərzində eyni üslubda və azarkeş məhsulu olan başqa personajların da yaradılmasına gətirib çıxarmışdır. Yaponiyada bu azarkeş məhsulu olan personajların Yaponiya müəlliflik hüquqları çərçivəsində qanuni olub-olmaması müzakirə səbəbinə çevrilmişdir.

1985-ci ildə "Nintendo" tərəfindən yaradılmış "Super Mario" platforma janrında olan uzunmüddətli bir videooyun seriyasıdır.[a] oğurlanmış bir şahzadə olan Şahzadə Piçi əsas antaqonist Bouzerdən xilas etməsindən bəhs edir. Oyunçu irəliləyərkən onlar oyundaxili "power-up" əşyalarından istifadə edə bilərlər. Bu "power-up" əşyaları oyunçu personaja yeni bacarıqlar və ya formalar bəxş edir.[1]

Əvvəlcədən yazılmış, 2018-ci ilin sentyabr ayında keçirilmiş "Nintendo Direct" prezentasiya efiri zamanı "Nintendo" şirkəti hazırladıqları "New Super Mario Bros. U" videooyununun "Nintendo Switch" üçün delyuks yenidən buraxılışının treylerini nümayiş etdirmişdilər. Bu treylerdə Toadett adlı yeni bir oynanıla bilən personaj və onun üçün özəl olan yeni bir "power-up" əşyası Super tac (Super Crown) göstərilmişdir. Bu "power-up" əşyasından istifadə edilən zaman Toadett Piçettə çevrilir. Piçett Şahzadə Piçin Toadettin saç üslubuna və digər fərqləndirici xüsusiyyətlərinə malik olan bir formasıdır.[2]

Piçett personajı azarkeşlər arasında Super tac əşyasının oyun kainatı daxilində necə fəaliyyət göstərməsi ilə bağlı bəzi spekulyasiyalar və nəzəriyyələrin yaranmasına gətirib çıxarmışdır.[3] Çox keçməmiş "Ayyk92" adlı rəssam "DeviantArt və "Twitter" platformasında dörd-panelli bir komiksi paylaşır və "Super tacın bəzi yeni qızğın loru" başlığını qeyd etmişdir. Komiksdə Şahzadə Piçə verdikləri mütəmadi evlilik təklifləri həmişə rədd edilməsi Mario və Bouzeri ruhdan salıb.[b] Buna baxmayaraq, Mario ona təsəlli verərkən Bouzer əlində Super tac "power-up" əşyasının olduğunu göstərir. Komiksin axırıncı panelində göstərilir ki, Mario və Bouzer Piç ilə Luicinin yanından keçir, ancaq Bouzer artıq Piçə bənzəyən bir qadına çevrilib.[5][6]

İnternet fenomeni

[redaktə | mənbəni redaktə et]
Bouzett personajının təsviri. Müəllif: "poderosoandrajoso".

Adsız orijinal komiksdə "Bouzett" ingilisdilli azarkeşlər tərəfindən səsləndirilmişdi. Bu mövzu ilə əlaqədar bir heşteq "Twitter" sosial şəbəkəsində trendə girmiş, 150.000-dən çox qeydə səbəb olmuşdur. Çox keçməmiş, bu mövzuda müxtəlif azarkeşlər rəsmləri ortaya çıxmışdır. Bəziləri personaja daha tünd bir dəri rəngi və qırmızı saç rəngi vermişdir ki, bu da orijinal Bouzer personajının xarici görünüşünün xüsusiyyətləridir.[2][7]

"Pornhub" və "YouPorn" pornoqrafik saytları personajın axtarışında müvafiq olaraq, 500.000 və 2900% artım nümayiş etdiklərini bildirmişdir.[8] Bu, 2018-ci ilin axırında 34.600.000 axtarış ilə saytdakı ən çox axtarılan 9-cu termin olmuşdur.[9] Personaj "Koopa-hime" (azərb. Şahzadə Kupa‎) adı altında yaponiyalı "Twitter" istifadəçiləri arasında populyarlaşdırılmışdır.[10] Bir neçə əhəmiyyətli Yaponiya rəssamları da personaj üçün rəsm əsərləri çəkmişdir. Bu rəssamlara "Street Fighter" və "Darkstalkers" videooyun seriyalarının dizayneri Akira Yasuda, "One-Punch Man" manqasının rəssamı Yusuke Murata, "Pop Team Epic" vebkomiksinin yaradıcısı Bkub Okava və "Miss Kobayashi's Dragon Maid" manqasının yaracısı "Coolkyoushinja" aiddir.[11][12]

