"Giant Bomb" — ABŞ videooyun veb saytı. Saytda videooyunlar, sənaye xəbərləri haqqında resenziya və rəylər dərc edilir. Həmçinin, saytın tərkibində videooyun mövzularının verilənlər bazası var. "Giant Bomb" keçmiş "GameSpot" redaktorları Ceff Cerstmann və Rayan Devis tərəfindən "Whiskey Media" ilə əməkdaşlıq çərçivəsində təsis edilmişdir.
Giant Bomb | |
---|---|
URL | giantbomb.com |
Tipi | viki |
Dilləri | ingilis dili |
Açılma tarixi | 6 mart 2008 |
Alexa reytinqi |
|
28 noyabr 2007-ci ildə Ceff Cerstmann "GameSpot"da redaksiya direktoru vəzifəsindən azad edilmişdir.[2] İşdən çıxarıldıqdan sonra Ceff yeni veb-sayt yaratmaq üçün bir qrup veb-dizaynerlə əməkdaşlıq etməyə başlamışdır. İşdən çıxarıldıqdan dərhal sonra internetdə bunun səbəbinin "Kane & Lynch: Dead Men" videooyununun istehsalçısı "Eidos Interactive"in təzyiqi olması ilə bağlı şayiələr yayılmağa başlamışdır. Odur ki, Ceff oyunu "GameSpot"a yerləşdirdikdən sonra ona mənfi rəy vermişdi, lakin saytın redaktorları və ana şirkət "CNET Networks" bunun onun işdən azad edilməsi ilə əlaqəsi yoxdur.[3] Bu hadisədən sonra bir sıra işçilər şirkəti tərk etmişdir. Rayan Devis 2008-ci ilin fevralında təqaüdə çıxdığını açıqlamışdır. Bundan sonra həmin heyət "Giant Bomb" saytını təsis etmişdir.[4] 2012-ci ilin mart ayında sayt ABŞ-nin "CBS Interactive" media holdinqi tərəfindən satın alınmışdır.[5]
Sayt "Time" jurnalı tərəfindən 2011-ci ilin ən populyar 50 saytı siyahısına daxil edilmişdir.[6]