Abxaziyada müharibə — 1998-ci ildə Gürcü-abxaz münaqişəsi çərçivəsində Qali rayonu ərazisində baş vermiş müharibə. Altı günlük Abxaziya müharibəsi Abxaziyanın Qali rayonunda etnik gürcülərin Abxaz separatçı hökumətinə qarşı üsyan etməsindən sonra baş vermişdir.[5] Münaqişə bəzən Abxaziyanın Altı Günlük Müharibəsi adlanır; lakin bu ad yalnız Abxaziyanın 1998-ci il mayın 20-dən 26-dək davam edən hücumunu nəzərə alır, halbuki bu tarixdən əvvəl hərbi əməliyyatlar və gürcülərə qarşı hücumlar artıq başlamışdır.[3][6]
Abxaziyada altı günlük müharibə (1998) | |||
---|---|---|---|
Gürcü-abxaz münaqişəsi | |||
| |||
Tarix | 20 — 26 may 1998 | ||
Yeri | Abxaziya Muxtar Respublikası, Qali rayonu | ||
Nəticəsi | Abxaziya separatçılarının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Abxaziya seperatçılarının Abxaziyanın demək olar ki, bütün ərazisinə nəzarəti qurduğu (Kodori dərəsinin yuxarı hissəsi istisna olmaqla) hərbi əməliyyatlar dayandırıldıqdan sonra, 14 may 1994-cü ildə Gürcüstan və Abxaziya tərəfləri atəşkəs haqqında Saziş imzalandı. Bu sənəd və MDB Dövlət Başçıları Şurasının sonrakı qərarı əsasında 1994-cü ilin iyun ayından etibarən MDB Kollektiv Sülhməramlı Qüvvələri münaqişə bölgəsinə yerləşdirildi. Sülhməramlı Qüvvələri münaqişə bölgəsinndə yerləşdirilməsində əsas məqsəd atəşkəs rejiminin qorunması idi.
1994–1997-ci illər ərzində müharibə zamanı Abxaziyanın Qali bölgəsində yaşadıqları yerləri tərk edən və hərbi əməliyyatlarda iştirak etməyən bir neçə on minlərlə etnik gürcü (meqrel) evlərinə qayıtdı. Qondarma Abxaziay höküməti beynəlxalq ictimaiyyətin təzyiqi altında onlara geri qayıtmağa imkan verdi.[2] Bundan əlavə, müharibədən əvvəl yerli əhalinin böyük əksəriyyəti etnik gürcülər olduğundan və onların getməsi ilə yerli iqtisadiyyat təmamilə tənəzzülə uğramışdı. Gürcü qaçqınların Abxaziyanın qalan hissəsinə qayıtması məsələsi bir neçə ildir rəsmi səviyyədə həll olunmurdu.
Demək olar ki, bütün işçilərinin döyüş təcrübəsi olan Abxaziya Daxili İşlər Nazirliyi, Qali rayonunun bütün ərazisini idarə etmək üçün kifayət qədər qüvvəyə malik deyildi. Bu səbəbdən yalnız rayon mərkəzinin təhlükəsizliyinin təmin edilməsinə diqqət etmək məcburiyyətində idi.[5] Burada qondarma Abxaziya respublikasının silahlı qüvvələrinin bölmələri praktiki olaraq yox idi.[2]