Personaja həsr olunmuş "Project Crown" tədbirin 27 oktyabr 2018-ci il tarixində keçirilməsi planlaşdırılmışdı. Bu tədbirdə azarkeşlər tərəfindən çəkilmiş rəsm əsərləri və kospleylər olacaqdı.[13] Pornoqrafik istehsal şirkəti olan "Wood Rocket" 2018-ci ildə "Su səviyyəsindən daha yaş: Bouzett porno parodiyası" (ing. Wetter Than A Water Level: The Bowsette Porn Parody) pornoqrafik parodiya filmini istehsal etmişdir.[14][15]

Bir neçə "IGN" yazıçısı "Nintendo Voice Chat" seqmentində fenomen haqqında uzun bir söhbət aparmışdılar. Brayan Altano fenomini "insanlara bir şeyə qıfıllanıblar və onlar ... tarixən saf olaraq tanınan bir şeyin şəhvətpərəst və ya saf olmayan versiyasını yaradıblar" deyərək təsvir edib və yaranan marağı fenomenin "Nintendo" şirkətinin sosial şəbəkə idarəçilərinin başı qarışdırması ilə əlaqələndirib. Keysi DeFreytas bununla razı olmayıb. O, personajın populyarlığının bir hissəsini Yaponiyada yayılan "bədheybət qız" trendi ilə əlaqələndirib. O qeyd edib ki, bəzi azarkeş komiksləri əslində yararlı idi, ancaq o, personajın adının Piçettin adı ilə yaranmış adlandırma konvensiyasına uyğun olmamasını tənqid etmişdir.[16] "Kotaku" portalının yazıçısı Gita Cekson personaj üçün nəzərdə tutulmuş rəsm əsərlərinin həddindən artıq bol olmasını vurğulayıb. O "Bouzettin videooyun fendomunda necə də güclü bir kök salmasına görə təəccüblü" olduğunu demişdir.[17] Tim Rocers ilə birgə çəkdiyi videoda o, hansısa bir trendin "Tvitteri bu qədər güclü vurması"nı görmədiyini və həm personaj, həm də ki orijinal rəssam üçün göstərilən güclü yapon dəstəyini qeyd edib.[18] "Nintendo Life" portalının müəlliflərindən biri olan Aleks Olni trendin uzunömürlülüyünün onu təəccübləndirdiyini deyib. O, bunun səbəbi olaraq, "qaranlıq və seksi" olan bu fenomenin "Mario" mövzusu ilə əks bir şey olmasını göstərib. O həmçinin, fenomenin "Nintendo" tərəfindən yaradılan süjetə uyğun olmasının onun populyarlığına təsir göstərdiyini vurğulayıb.[19]

Buzett personajının bir təsviri. Müəllif: "Kerolf666".

"Esquire" jurnalının yazıçısı Don Nero personajı "dominadan ilhamlanmış" kimi təsvir etmişdir. Onun fikrinə görə, personajı Samus AranLara Kroft ilə birlikdə qadın ixtiyarının pozitiv simvolu kimi qəbul etmək olar. Buna baxmayaraq, o, düşünmüşdür ki, rəsm əsərlərinin əksəriyyətinin "açıq-aşkar şəkildə kişilər üçün hazırlanmışdı və onlar ağıla "Dead or Alive Volleyball" oyununun seks kuklalarını gətirən dəhşətli dərəcədə çoxlu klişelərlə doludur".[20] "Ars Technica" veb-saytının redaktoru Sem Maçkoveç personajın populyarlığının bir hissəsini onun Piç ilə əks varlıqlar olması ilə əlaqaləndirmişdir. O, qeyd edir ki, azarkeş əsərlərinin diqqət mərkəzində "daha çox qoluqüvvətli, daha az düzqamətli fiqur [...] Piçin daha az Barbi bədənli görünməsinə səbəb olur".[21] "ComicBook" saytının mütəxəssisi Nik Valdes personaj haqqında yazmışdır ki, "Piçin dizaynının şirin əlamətləri ilə Bouzerin daha iti tükləri və iti quyruğunun kombinasiyadır. Bu isə onu iki personajın məftunedici rəssamların azarkeşlərə çatdırdığı amalqaması edir". Buna baxmayaraq, o, bəzi azarkeşlər rəsm əsərlərinin müfəssəl təbiətindən çəkinmişdir.[22] "The Daily Dot" portalının yazıçısı Ana Valens personajın geniş auditoriyasını, eləcə də transgender qadınlara bənzər bir fiqur olmasını qeyd etmişdir. O, yazmışdır ki, "Bouzett dəqiq şəkildə bizim özümüzü necə görməyimizdir – biz özümüzdən nifrət edən, gender disforiyası olan varlıqlardan xoşbəxt və qürurlu qadınlara çevrildik".[23]

