Marksist

Marksizmsinif münasibətləri və sosial konflikti anlamaq üçün tarixi inkişafın materialist interpretasiyasını istifadə edən sosioiqtisadi analiz metodudur, həmçinin sosial transformasiyanı təhlil etmək üçün dialektik perspektivdir. 19-cu əsr Alman filosofları Karl MarksFridrix Engelsin əsərlərindən başlanğıcını götürür. Marksizm zaman keçdikcə müxtəlif qollara və düşüncə məktəblərinə çevrildiyinə görə hazırda qəti bir marksist nəzəriyyə yoxdur.[1]

Kommunizm
Konsepsiyalar
Marksizm-Leninizm fəlsəfəsi

Sosializm
Beynəlmiləlçilik
Kollektivçilik
Sinfi mübarizə

İdeologiya
Utopik sosializm

Marksizm
Leninizm
Marksizm-Leninizm
Trotskizm
Titoizm
Çuçxe ideyaları
Maoizm
Ənvər Xoca ideyaları
Çe Qevaraçılıq
Ho Şi Min ideologiyası
Roza Lüksemburq ideyaları
Praçanda Yolu
Anarxo-kommunizm
Avrokommunizm

Şəxsiyyətlər
Tomas Mor

Henri Sen-Simon
Şarl Furye
Robert Ouen
Karl Marks
Fridrix Engels
Roza Lüksemburq
Vladimir Lenin
Lev Trotski
İosif Stalin
Mao Tsedun

Simvollar
Kommunizm hərəkatının rəmzləri
Baş mövzu
Anarxizm

Antikapitalizm
Antikommunizm
Müharibə kommunizmi
Demokratik mərkəziyyət
Proletariat diktaturası
İbtidai kommunizm
Sosializm
Stalinizm

Bəzi marksist düşüncə məktəbləri klassik marksizmin digər aspektlərini rədd edərkən və ya dəyişdirərkən müəyyən cəhətlərinə daha çox diqqət yetirir. Bəzi məktəblər ziddiyyətli nəticələrə gətirib çıxardan marksist anlayışları və qeyri-marksist anlayışları birləşdirməyə çalışdılar.[2] Tarixi və dialektik materializmin bütün marksist düşüncə məktəblərinin təməl konsepsiyaları kimi tanınmasına doğru bir hərəkətin olduğu iddia edilmişdir.[3] Bu fikir tarixin yalnız istehsal üsulu ilə deyil, həm də şüur və iradə ilə müəyyənləşdiyini iddia edən Ernesto Laklau və Şantal Muf kimi bəzi postmarksistlər tərəfindən rədd edilir.[4]

Marksizm antropologiya,[5][6] arxeologiya, sənət nəzəriyyəsi, kriminologiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, təhsil, etika, kino nəzəriyyəsi, coğrafiya, tarixşünaslıq, ədəbiyyatşünaslıq, media tədqiqatları,[7][8] fəlsəfə, siyasi elm, elm, psixologiya, elm araşdırmaları,[9] sosiologiya, şəhərsalmateatr da daxil olmaqla bir çox sahəyə nüfuz edərək qlobal akademiyalara böyük təsir göstərmişdir.

Karl Marks

Marksizm insanın maddi ehtiyaclarını ödəmək üçün tələb olunan maddi şərtləri və iqtisadi fəaliyyətləri təhlil edərək hər hansı bir cəmiyyət daxilindəki sosial fenomeni izah etməyə çalışır. Marksizm görə, iqtisadi təşkilat forması və ya istehsal üsulunu daha geniş ictimai münasibətlər, siyasi qurumlar, hüquq sistemləri, mədəni sistemlər, estetik və ideologiyalar daxil olmaqla bütün digər sosial fenomonlərə təsir göstərir. Bu sosial münasibətlər iqtisadi sistemlə birlikdə altstruktur və üststruktur formalaşdırır. İstehsal qüvvələri inkişaf etdikcə mövcud istehsalın təşkili formaları köhnəlir və daha da irəliləməyə mane olur. Karl Marks müşahidə etdiyi kimi:[10]

İnkişafın müəyyən bir mərhələsində cəmiyyətin maddi istehsal gücləri mövcud istehsal münasibətləri ilə və ya indiyə qədər fəaliyyət göstərdikləri çərçivə daxilindəki mülkiyyət münasibətləri ilə ziddiyyətə girirlər. Məhsuldar qüvvələrin inkişaf formalarından bu münasibətlər onların qandallarına çevrilir. Məhz bundan sonra sosial inqilab dövrü başlayır.

