Budapeşt List Ferenç Hava Limanı

Öncəki adı Budapeşt Ferihegy (Ferihec) adlanan Budapeşt Ferenç List Beynəlxalq Hava Limanı[1] (IATA: BUD, ICAO: LHBP) - Macarıstanın sərnişinlərə xidmət göstərən beş ən böyük hava limanlarından biridir. Hava limanından Avropa, Afrika və Yaxın Şərq ölkələrə uçuşlar həyata keçirilir. 2012-ci ildə statistikaya əsasən 8.5 milyon sərnişin qəbul etmişdir. Macarıstanın dövlət hava olları olan Malev şirkətinin iflası bu rəqəmə öz təsirini göstərmişdir.

Budapeşt List Ferenç Beynəlxalq Hava Limanı
Xəritə

47°26′22″ şm. e. 19°15′43″ ş. u.HGYO


IATA: BUDICAO: LHBP
Məlumat
Hava limanı tipi Mülki
Ölkə Macarıstan
Açılış tarixi 1950
Rəsmi saytı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hava limanı Budapeştin mərkəzindən 16 kilometr uzaqlıqda yerləşir. Hava limanına asan şəkildə gəlmək üçün Üllöi yolundan istifadə etmək mümkündür. Məşhur macar bəstəkarı Ferens Listin 200 illik yubileyi şərəfinə hava limanına onun adı verilmişdir.

Hava limanı iri-həcmli təyyarələri qəbul etmə imkanına malikdir.

Hava limanının səmadan görünüşü
I Terminal (müvəqqəti bağlıdır)

Hazırda List Ferençin adına olan Hava Limanı daha çox köhnə adı Ferihegy ilə məşhurdur. Ferihegy hava limanı yaxınlığında yerləşən bölgənin adıdır. "Feri" - Ferençin qısa yazılışı, "hegy" isə təpəlik deməkdir.

Dizayn və ilk mərhələ

[redaktə | mənbəni redaktə et]

1938-ci ildə Budapeştdə yeni hava limanının tikilməsinə qərar verilir. Peştsentlörinç-Rakoşhec-Veçşeş kəndlərinin hüdudları yer olaraq seçilir. Hava limanı sərnişin, idman və hərbi xidmət göstərəcəyi nəzərdə tutulur.

1942-ci ildə işlər tamamlanır və Budapeşt Hava Limanı istifadəyə hazır olur. Şəhərlə hava limanını birləşdirən avtomagistral 1940-1943 illəri arasında çəkilmişdir.

Hərbi binalarda mülki binalara paralel olaraq tikilir. Müharibə şəraiti olduğuna görə, uçuşlar 1943-cü ildə başlamışdır. Lakin 1944-cü ilin əvvələrində müxtəlif problemlərə görə uçuşlar azalaraq hava limanının fəaliyyətsizliyinə gətirib çıxarmışdır. II Dünya Müharibəsindən sonra binalara zərər dəymişdir.

1947-ci ildə yenidənqurulmasına qərarlaşdırıldı. Beləliklə, Macar və Sovet birgə Hava Yolları yarandı. O zamanlar hava yolları az məntəqəyə xidmət göstərirdi. Bunlara Praqa, Buxarest, Varşava və Sofia aiddir.

Macar Hava Naviqasiyası Şirkəti (Macarca: Magyar Légiforgalmi Vállalat – Malév) 1954-cü ildə qurularaq Qərb istiqamətində ilk uçuşunu həyata keçirdi. Budapeştə uçuş həyata keçirən ilk qərbi Hava yolları KLM (Holland Hava Yolları) olmuşdur.

Davam edən inkişaf

[redaktə | mənbəni redaktə et]

Açılış ili ilə 1960-ci il arasında hava limanına enmə sayısı 4,786-dən 17,133-ə, sərnişin qəbulu isə 49,955-dən 359,338-ə yüksəlir.

1974-cü ildə sərnişin qəbulu 1 milyona yüksəlir. 1977-ci ildə hava limanında yeniləmə işləri aparılır.

Yeni infrastruktur

[redaktə | mənbəni redaktə et]

İldən ilə Budapeşt hava limanı inkişaf etməkdə davam edir. 1993-cü ildə Malev Amerika qitəsinə, Nyu Yorka ilk uçuşunu gerçəkləşdirdi.

1997-ci ildə 2B terminalının inşasına başlanır və 1998-ci ildə istifadəyə verilir. Bu terminal ildə 3.5 milyon sərnişin qəbul etmə imkanına malikdir.

Malevin iflasından sonra

[redaktə | mənbəni redaktə et]

Dövlət Hava yollarının iflası hava limanına xeyli zərər vermişdir. Bu o deməkdirki hava limanı təxmini olaraq 1.5 milyon sərnişinini itirmiş oldu. Malevin iflasından sonra, Avropanın ən böyük ucuzqiymətli sərnişindaşıyan hava yolları olan Ryanair Budapeştdən uçuşlara başlayır.[2][3]

Hava limanının 3 əsas terminalları mövcuddur: 1, 2A, və 2B. Yeni yükdaşıma bazası tikilməkdədir. 2A ilə 2B yan yana olduğundan, iki terminal arasında piyada hərəkət etmək olar. Terminal 1 bu iki terminaldan daha uzaqda yerləşərək, məsafə baxımından şəhərə ən yaxın terminaldır. Şəhərdən hər üç terminala avtobus işləyir. Terminal 1-ə həmçinin qatarla gəlmək mümkündür.