Bouzett personajının ətrafında toplaşan maraqdan bir neçə gün sonra azarkeşlər "Luigi's Mansion" videooyunundakı "Kral Bu" (King Boo) personajının başına Super tac taxmış versiyasını, yəni qadın bədəninə sahib olan formasında rəsm əsərləri çəkməyə başlamışdılar. Buzett, Şahzadə Bu və ya Şahzadə Kral Bu (キ ン グ テ レ サ 姫, Kingu Teresa Hime?) adında olan personajın ağ rəngli saçı, iti dişləri var idi. O, ağ rəngli paltar ilə ağ rəngli əlcək geyinmişdi.[24][25] Buzett personajı Bouzett ilə oxşar dərəcədə maraq cəlb etmişdi.[26]

"IGN" portalının mütəxəssisi Zaxari Rayan hər bir rəssamın işinə baxdıqca, internet fenomeninin sadə "Əgər Bouzer qız olsaydı, nə olardı?" sualından başqa şeylərə gedib çıxdığını qeyd etmişdir. O həmçinin, "tanımayacağınız çoxlu rəssamlar bir az öz əzələlərini göstərirlər" yazmışdır. Onlar sadəcə bu mövzuya oxşar rəsm əsərlərini populyarlaşdıra bilirlər.[16] "Fairy Tail" manqa seriyasının müəllifi olan Hiro Maşima kimi rəssamlar da öz personajlarının əks-gender versiyalarını yaratmışdılar. O, trenddə iştirak edənlərə xəbərdarlıq vermişdir ki, "qanunla tabe olduqları müəllif hüququ sahiblərinə və şirkətlərə problem yaratmamaqda diqqətli olsunlar". O həmçinin, vurğulamışdır ki, azarkeş rəsmləri çəkmək istəyənlər nəşrçilər və digər əlaqəli partiyaların icazəsini almalıdırlar.[27] Digər Yaponiya xəbər portalları müəllif hüquqları nəzdində qanuniliklərini müzakirə etmişdilər. Onlar xüsusilə də Bouzett personajının leqal olub olmamasını, bunun "Nintendo" şirkətinin müəllif hüquqlarını pozub pozmamasını müzakirə mövzusuna çevirmişdilər.[28]

Azarkeşlərin personajı kanon etmək barədə keçirdikləri ərizələrə baxmayaraq, "Nintendo" şirkəti bunun haqqında bir fikir bildirməmişdir. Şirkət bəyan etmişdir ki, "internetə yüklənilən narahatedici rəsm əsərləri və digər şeylər haqqında bir fikir bildirməyəcəyik".[27][29] Əlavə olaraq, oyunun buraxılışında tacın yalnız Toadettə təsir göstərmədiyi yazılan oyundaxili bir qeyd var idi.[30] Buna baxmayaraq, videooyun publikasiyaları personaj ilə oyunun incəsənət kitabında istifadə edilməmiş "Super Mario Odyssey" konsepsiyası ilə qeyri-adi oxşarlığını ön plana çıxarmışdır. Burada Bouzer yenə Piçin bədənini ələ keçirir və buna görə də o, Bouzerin bir neçə xüsusiyyətini özündə daşımalı olur. Bu, publikasiyaların "Nintendo" şirkətinin gələcəkdə konsepsiyanı daha dərindən araşdırmağı sualını verməsinə səbəb olmuşdur.[2][21] Aleks Olni qeyd etmişdir ki, "Nintendo" şirkətinin bu personajı nə vaxtsa hansısa bir oyuna əlavə etməsi qeyri-mümkündür. Buna baxmayaraq, o, "Nintendo" şirkətinin trend ilə müəyyən bir tərzdə əlaqə qurmasını gözlədiyini vurğulamışdır. O, yazmışdır: "Mən düşünürəm ki, bu, maraqlı bir şey olar və "Nintendo" axır vaxtlar daha əyləncəyə meyilli olub".[19]

