Cənubi Şetlend adaları (ing. South Shetland Islands) — Atlantik okeanda Antarktik yarımadasıının şimalında yerləşir.
Cənubi Şetlend adaları | |
---|---|
ing. South Shetland Islands | |
Ümumi məlumatlar | |
Adaların sayı | 24 |
Ümumi sahəsi | 3687 km² |
Hündür nöqtəsi | 2300 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
62°00′00″ c. e. 58°00′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxipelaq cənub-qərbdən şimal-şərqə doğru uzanır. Antarktik yarımadasından Bransfild boğazı ilə ayrılır. Cənubi Amerikadan Dreyk boğazı ilə ayrılır. Arxipelaqda çoxlu sayda xırda adalar vardır. Ümumi sahəsi 3687 km² təşkil edir.
Cənubi Şetland adaları 19 fevral 1819 ildə britaniyalı dənizçi Vilyam Smit (ing. William Smith) tərəfindən «Williams» gəmisində aşkarlanır. O, Montevideodan Valparaisoya gedərkən aşkarlayır. 16 oktyabr 1819 ildə Kinq-Corc adasına enir. Bununla da Antarktika ərazisinə ilk ayaq basan insan olur. Adalar ilk dəfə 1920-ci ilin yanvar-fevral ayları Eduard Bransfild tərəfindən araşdırılır və xəritəyə salınır[2]. Sonradan 1921-ci ilin yanvarında Faddey Bellinshauzenin rəhbərlik etdiyi I Rus Antarkrik ekspedisiyası tərəfindən araşdırılmışdır.
Arxipelaqa verilən ad Britaniyaya məxsus olan Şetland adalarının şərəfinə adlandırılmışdır. 1908-ci ildən Folklend adaları asılı ərazilərinə daxil edilir. 1962-ci ildən Böyük Britaniyanın Antarktika ərazilərinə daxil edilmişdir.
1940 və 1943 illərdə adalara Çili və Argentina iddia qaldırır. Bu iddialar Antarktika haqqında konvensiyaya əsasən dondurulmuşdur.
Arxipelaqda ondan çox qütb stansiyası fəaliyyət göstərir. Üstəlik Kinq-Corc adasında rusların Vellinshauzen stansiyası fəaliyyət göstərir.