Bruno Hildebrandt

Bruno Hildebrandt (alm. Bruno Hildebrand‎; 6 mart 1812[1][2][…]29 yanvar 1878[1][2][…], Yena, Saksen-Veymar-Eyzenax hersoqluğu[d]) — Almaniya iqtisadçısı və statistiki, Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad professoru..

Bruno Hildebrandt
(alm. Bruno Hildebrand‎)
Doğum tarixi
Doğum yeri Almaniya Almaniya
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Almaniya Almaniya
Milliyyəti Alman
Təhsili
Fəaliyyəti iqtisadçı
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bruno Hildebrandt(1812–1898-ci illər)-alman iqtisadçısı və statistiki, Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad professoru. Əsas əsəri iqtisadi təzahürlərin tarixi tədqiqat metodunu irəli sürdüyü "İndinin və gələcəyin siyasi iqtisadı" əsəridir ki, bu kitab 1848-ci ildə nəşr olunub.

1864-cü ildə Hildebrandtın "Natural təsərrüfat, pul təsərrüfatı və kredit təsərrufatı" əsəri işıq üzü görür, burada o, millətin tarixinin aşağıdakı dövrlərə ayrılmasını göstərir: 1) orta əsrlərin təbii təsərrüfatı (natural təsərrüfat nəzərdə tutulur) 2) pul təsərrüfatı 3) kredit təsərrüfatını o, təsərrüfatın ali tipi hesab edirdi, belə ki, kredit kapitalı olmayan işgüzar adamlara sahibkar olmağa imkan verir. Hildebrandt krediti pulların və kapitalın hökmranlığına son qoymağa və müasir kapitalist dünyasını ədalət əsasında dəyişdirməyə qabil olan qüvvə hesab edirdi. Onun fikrincə, kredit təsərrüfatı pul təsərrüfatının antiporu deyil, yalnız gələcək inkişafıdır. Ona görə Hildebrandtın krediti pulların və kapitalın hökmranlığına son qoymağa, onun müasiri olan kapitalist dünyasını ədalət əsasında dəyişəcəyinə qadir olan hər hansı yaradıcı qüvvə kimi təqdim etməsi əsassızdır.

  1. 1 2 Bruno Hildebrand // Marburger Professorenkatalog. 2016.
  2. 1 2 Bruno Hildebrand // Brockhauz Ensiklopediyası (alm.).