Bu səmərəsizliklər özlərini cəmiyyətdəki sosial ziddiyyətlər kimi göstərir ki, bu da öz növbəsində sinif mübarizəsinə gətirib çıxarır.[11] Kapitalist istehsal üsulu altında bu mübarizə istehsal vasitələrinə sahib olan azlıq (burjuaziya) ilə məhsul və xidmət istehsal edən əhalinin böyük əksəriyyəti (proletariat) arasında reallaşır. Sosialist dəyişikliyin cəmiyyət daxilindəki bir-birinə zidd olan müxtəlif siniflər arasındakı mübarizə nəticəsində meydana gələcəyi fərziyyəsindən irəli gələrək, bir marksist kapitalizmin proletariatı istismar və zülm etdiyi qənaətinə gələcəkdir, bu səbəblə kapitalizmin proletar inqilabına yol açması qaçınılmaz olacaqdır. Sosialist cəmiyyətdə şəxsi mülkiyyət kooperativ mülkiyyətlə əvəz olunacaqdır. Sosialist iqtisadiyyatı istehsalını şəxsi mənfəətlərin yaradılmasına deyil, insan ehtiyaclarını ödəmək meyarlarına, yəni istifadə üçün istehsala söykənəcəkdir. Fridrix Engels belə izah edir:[12]

Sonra, məhsulun əvvəlcə istehsalçını, sonra da sahibini əsarət altına aldığı kapitalist sahiblənmə (mənimsəmə) rejimi müasir istehsal vasitələrinin təbiətinə əsaslanan məhsulların mənimsəmə rejimi ilə əvəz olunur; bir tərəfdən, istehsalın saxlanılması və genişləndirilməsi vasitəsi kimi birbaşa sosial mənimsəmə, digər tərəfdən, dolanışıq və əyləncə vasitəsi olaraq birbaşa fərdi mənimsəmə.

Marksist iqtisadiyyat və onun tərəfdarları kapitalizmi iqtisadi cəhətdən dayanıqsız və hərbi təcavüzlə məşğulkən, işçilərin əmək haqlarını və sosial müavinətləri azaltmaqla düşən mənfəət nisbətini kompensasiya etmək ehtiyacı səbəbiylə əhalinin həyat standartını yüksəltmək baxımından da aciz hesab edirlər. Sosialist istehsal üsulu fəhlələr tərəfindən inqilab yolu ilə bəşəriyyətin istehsal üsulu olaraq kapitalizmin yerini alacaqdır. Marksist böhran nəzəriyyəsinə görə, sosializm qaçınılmaz deyil, iqtisadi zərurətdir.[13]

Marksizm termini Marksın ortodoks və revizionist davamçıları arasındakı mübahisə zamanı özünü ortodoksal marksist hesab edən Karl Kautski tərəfindən populyarlaşdırıldı.[14]:18–19 Kautskinin revizionist rəqibi Eduard Berşteyn də sonra bu terminin istifadəsini mənimsədi.[14]:18–19 Engels özünün və ya Marksın fikirlərini izah etmək üçün marksizm termininin istifadəsini dəstəkləməmişdir.[14]:12 O, bu terminin özlərini Marksın həqiqi davamçıları kimi qələmə verməyə çalışanlar tərəfindən təhqiranə şəkildə ritorik təyin kimi sui-istifadə edildiyini iddia edirdi.[14]:12 1882-ci ildə Engels iddia etmişdi ki, Marks özünü marksist adlandıran Pol Lafarqı — "əgər Lafarqın görüşləri marksist hesab olunursa, onda bir şey dəqiqdir ki, mən marksist deyiləm" — deyərək tənqid etmişdi.[14]:12

Tarixi materializm

[redaktə | mənbəni redaktə et]

Marksizm Marks və Engels tərəfindən tarixin materialist anlayışı olaraq adlandırılan və daha sonra tarixi materializm olaraq tanınan materialist metodologiyadan cəmiyyətin inkişafı və dəyişməsinin əsas səbəblərini insanların dolanışıqlarını təmin etdikləri kollektiv yollar perspektivindən təhlil etmək üçün istifadə edir.[15] Marksın bu nəzəriyyə haqqındakı məlumatı onun "Alman İdeologiyası" (1845)[16] əsərində və "Siyasi İqtisadiyyatın Tənqidinə Bir Töhfə" (1859)[17] adlı əsərinin müqəddiməsində verilib. Cəmiyyətin bütün qurucu xüsusiyyətlərinin (sosial siniflər, siyasi piramida və ideologiyalar) altstruktur və üststrukturu formalaşdıran iqtisadi fəaliyyətdən qaynaqlandığı hesab edilir. Altstruktur və üststruktur metaforası insanların öz sosial varlıqlarını istehsal və yenidən istehsal etdikləri ictimai münasibətlərin məcmusunu təsvir edir. Marksa görə, "insanların əldə edə biləcəyi istehsal qüvvələrinin cəmi cəmiyyətin vəziyyətini müəyyənləşdirir" və cəmiyyətin iqtisadi əsasını təşkil edir.[18]

