«Brest qalası» (МН-54) mağarası Gürcüstan Respublikasının şimal-qərbində, Abxaziyanın Qaqra şəhəri yaxınlığında, Arabika dağ massivinin şərq hissəsində yerləşir[4]. Mağaranın təxmini dərinliyi 420 metrdir. Çətinlik dərəcəsinə görə mağara 3Б—4А kateqoriyasına daxildir. Bəzi mənbələrdə mağaranı alternativ olaraq МН-54 adlandırırlar.
Brest qalası (МН-54) | |
---|---|
rus. «Брестская крепость» (МН-54) | |
Ümumi məlumatlar | |
Dərinliyi | 420 (2005)[1][2][3] |
Kəşf tarixi | 1985 [1] |
Giriş sayı | 1 |
Yerləşməsi | |
43°25′27″ şm. e. 40°22′10″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
|
Mağaraya giriş çox dar olub meyillidir. Girişdə güclü hava axını müşahidə olunur. 4-5 metrdən sonra çox da dərin olmayan və kor qurtaran quyu gəlir. Quyu üzərindən əsas zala keçən bir neçə giriş mövcuddur. Zalda mağaranın öyrənilməsi zamanı əsas düşərgə yerləşirdi. Mağaranın öyrənilmiş zal hissəsi böyük uçüqun materyalları ilə dolmuş. Eni 50 metr, hündürlüyü 40 metr, uzunluğu isə 120 metrdir. Bu ərazidən meandr formalı yol başlayır və sonda sifonla bitir.
Brest qalası mağarası ilk dəfə Aleksandr Petruşey və Sergey Krasko tərəfindən 1985-ci ildə kəşf edilib. Onlar 4-5 metr hərəkət etdikdən sonra dayanmış və çətin keçid ərazisindən keçmək mümkünsüz olmuşdur. 1992-ci ildə mağaraya təşkil edilmiş belarus-ingilis ekspedisiyasının son iki günündə Sergey Komarov və Sergey Krasko kiçik bir dəliyi genişləndirmiş, ordan keçərək 25 metr aşağıya düşə bilmişlər. Onlar ilk dar quyuda dayanmışlar.
2000-ci ildə Abxaziyada gedən hərbi əməliyyatlar bitdikdən sonra beş belarus speleloq mağara daxilindəki dar keçidləri genişləndirə bilmiş və 150 metr dərinliyə enə bildilər. Bu dərinlikdə onlar heyvan sümüklərini aşkar etmişdilər. 2001-ci ildə Qeliktit klubunun üzvləri texniki vasitələrin köməyi ilə keçidləri genişlədirmiş və 218 metr dərinliyə düşə bilmişlər.
2002-ci ildə qalın qar örtüyünə görə mağaraya daxil olmaq mümkünsüz olmuşdur. 2004-cü ildə isə Brest və Moskva şəhərlərinin klubları mağaraya ekspedisiya həyata keçirərək 420 metr dərinliyə düşə bilmişlər.[3][6][7][8][9]
Mağaraya Brest qalası adını Brest qalası kimi alınmaz olduğu üçün verilmişdir[1][8].