Gürcüstan qoşunlarının Qali rayonu ərazisindən geri çəkilməsindən sonra, yerli əhalinin əhəmiyyətli bir hissəsinin, keçmiş gürcü milislərinin və Abxaziya Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin (Gürcüstanın tərkibində)[5] əməkdaşlarının fəal dəstəyi ilə qondarma Abxaziya qüvvələrinə qarşı gizli və mina mübarizəsi aparırdılar. Rəsmi Gürcüstan hakimiyyəti onları "Partizanlar" adlandırırdı və bu hərəkətləri ilə heç bir əlaqəsi olmadığını vurğulayırdı. Zaman keçdikcə güclərini hiss edən gürcü silahlı qrupları Kollektiv Sülhməramlı Qüvvələrin postlarına təzyiq göstərməyə başladı, onları öz funksiyalarını tam yerinə yetirməkdən imtina etməyə məcbur etdi.[2][5] Qali rayonu üzərində nəzarəti qurmaq üçün kifayət qədər qüvvəyə malik olmayan bu qruplar, öz hərəkətləri ilə vəziyyəti qeyri-sabitləşdirdilər və Abxaz tərəfinin fikrincə sülhməramlı prosesə xələl gətirirdilər.[7]
Gürcüstan ərazisindəki təlim düşərgələrində hazırlıq keçmiş ən böyük "partizan" quruluşu "Ağ Legion" (komandir Qamsaxurdiyanın tərəfdarı Zurab Samuşiya) idi. 1998-ci il may hadisələrindən bir müddət əvvəl başqa bir dəstə də yaradıldı. Bu dəstə "Meşə Qardaşları" (komandir Dato Şengeliya, əvvəllər "Mxedrioni"nin üzvü) adlanırdı. 1998-ci ilin aprelində gürcü "partizan" birləşmələrinin fəallığı xeyli artdı. Ərazidə agentləri və qurulmuş bir müşahidə sisteminə malik olaraq, Abxaziya qüvvələri və Sükhməramlıların nümayəndələrinin bütün hərəkətlərini izləyirdilər. Onlar "qara siyahı" da olan xüsusi şəxslərə və ya zirehli maşınlara qarşı pusqu və mina müharibəsi aparırdılar. Gürcü "partizan" birləşmələrinin hərəkətləri Zuqdididən Gürcüstan Dövlət Təhlükəsizliyi Nazirliyi (DTN) ilə yaxından əlaqəli insanlar tərəfindən əlaqələndirilirdi. 1998-ci ilin mart ayına qədər Qali rayonunun bütün ərazisi şərti olaraq ayrı-ayrı təxribat qruplarının məsuliyyətində olan səkkiz bölgəyə. Sülhməramlıların passivliyindən istifadə edən gürcü birləşmələri burada bazaların yaradılmasına, möhkəmləndirilmiş ərazilərin inşasına başladılar və yerli əhalini silahlandırdılar. Bir neçə yaşayış məntəqəsində Gürcüstanın dövlət bayraqları qaldırıldı.[5] Əslində, Qali bölgəsinin bütün ərazisi gürcü birləşmələrinin nəzarəti altına düşdü.[2]
Mayın 6-da sürgündə olan Abxaziya Ali Şurasının Tiflisdən Zuqdidiyə köçdüyü və İnquri çayı boyunca (faktiki olaraq Gürcüstan-Abxaziya sərhədi) Zuqdidi bölgəsinə yerləşdirildiyi məlum olduqdan sonra Qondarma Abxaziya rejiminin silahlı qüvvələri (bütün "Hüquq-mühafizə orqanları") tam hazır vəziyyətə gətirildi. Qondarma Abxaziya rejiminin verdiyi məlumata görə təxminən 300 gürcü partizanı Qali rayonuna hücum edərək genişmiqyaslı təxribat aksiyasına hazırlaşmağa başladılar. Qondarma rejimin mənbələrinə görə, yerli gürcü əhalisi (xüsusilə qadınlar və uşaqlar) arasında iş aparıb, onları yenidən düşmənçiliyin yenidən baş verəcəyi təqdirdə evlərini müvəqqəti olaraq tərk etməyə və sığınmağa çağırıblar.
