Bu qadın (mahnı)


Bu qadın[1] — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. "Aygun Music" tərəfindən hazırlanan mahnının sözləri və musiqisi MC Murada aiddir. Aygün Kazımova mahnını 26 yanvar 2021-ci ildə öz 50-ci doğum günündə təqdim etmişdir.[2][3]

sinql
Bu qadın
İfaçı Aygün Kazımova
Yayımlanıb 26 yanvar 2021
Janr pop
Dil azərbaycanca
Müddət 03:38
Bəstəkar MC Murad
Sözlərin müəllifi MC Murad
Aygün Kazımova mahnılarının xronologiyası
"Yarımdı O"
(2021)
"Bu qadın"
(Bu Qadın)

Arxa fon və yazılması[redaktə | mənbəni redaktə et]

Aygün Kazımova 22 avqust 2020-ci ildə "Tovuz döyüşləri" zamanı şəhid olmuş hərbiçilərimizə ithafən "Əsgər marşı" adlı mahnısını təqdim etmişdir.[4] Aygün Kazımova İkinci Qarabağ Müharibəsinin Azərbaycanın qələbəsi ilə bitməsi və torpaqlarımızın işğaldan azad olunması müsabətilə əsgərlərimizin simasında Ali Baş Komandan İlham Əliyevin doğum gününə özəl olaraq "Vətən oğlu" sinqlını təqdim etmişdir.[5][6] "Bu qadın" layihəsi də "Vətən Müharibəsi" zamanı şəhidlərinə həsr olunmuşdur. Layihə şəhidlik zirvəsinə ucalmış sevgilisinə qovuşmayan xanımlara həsr edilmişdir.

Aygün Kazımovanın 2018-ci ildə təqdim etdiyi "Duy" adlı albomundakı "Duy" və "Toy boy" mahnılarının sözlərinin müəllifi olan MC Muradla bu layihədə də əməkdaşlıq etmişdir.[7] Mahnının söz və musiqisi MC Murada aiddir. Aygün Kazımova mahnının aranjimanını daha öncə "S.U.S." və "Vətən oğlu" layihələrində çalışdığı gürcüstanlı musiqiçi Aliko Berdzanişviliyə, mahnının lentə yazılmasını isə türkiyəli bəstəkar Hakan Erola həvalə etmişdir. Aygün Kazımova 2020-ci ildə "SS production" ilə əməkdaşlığına son qoymuş və "SS production" ilə son layihəsi olan "Paramparça (Akustik)" sinqlını təqdim etimşdir. Daha sonra pop-diva ləqəbli ifaçı "HN media group"la "Əsgər marşı" layihəsini və son olaraq, "AK Ekibi" ilə "Vətən oğlu", "Yarımdı O" və "Bu qadın" sinqllarını təqdim etmişdir.

Hər il ənənəvi olaraq, öz doğum günündə yeni layihə təqdim edən Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalaraq, "Bu qadın" sinqlını təqdim etmişdir.[8]

“Doğum günümdə təqdim etdiyim yeni layihəmi gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm.“Bu qadın” tək deyil: mən, sən, o, biz - hamımız həmin qadınların dərd ortağıyıq. Doğum günümdə də bütün duyğularımı onlarla bərabər yaşayıram.”[9]

Aygün Kazımovanın "Instagram" sosial şəbəkəsində klip haqqındakı fikirləri (26 yanvar 2021-ci il)

Klip haqqında[redaktə | mənbəni redaktə et]

Klipi türkiyəli rejissor Səlim Akar İstanbulda lentə almışdır. Klip 18 saatdan artıq davam etmiş və klip çəkilişlərində 30 nəfərlik çəkiliş qrupu iştirak etmişdir. Klip İstanbuldakı "Ümraniye Platoları" adlı çəkiliş meydanında çəkilmişdir. Açıq hava çəkilişləri qar yağışının altında 8 saat davam etmişdir.[10] Aygün Kazımova klipdə Türkiyənin ən məşhur gəlinlik brendlərindən olan "Alisse nuerA" və azərbaycanlı modelyer-dizayner Rüfət İsmayılın sahibi olduğu "AFFFAIR" brendinin geyimlərindən istifadə etmişdir. Klipdə türkiyəli aktyor Berfun Beşel və aktrisa Ayşegül Çakmak rol almışdır. Klipdə əsgər sevgilisinə qovuşmayan xanımın həyat hekayəsindən bəhs edilir.[11][12]

Sinql üzərində çalışanlar[redaktə | mənbəni redaktə et]

  • Söz: MC Murad
  • Musiqi: MC Murad
  • Aranjiman: Aliko Berdzanişvili (Bravo Records)
  • Gitar: David Londaridze
  • Recording: Hakan Erol
  • Rejissor: Selim Akar
  • İmic & Stil : Rüfət İsmayıl
  • Operator: Eren Yıldız
  • İkici rejissor: Derya Çapacı Yıldız
  • Redaktor: Turan Onur (The Post Brothers)
  • Rəngləmə: Ercan Küçük (The Post Brothers)
  • Backstage & Fotoqraf: Sezai Demirer
  • Saç: Mehmet Yiğit
  • Makiyaj: Ahu Aydemir
  • Geyim: Alisse Nuera, AFFFAIR
  • Leybl: Aygun Music
  • Prodüser: Aygün Kazımova
  • Yayımcı şirkət: WediaCorp Music

Aktyorlar:

  • Ayşegül Çakmak
  • Berfun Beşel

Aygün Kazımova Komandası:

Mahnının çıxış tarixi[redaktə | mənbəni redaktə et]

Ölkə Tarix Format(lar) Leybl
Dünya miqyasında 26 yanvar 2021 MP3 "Aygun Music"

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Bu Qadın" iTunesdə". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  2. "Aygün Kazımova "Bu qadın"ı təqdim etdi – VİDEO". 2021-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  3. "Bu Qadın - Single". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  4. "Aygün Kazımova Polad Həşimova mahnı həsr etdi - Video". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  5. ""Vətən oğlu" - VİDEO". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  6. "Aygün Kazımova prezidentin ad gününə mahnı həsr etdi - VİDEO". 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  7. "Aygün Kazımovanın ad günü hədiyyəsi: "Qovuşmayan qadınlara həsr edirəm"". 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  8. "Aygün Kazımova "Bu qadın"ı təqdim etdi - VİDEO". 2021-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  9. ""Hamımız həmin qadınların dərd ortağıyıq"- Aygün Kazımova yeni layihəsindən danışdı". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  10. "Aygün Kazımova: "Qovuşmayan qadınlara..." - Video". 2021-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  11. "Aygün Kazımova "Bu qadın"ı təqdim etdi - VİDEO". 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  12. Aygün Kazımova “Bu qadın”ı təqdim etdi – VİDEO