Cənubi Qafqaz ayısı (lat. Ursus arctos syriacus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü.
Cənubi Qafqaz ayısı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yarımnöv: Cənubi Qafqaz ayısı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Görünüşü Tyan-Şan ayısına oxşayır. Cənubi Qafqaz ayısı üçün kiçik ölçülər səciyəvidir. Tük örtüyü alçaq, seyrək və sərtdir. Açıq qonur, bəzən demək olar ki sarı rəngdə olur.
Hal-hazırda Suriyada, Livanda, Kiçik Asiyada və Cənubi Azərbaycanda (İranda) yaşayır. Şimalda Abxaziyaya qədər, Göyçə gölü ətrafı, Qarabağda, eləcə də Talış və Xəzərin şərq tərəfində Kopetdağa qədər. Qayalı çıxışları olan yarpaqlı, qarışıq və ardıc dağ meşələrində məskunlaşırlar. Dağların meşəsiz, qayalı, daşlıq yerlərində rast gəlmək olar. Gecə qaya çatlarına və mağaralara sığınırlar. Qış yuxusuna gedirlər. Cənubi Qafqaz üçün səciyəvidir ki, fındığın və qozun bol olması ilə əlaqədar qış yuxusuna getməsinlər. Adətən dekabrın ortasında qış yuxusuna gedirlər. Giləmeyvənin, quru meyvələrin bolluğundan asılı olaraq, yerli miqrasiyalar edirlər.
Hər şey yeyirlər. Onurğasız və onurğalılarla, bitkilərlə, həmçin yer altı köklərlə, toxumlarla və meyvələrlə qidalanırlar.
Öyrənilməyib.
Qərbi Azərbaycanda(Ermənistanda) 400 qədərdir. Kopetdağda −160. Sayın azalması insan tərəfindən ovlanması və mühitinin dəyişdirilməsi(meşələrin qırılması, yolların çəkilməsi) ilə bağlıdır. Qərbi Azərbaycanda (Ermənistanda) Dilican və Xosrov qoruqlarında, Sevan milli parkında, Türkmənistanda -Suyunt -Hasardağ qoruğundan qorunurlar.