Mayın 18-də Qali rayonunun Repi kəndindəki Abxaziya polis bölməsinə hücum edildi və 17 polis əməkdaşı qətlə yetirildi.[8]
Qondrma Abxaziya rejiminin məlumatına görə, may ayının ortalarında məlum oldu ki, "Ağ Legion" və "Meşə Qardaşları" Gürcüstanın daxili qoşunlarının dəstəyi ilə Qalini mayın 26-da Gürcüstanın müstəqillik gününə qədər ələ keçirmək niyyətindədirlər. Bunda da əsas məqsəd Qali şəhərində Tamaz Nadareişvilinin başçılıq etdiyi Abxaziya Muxtar Respublikası hökumətini qurmaq olmuşdur. Bu məlumatı alan Qondarma Abxaziya respublikası rəhbərliyi, Qali rayonunda olan gürcü silahlı birləşmələrinin məhv edilməsi üçün əməliyyat keçirmək qərarına gəldi.[5]
Gürcüstan mətbuatının yazdığına görə, mayın 20-də Qali rayonuna girən Qondarma Abxaziya respublikası silahlı qüvvələri T-55 və T-72 tankları, zirehli personal daşıyıcıları və artilleriya qurğuları ilə təxminən 1500 nəfərdən ibarət idilər. Qumbaraatanlar və kiçik silahlarla silahlanmış gürcü silahlıları Gürcüstan Daxili İşlər Nazirliyinin artilleriya və zirehli maşınlarının fəal dəstəyi ilə əvvəlcədən hazırlanmış müdafiə istehkamlarında mövqe tutdular. Ən şiddətli döyüşlər Xumuşkuri (Humuşkur), Zemo-Bargebi (Yuxarı Bargap), Sida və Saberio (İnquri Su Elektrik Stansiyasının idarə otağının yerləşdiyi qəsəbə) kəndlərində oldu. Döyüş əməliyyatları altı gün davam etdi.[4]
Hərbi əməliyyat və sonrakı kəşfiyyat nəticəsində məlum oldu ki, Qali rayonunun bütün yaşayış məntəqələrində (Qali şəhəri və Çuburxinji kəndi istisna olmaqla) mühəndis quruluşlu möhkəmləndirilmiş istehkamlar yaradılmışdır. Kəşfiyyat hesablamalarına görə, müdafiəçilərin ümumi sayı 2000 nəfərə çatırdı. Bununla əlaqədar genişmiqyaslı hərbi əməliyyat keçirmək zərurəti yarandı. Qondrma Abxaziya Respublikasının Müdafiə Nazirliyində (Suxumi), Müdafiə Naziri V.Mikanbanın rəhbərliyi altında, Şərq Qüvvələri Qrupunun (Oçamçiri) qərargahında — ehtiyat komanda məntəqəsi, Qalidə General -mayor Q.Agrba — Müdafiə Nazirinin Birinci müavini, General-mayor V.Arşba — Baş Qərargah rəisi, General-mayor M.Kişmaria — Hərbi Komissar, Polkovnik A. Tarba — Təhlükəsizlik Şurasının sədri, polkovnik V.Lagvilava — Daxili İşlər nazirinin müavini, polkovnik V.Anua — Müdafiə nazirinin müavinindən komandiri ibarət ön komanda məntəqəsi yaradıldı.[5]
Mayın 21-də hərbi əməliyyatların başlaması ilə əlaqədar olaraq Gürcüstanın müdafiə naziri David Tevzadze Zuqdididə MDB Kollektiv Sülhməramlı Qüvvələrinin komandanı general S.Korobko ilə danışıqlar apardı. Bu arada Gürcüstan silahlı qüvvələri, Daxili İşlər Nazirliyi və sərhəd xidməti tam döyüş hazırlığına gətirildi. Elə həmin gün Abxaziya nümayəndə heyəti Gürcüstan rəhbərliyi ilə danışıqlar aparmaq üçün Tiflisə gəldi.[4]
Mayın 22-də danışıqlar prosesi çərçivəsində Koordinasiya Şurasının (1997-ci ildə Cenevrədə danışıqlar prosesi nəticəsində yaradılmışdı) fövqəladə iclasında tərəflər Abxaziya qoşunlarını Qali rayonundan çıxarmağı və Gürcüstanı hərbi əməliyatları dayandırmağa bölgədəki "partizan" dəstələrini çıxarmağa məcbur edən birgə protokol layihəsini təsdiq etdilər. Ekspertlərin fikrincə, bu, Gürcüstan hakimiyyətinin hərbçilərin hərəkətlərinə müəyyən dərəcədə nəzarət etməsinin dolayı yolla tanınması idi.[4]
