Bunaklar

Bunaklar maraelər (yanlış olaraq marelər) — İndoneziyada və Şərqi Timorun Mərkəzi Timor yaylasında xalq.[1]

Özünüadlandırma
Maraelər
Ümumi sayı
84,000
Dili

Bunak dilləri

Dini

Animizm, Katolisizm

Qohum xalqlar

Papuaslar, Mambaylar (Timur)

Sayları 100 min nəfərdir, onlardan 80 min nəfəri Şərqi Timorda yaşayır (1995). Makasailərə, fatalukulara və Timorun qonşu Avstroneziya xalqlarına (atonilərə, tetumlara) qohumdurlar. Bunakların dili papuas dillərinin transyeniqvineya dil ailəsinin Şərqi Timor qrupuna aiddir.[1]

Dindarların bir hissəsi xristiandır, ənənəvi inanclarını saxlayanlar da var.[1]

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Əsas məşğuliyyətləri tropik toxa əkinçiliyidir (qarğıdalı, kökümeyvəlilər və köküyumrular, mərasimlər üçün az miqdarda quru dərələrdə yetişdirilən çəltik).[1]

Bunaklar

Sosial quruluşları

[redaktə | mənbəni redaktə et]

Sosial təşkilatlanmanın əsasını ana nəsli (deu) təşkil edir, bir neçə deu qəbilə icmasında birləşir. Üçqəbiləli ittifaq mövcuddur. Nikah bilokaldır. Bayramlarda ifa olunan epik mahnılarda (bei qua –“əcdadların izləri”) Bunakların əcdadlarının dənizin arxasından köçüb gəlməsi motivləri izlənilir.[1]

  1. 1 2 3 4 5 Bunaklar// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 73-74. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]