2A terminalı Şengen üzvü olan ölkələrə, 2B terminalı isə Şengen üzvü olmayan ölkələrə xidmət göstərir.

Uçuş istiqamətləri

[redaktə | mənbəni redaktə et]
Hava Yolları Şirkəti İstiqamətlər
Aegean Hava Yolları Afina
Aer Lingus Dublin
Aeroflot Moskva
airBaltic Riqa
Air Berlin Berlin
Air France Paris
Air France - HOP! tərəfindən idarə olunan Lyon
Air Malta Mövsümi: Valletta
Alitalia Roma
Avstriya Hava Yolları Vyana
Belavia Belqrad, Minsk (hər ikisi 19 Sentyabrdan etibarən)
Britaniya Hava Yolları London
Brüssel Hava Yolları Brüssel
Bolqarıstan Hava Yolları Sofiya
Çex Hava Yolları Praqa
easyJet Berlin, London, Paris
easyJet İsveçrə Bazel, Cenevrə
Misir Hava Yolları Qahirə
El Al Tel-Əviv
Finnair Helsinki
Germanwings Köln, Ştutqart
Jet2.com Edinburq, Mançester, Nottingem
KLM Amsterdam
LOT Polşa Hava Yolları Varşava
Lufthansa Düsseldorf, Frankfurt, Hamburq, Münhen
Norwegian Air Shuttle Kopenhagen, Helsinki, Oslo, Stokholm
Qətər Hava Yolları Doha, Zaqreb
Ryanair Barselona, Bueva, Berqamo, Billund, Bristol, Şarleroi, Dublin, Eyndhoven, Göteborq, London, Madrid, Mançester, Roma, Stokholm, Tampere, Treviso, Varşava

Mövsümi: Alikante, Pafos, Pisa

Skandinav Hava Yollaı Kopenhagen, Oslo
Sky Work Bern
Sun d'Or Mövsümi: Tel-Əviv
İsveçrə Beynəlxalq Hava Yolları Sürix
TAP Portuqaliya Lissabon
TAROM Buxarest
Transavia.com Rotterdam
Türk Hava Yolları İstanbul
uTair Sankt-Peterburq
Wizz Air Bakı, Barselona, Bari, Şarleroi, Kataniya, Dortmund, Dubay (28 Avqustdan etibarən), Eyndhoven, Cenevrə, Göteborq, Frankfurt, İstanbul (2 Avqustdan etibarən), Kiyev, Larnaka, Lodon, Madrid, Malmö, Valletta, Milan, Neapol, Roma, Stokholm, Tarqu Mureş, Tel-Əviv, Saloniki, Varşava

Mövsümi: Burqas, Korfu, İraklion, Malaqa, Palma de Malyorka, Rodos, Turku, Varna, Zakintos

Budapeşt Hava Limanına şəhərdən bir çox nəqliyyat işləyir.

İctimai nəqliyyat

[redaktə | mənbəni redaktə et]

Gün ərzində (04:00 - 23:00) 200E nömrəli avtobus Terminal 2-dən hər 10 dəqiqədən bir çıxır. 200E Hava limanı ilə Metro 3-ün (Mavi xətt) son stansiyası olan Kőbánya-Kispest ilə birləşdirir. Bu yolla şəhərin mərkəzinə 50 dəqiqəyə çatmaq olar. Gecə vaxtı (23:00 - 04:00) 900 nömrəli avtobus Terminal 2-dən 30-60 dəqiqə aralığında çıxır. Bu avtobus xəttini istifadə etdikdə Bajcsy-Zsilinszky út dayanacağında 950 nömrəli avtobusa dəyişmək olar. 950 nömrəli avtobusla şəhərin mərkəzinə eləcədə Nyugati qatar vağzalına gəlmək mümkündür.

Mini və şəhərətrafı avtobuslar

[redaktə | mənbəni redaktə et]

Bir çox şirkətlər bu xidməti təqdim edərək, müştərini şəhərin istənilən nöqtəsinə çatdırır.

Hava Limanın çıxışında taksi köşkü (Főtaxi) görmək olar. Bundan əlavə istənilən şirkətin taksisini sifariş etmək olar.

Avtomobil kirayəsi

[redaktə | mənbəni redaktə et]

Hava limanında demək olarki bütün şirkətlərin köşkləri mövcuddur.

  1. "Cargo City construction at Budapest Airport Arxivləşdirilib 2012-03-06 at the Wayback Machine." Budapest Ferenc Liszt International Airport. Retrieved on 4 February 2012.
  2. Eddy, Kester. "Ryanair vs Budapest: playing dirty? Arxivləşdirilib 2017-05-24 at the Wayback Machine" Financial Times. 7 February 2012. Retrieved on 9 February 2012.
  3. Simon, Zoltan. "Hungary Seeks Budapest Airport Compromise to Protect Budget Arxivləşdirilib 2013-01-18 at Archive.today." BusinessWeek. 9 February 2012. Retrieved on 9 February 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]