Bu arada, mayın 22-də səhər Qondarma Abxaziya Respublikasının qüvvələrinin hücumu bir anda bir neçə istiqamətdə davam etdi. Əməliyyatın ilk mərhələsində Çxir, Humuşkur, Sashamugio, Zemo-Bargebi (Yuxarı Bargap) və Taglan (Tagiloni) yaşayış məntəqələrində gürcü xətti yarıldı. Mayın 24-ü günün sonuna qədər Salxin odəmir yolu stansiyası — Taglan −1 — Sida −2 (keçmiş həbsxana zonası) — Yuxarı Bargap, Sabutbayo şəhəri boyunca bir cəbhə xətti meydana gəldi. Abxaz qüvvələrinin genişmiqyaslı əməliyyatının başlaması ilə Gürcüstan qüvvələrinin komandanlığı prezident Eduard Şevardnadzeyə Qali rayonuna zirehli maşınların daxil edilməsi və Abxaziyaya qarşı genişmiqyaslı müharibəyə başlamaq üçün müraciət etdi.[9][10] Lakin Gürcüstan Prezidenti və Xarici İşlər Naziri buna getməkdən imtina etdi.[5] Prezident Şevardnadzenin təxirəsalınmaz xahişi ilə Rusiyanın müdafiə naziri İqor Sergeyev Kollektiv Sülhməramlıların komandanlığına 1993-cü ildə olduğu kimi yenə də hərbi əməliyyatlardan qaçmaq məcburiyyətində qalan dinc gürcü əhalisinin qorunmasını təmin etməyi tapşırdı.[4]
Qondarma Respublikanın qüvvələri hücuma davam edərkən, BMT Baş Katibinin Xüsusi Nümayəndəsi L Bota və MDB Kollektiv Sülhməramlılarının komandanı S.Korobkonun vasitəçiliyi ilə Qaqrada atəşkəs danışıqları aparıldı.[5]
Mayın 24-də Gürcüstan təhlükəsizlik nazirləri Zuqdididə keçirilən qapalı iclasda mövcud vəziyyəti müzakirə etdilər. Eyni zamanda, Gürcüstan Baş Prokurorluğu rəsmi olaraq Qali rayonundakı döyüşlərdə Gürcüstan nizami ordusunun hərbçilərinin iştirak etmədiyini açıqladı.[4] Mayın 23-dən 26-dək olan dövrdə Gürcüstanın daxili qoşunlarının 1-ci briqadasının bölmələri Qali rayonu ərazisinə göndərildi — sonradan müdafiə naziri David Tevzadze bunu dinc qaçqınlar üçün "təhlükəsizlik dəhlizi" saxlamaq məcburiyyəti ilə edildiyini bildirdi.[4]
Mayın 25-də Gürcüstan və Abxaziya "Atəşkəs, silahlı qüvvələrin təmas xəttindən çəkilməsi və gələcəkdə hərbi əməliyyatların qarşısının alınması zəmanətləri" Protokolunu ("Qaqra Protokolu") imzaladılar. Protokola görə Gürcüstan höküməti gələcəkdə partizan və təxribat qrupları, silahlı birləşmələr və şəxslərin Qondarma Abxaziya Respublikasının ərazisinə keçməyinə icazə verməyəcəyi öhdəliyini üzərinə götürdü.[11][12] İmzalanmış sənədə görə, atəşkəs mayın 26-sı səhər saat 06:00-dan qüvvəyə minməli idi, bundan sonra qarşı tərəflərin təmas xıttindən çəkilməsi prosesi başlamlı idi. Lakin Abxaziya qüvvələri bütünlüklə Qali rayonuna nəzarəti ələ alaraq əməliyyatı mayın 26-da saat 15:00-dək davam etdirdi. Təxminən otuz min mülki şəxs yenidən evlərini tərk edərək Gürcüstanın nəzarət etdiyi əraziyə — Zuqdidiyə qaçmaq məcburiyyətində qaldı.[4]
Ümumi itkilər haqda dəqiq məlumat yoxdur. Belə ki, hər iki tərəf öz rəqəmlərini səsləndirir və öz itkilərini azaldaraq, qarşı tərəfin itkilərini xeyli sayda şişirdir.
Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, Gürcüstan tərəfi 17 hərbçisini itirmişdir. Bu məlumata görə 35 mülki vətəndaş həlak olmuş, 6 nəfər itkin düşmüş 24 nəfər yaralanmış və 56 nəfər əsir götürülmüşdür. Qondarma Abxaziya Respublikasının itkilərinin isə 600 nəfərin ölü və yüzlərlə insanın yaralandığı təxmin edilir.[4] İTAR-TASSın Gürcüstanın Zuqdidi bölgəsindən əldə etdiyi məlumatlara görə, "atəşkəs müqaviləsi qüvvəyə mindikdən sonra Qondarma Abxaziya silahlı birləşmələri Otobaya, Tagiloni, Zemo Bargebi, Nabakevi, Dixazurga, Saberio kəndlərində boş evləri yandırmağa başladılar".[13] Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, ümumilikdə 1695 ev yandırılmışdır.[4][14]
Qondarma Abxaziya Respublikası hökümətinin məlumatlarına görə, Abxaziyanın güc strukturları 8 nəfər itirmiş, 20 nəfər isə yaralmışdır. Gürcüstan itkiləri isə təxminən 150 adamın ölümünə və yaralanmasına səbəb olub.[5]