Bransfild boğazı Argentinalılar boğazı isp. Mar de la Flota adlandırılar. Boğazın uzunluğu 300 km (200 mil), eni isə 100 km (60 mil) təşkil edir. Boğaz Cənubi Şetland adalarını Antarktik yarımadasından ayırır. Bu adı bura 1825-ci ildə Ceyms Ueddell vermişdir. Belə ki Şetland adalarını 1820-ci ildə tətqiq etmiş Edvard Bransfildın şərəfinə vermişdir. O kral donanmasının kapitanı olmuşdur. Boğazın ortasında rif dərələri vardır. Onun uzunluğu 200 km, dərinliyi isə 2 km təşkil edir. Rif dərələrının yaranması 4 millyon il bundan öncə yaranmışdır. Üstəlik burada sualtı dağlara rast gəlinir ki, onlar da vulkan məşəlidir. Ən hündür dağı Orka dağıdır.
Bransfild boğazı | |
---|---|
isp. Mar de la Flota | |
Ümumi məlumatlar | |
Eni | minimum 100 km |
Uzunluğu | 300 km |
Yerləşməsi | |
063°05′22″ c. e. 059°02′21″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Akvatoriyası | |
Ayırır | Setland adaları ilə Antarktik yarımadasını |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
23 noyabr 2007-ci ildə Bransfild boğazında "Ekcloper" gəmisi batmışdır. Bununla belə 154 heyət üzvünün hamısı xilas edilmişdir.