"Newsweek" və "Know Your Meme" bu fenomeni "2018-ci ilin ən yaxşı 10 videooyunları"ndan biri adlandırmışdır. "Newsweek" redaktoru Stiven Asarx yazmışdır ki, "Bouzettin fendomlaşdırılması sadəcə qarşısıalınmaz yox, həm də ki məcburi idi". Onun fikrinə görə, əvvəllər internetdə qadın Bouzerin versiyaları olsa da, Bouzettin dizaynı "yeni bir şey" idi.[31] "The Daily Dot" yazıçısı Ana Valens 2018-ci ildə bu internet fenomenini "insanların Tvitterdə qızmış olmağı qəbul etməsi"nin bir nümunəsi olaraq təsvir etmişdir. O, yazmışdır ki, "bu memin – güclü, əzələli bir cinayətkarın qüvvətli, lovğa bir qadına çevrilməsinin təbiəti transformasiya və feminizasiya fetişləri olan istifadəçiləri heyran etmişdir". Onun fikrinə görə, personajın normativ olmayan xarici görünüşü ona yaranan maraqa təsir göstərmişdir.[32] "Metro" bu internet fenomenini "2018-ci ilin ən böyük 12 videooyun hekayəsi"ndən biri seçmişdir. Qəzetin heyəti bunu "ilin ən ağlagəlməyən videooyun hekayəsinin sözsüz qalibi" adlandırmışdır. Onlar bu internet fenomeninin həm "Nintendo" azarkeşləri arasındakı, həm də ki onlayn porno axtarış nəticələrindəki populyarlığını vurğulamışdır.[33] Mem həmçinin, Yaponiyada keçirilən XVI Twitter Trend Mükafatlarında sürətli bir şəkildə populyarlaşmasına görə "İdarəedici Komitənin Xüsusi Mükafatı"nı qazanmışdır.[34] "Ayyk92" daha sonra "Pixiv" və "Niconico" portallarından fiziki mükafat almışdır.[35][36]

