Cırdaxan (Yevlax)

CırdaxanAzərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.

Cırdaxan
40°38′42″ şm. e. 47°06′42″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Yevlax rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 455 nəf.
Xəritəni göstər/gizlə
Cırdaxan xəritədə
Cırdaxan
Cırdaxan

Cırdaxan Yevlax rayonunun Varvara inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. XIX əsrdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən gəlmiş bir qrup ailə indiki ərazidə Cırdaxanlı adlı məntəqə salmışdır. Kollektivləşmə illərində Məşədialılar və Naibli məntəqələri ilə birləşdirildikdən sonra yaranmış kənd Cırdaxan adlandırılmışdır. Etnotoponimdir. Qızılbaş tayfalarından biri olan cırdaxanlıların adındandır. Toponimin arealı Azərbaycanda Tovuz, Bərdə, Xanlar, Şəmkir, Qazax rayonlarını əhatə edir.[1].

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.