Boz siçovul (lat. Rattus norvegicus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli gəmirici növüdür.
Boz siçovul | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Boz siçovul |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Kütləsi 500 q-a, bədəninin uzunluğu 250, quyruğu 120 mm-ə (həmişə bədənindən gödəkdir) çatır. Sifəti küt və enli, qulaq seyvanı (22 mm) irəli əyilmiş, gözlərinə çatmır. Quyruğu seyrək tüklərlə örtülmüşdür. Pəncəsi nisbətən uzundur (47 mm). Bədəninin üst tərəfınin xəzinin əsas rəngi boz-qonur, kürənimtil və ya oxra çalarlıdır (noxudu və ya qaramtıl çalarlı, yaxud tamamilə qara fərdlərə də rast gəlinir). Alt tərəfı adətən boz, bəzən ağımtıl, melanistlərdə isə qaradır.
Qütb ölkələrindən və səhralardan başqa hər yerdə yayılmışdır. Azərbaycanda nominativ formasına rast gəlinir. Təbii yaşayış yerləri başlıca olaraq yarımsəhra və aran meşələridir. İnsanın təsərrüfat tikililərində hər yerdə yaşayır.
Hazırda Rattus norvegicus növünün daxilində 2 xət ayırd edilir:
Siçovul rütubətli yaşayış yerləri bağlıdır. Öz sığınacaqlarını müxtəlif şəraitlərdə, hətta daimi mənfı temperaturlu (-10°) əlverişsiz yerlərdə də qurur. Yaşayış yerlərində zirzəmilərə, anbarların rütubətli sahələrinə, mal-qara tövlələrinə üstünlük verir. Təbii şəraitdə çay və göl sahillərində, plantasiyalarda, bataqlaşmış yerlərdə məskunlaşır. Adətən sadə yuvalar qazır. Yaz daşqınları zamanı çayların aşağı axarında koğuşlarda yaşayır və ya ağaclarda budaqlardan yuva qurur.
İlin böyük hissəsini, daha intensiv şəkildə isə yaz-yay dövründə çoxalır. Yaşlı dişi 3 nəslə qədər — hər nəsildə 7 bala verir. 3–4 aylığında cinsi yetkinliyə çatır. Siçovulların vurduğu ziyan çox böyükdür. Təbiətdə 3 ilə qədər yaşayır, lakin bala fərdlər arasında ölüm faizinin yüksək olmasına, həmçinin yırtıcılara və hannibalizmə görə fərdlərin 95 % nadir hallarda 1,5 yaşa qədər yaşaya bilir. Təbii biotoplarda və aqrosenozlarda bir çox yırtıcı məməlilərin və quşların, o cümlədən boz qarğanın, yaşayış yerlərində isə pişiklərin və itlərin şikarıdır. Laboratoriyada yaxşı saxlama şəraitində boz siçovul 2–3 ilə qədər yaşayır.
Boz siçovul hərşeyyeyəndir. Kənd yerlərində və şəhər ətraflarında, əsasən tullantılar, hətta ifrazatla qidalanır. Təbiətdə heyvani yemlərdən daha çox istifadə edir. Onların arasında birinci yerdə balıq, onurğasızlardan isə molyusklar durur. Tarlalarda quru otla da qidalanır.
Boz siçovul — çiçəklənmə mərhələsində olan növdür. Vəhşi gəmiricilər adətən yüksək sıxlığa çatmırlar, lakin antropogen mühitdə yaşayan populyasiyalar daha əlverişli şəraitdə yaşayırlar. Hesab edilir ki, yer kürəsində yaşayan siçovulların sayı, insanların sayından iki dəfə çoxdur. iri şəhərlərdə isə onların sayı insanların sayına bərabərdir. Beləki, 2003-cü ildə İngiltərədə boz siçovulun populyasiyasında fərdlərin sayı 60 milyon fərdə çatmışdır. İnsanın və ev heyvanlarının müxtəlif qida məhsullarını yeməkdən və korlamaqdan əlavə o, yeməli olmayan əşyaları (parça, xəz və s.) da korlayır. Taun, tulyaremiya, gənə səpmə yatalaq qızdırmasının bir neço forması, leptospiroz xəstəlikləri və s. törədiciləririn təbii daşıyıcısı kimi böyük epidemioloji əhəmiyyəti vardır.