  1. Seriya əsas protaqonist Mario. Bəzən oyunun protaqonisti Marionun qardaşı Luici, eləcə də başqa personajlar da olur.
  2. Bu, "Super Mario Odyssey" videooyununa bir istinaddır.[4]
  1. MakUertor, Maykl. "Nintendo's Revised History Of Super Mario Bros". kotaku.com (ingilis). Kotaku. 9 dekabr 2010. 18 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
  2. 1 2 3 Raduloviç, Petrana. "Bowsette: An Investigation". polygon.com (ingilis). Polygon. 28 sentyabr 2018. 28 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  3. Fillips, Tom. "Nintendo fans are trying to work out new character Peachette". eurogamer.net (ingilis). Eurogamer. 26 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
  4. Nintendo. Super Mario Odyssey (ingilis). Nintendo Switch. 7 oktyabr 2017. Səhnə: Ending cutscene.
  5. Ayyk92. "Super Crown". deviantart.com (ingilis). DeviantArt. 19 sentyabr 2018. 26 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
  6. ayyk92. "The Super Crown's some spicy new Mario lore" (Tweet) (ingilis). 19 sentyabr 2018. İstifadə tarixi: 10 yanvar 2019.
  7. Kent, Emma. "Nintendo fans are splicing Bowser with Peach and now Bowsette is trending". eurogamer.net (ingilis). Eurogamer. 24 sentyabr 2018. 24 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2019.
  8. Lemon, Marşall. "Bowsette is becoming a legitimate YouPorn and Pornhub sensation". vg247.com (ingilis). VG247. 27 sentyabr 2018. 27 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
  9. Rouz, Brayan. "PlayStation 4 Dominates Pornhub Traffic for Consoles, Bowsette Popular". gamerevolution.com (ingilis). Game Revolution. 12 dekabr 2018. 29 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
  10. Ando, Kenci. "「クッパ姫」が空前のブームに。マレーシア発の投稿がきっかけだった。". huffingtonpost.jp (jp). Huffington Post. 24 sentyabr 2018. 27 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
  11. Lavric, Linzi. "Manga Creators Enthralled By 'Bowsette' Meme". animenewsnetwork.com (ingilis). Anime News Network. 25 sentyabr 2018. 29 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
  12. akiman7. "クッパ姫さん take.2〜" (Tweet) (jp). 24 sentyabr 2018.
  13. Eşkraft, Brayan. "Bowsette Fan Event Being Held In Japan". kotaku.com (ingilis). Kotaku. 27 sentyabr 2018. 27 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
  14. Prell, Sem. "The real problem with this Bowsette porn parody is its flagrant disregard for Mario lore". gamesradar.com (ingilis). GamesRadar+. 1 oktyabr 2019. 15 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2019.
  15. Koul, Samanta. "Here's Your Bespoke 'Super Mario' Gender-Bending Porn". vice.com (ingilis). Vice Media. 1 oktyabr 2018. 17 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
  16. 1 2 "IGN" heyəti. "Our Nintendo Switch RE-Review, Bowsette, and More! – NVC Ep 426". ign.com (ingilis). IGN. 27 sentyabr 2018. 28 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2020.
  17. Cekson, Gita. "The Internet Has Been Replaced By Bowser Wearing The Super Crown". kotaku.com (ingilis). Kotaku. 24 sentyabr 2018. 27 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2020.
  18. Staff. "Which Bowsette Is Best?". kotaku.com (ingilis). Kotaku. 28 sentyabr 2018. 28 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2020.
  19. 1 2 Alex Olney. Bowsette is (un)Officially a Thing and She's Not Going Away (YouTube) (ingilis). Nintendo Life. 26 sentyabr 2018. 29 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  20. Nero, Dom. "Bowsette, the Latest Nintendo Meme, Is What Happens When Peach and Mario Break Up". esquire.com (ingilis). Esquire. 26 sentyabr 2018. 27 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2020.
  21. 1 2 Maçkoveç, Sem. "Nintendo reveals it invented "Bowsette" before the Internet did". arstechnica.com (ingilis). Ars Technica. 28 sentyabr 2018. 28 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2020.
  22. Valdes, Nik. "Anime Artists Turn Bowsette into a Social Media Icon". comicbook.com (ingilis). ComicBook. 23 sentyabr 2018. 24 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2020.
  23. Valens, Ana. "Bowsette Meme: Why Is the Mario Fan Character So Popular?". dailydot.com (ingilis). The Daily Dot. 29 sentyabr 2018. 29 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2020.
  24. Eşkraft, Brayan. "After Bowsette, Fans Go Wild For Boosette". kotaku.com (ingilis). Kotaku. 26 sentyabr 2018. 27 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
  25. Kleffman, Marsel. ""Bowsette" und "Boosette" erobern das Internet". 4players.de (alman). 4Players. 27 sentyabr 2018. 30 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
  26. Lubovski, Tom. "Nach Bowsette: Die neue Fan-Schöpfung heißt Boosette". spieletipps.de (alman). 27 sentyabr 2018. 3 oktyabr 2018 tarixində arxivləşdirilib.
  27. 1 2 Şerman, Cennifer. "Fans Battle For (and Against) Bowsette Legitimacy". animenewsnetwork.com (ingilis). Anime News Network. 27 sentyabr 2018. 28 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  28. Staff. "二次創作の女体化キャラ「クッパ姫」が人気爆発、著作権問題を考察". news.livedoor.com (yapon). livedoor. 27 sentyabr 2018. 28 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  29. Uorkman, Robert. "Nintendo Has No Comment On Bowsette". comicbook.com (ingilis). ComicBook. 27 sentyabr 2018. 23 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  30. Gita. "Nintendo Officially Shoots Down Bowsette" (ingilis). Kotaku. 4 yanvar 2019. 4 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  31. Asarx, Stiven. "Top 10 Video Game Memes of 2018: From Bowsette to I'm Already Tracer". Newsweek (ingilis). 20 dekabr 2018. 27 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020. (#redundant_parameters)
  32. Valens, Ana. "From Beto to Bowsette: In 2018, people embraced being horny on Twitter". dailydot.com (ingilis). The Daily Dot. 5 dekabr 2018. 29 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  33. Staff. "The 12 Biggest Video Game News stories of 2018". Metro (ingilis). 26 dekabr 2018. 27 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020. (#redundant_parameters)
  34. Lavric, Linzi. "Monster Hunter, Super Smash Bros., Detective Conan Film Win at Twitter Trends Awards 2018". animenewsnetwork.com (ingilis). Anime News Network. 27 dekabr 2018. 28 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  35. ayyk92. "Haha they actually did it, the guys at NicoNico and Pixiv sent me a nice glass trophy for the Bowsette trend from last year It arrived on the launch date of New Super Mario Bros U Deluxe too!" (Tweet) (ingilis). 11 yanvar 2019.
  36. Moys, Kris. "Bowsette originator receives trophy from Pixiv and NicoNico". destructoid.com (ingilis). Destructoid. 12 yanvar 2019. 23 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  37. "Bowsette Won Twitter Trend Awards 2018 Steering Committee Special Award". mynintendonews.com (ingilis). My Nintendo News. 27 dekabr 2018. 28 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Videooyunlar portalı П:  LGBT portalı П:  Yaponiya portalı