Altsruktura əmək, istehsal vasitələriistehsalat münasibətləri, yəni istehsal və paylanmanı tənzimləyən ictimai və siyasi tənzimləmələr kimi maddi istehsal qüvvələri daxildir. Bu altstrukturdan həm cəmiyyətin üststrukturunu, həm də hakim ideologiyasını şərtləndirən iqtisadi təməldən törəyən hüquqi və siyasi "ictimai şüur formaları"nın üststrukturu yüksəlir (meydana gəlir). Maddi istehsal qüvvələrinin inkişafı ilə istehsal münasibətləri arasındakı ziddiyyətlər sosial inqilablara səbəb olur və bununla da iqtisadi bazadakı dəyişikliklər üststrukturun sosial transformasiyasına səbəb olur.[19][20]

Bu münasibət refleksivdir, çünki altstruktur əvvəlcə üststruktura səbəb olur və sosial təşkilat formasının təməli olaraq qalır. Bu yeni yaradılan sosial təşkilatlar statik deyil, dialektik olub, konflikt və ziddiyətlər tərəfindən ifadə və idarə edilən şəklində altstruktur və üststrukturun hər iki hissəsi üzərində təkrar hərəkət edə bilirlər.

Marksist fəlsəfə

[redaktə | mənbəni redaktə et]

Marks müasir Almaniyada geniş yayılmış Hegel fəlsəfəsinin "müalicəsinə" qarşı çıxdı və özünü onun tələbəsi elan etdi. Hegeli tənqid edən Marks onun idealist dialektikasının materialist şəkildə yenidən işlənməsi məsələsini qaldırdı.[21]

Marks ilk əsərlərində bir tərəfdən fəlsəfəni spekulyativ şüuruna görə pisləyir, digər tərəfdən isə fəlsəfənin reallığa çevrilməsinin zəruriliyini israrla vurğulayır. Beləliklə, Marksın L. Feyerbaxla bağlı 11-ci tezisi hamıya məlumdur: "Filosoflar dünyanı yalnız müxtəlif yollarla izah edirdilər, amma məsələ onu dəyişdirməkdədir".

Sonralar bu mövqe "Alman İdeologiyası"nda metafizik fəlsəfənin kəskin tənqidinə çevrilir. Marksist fəlsəfənin predmeti F. Engelsin nöqteyi-nəzərindən həm təbiətdə, həm də cəmiyyətdə baş verən ümumi dialektik prosesdir. Engels vurğulayır ki, dialektika istənilən hərəkatın ən ümumi qanunları haqqında elmdir.[22]

Dialektik materializm

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Dialektik materializm

Qeyd etmək lazımdır ki, nə Marks, nə də Engels öz təlimlərini dialektik materializm adlandırmayıblar. Onlar öz baxışlarını Fransız Maarifçiliyinin mexaniki materializmindən fərqləndirmək üçün "müasir" və ya "yeni" materializm terminlərindən istifadə edirdilər. Dialektik materializm termini rus marksist Georgi Valentinoviç Plexanov (1856–1918) tərəfindən təqdim edilmiş və sovet marksizm-leninizm sisteminin fəlsəfi komponentinin rəsmi adı kimi Lenin tərəfindən qoyulmuşdur.

"Dialektik materializm" ifadəsi tez-tez marksist fəlsəfənin sinonimi kimi istifadə olunur. Lakin "materialist dialektikadan" bəhs edən Marks və Engelsdə buna rast gəlinmir. "Dialektik materializm" ifadəsi elmi dövriyyəyə İ. Ditzgen tərəfindən "Sosialistin bilik nəzəriyyəsi sahəsinə ekskursiyaları" əsərində daxil edilmişdir.

Marksist fəlsəfənin dialektik xarakteri Hegelin idealist dialektikasının materialist şəkildə yenidən işlənməsi ilə yanaşı, metafizik materializmin də dialektik şəkildə yenidən işlənməsi ilə bağlıdır. K. Marks materialist dialektikaya konkret fəlsəfi yox, özünün, xüsusən də "Kapital"da tətbiq etdiyi ümumi elmi tədqiqat metodu kimi baxırdı.[23]

Marksizm fəlsəfəsinin dialektik prosesin doktrinası kimi mərkəzi konsepsiyasını kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçidi, inkar və vəhdətin inkarı və əksliklərin mübarizəsi qanunlarına əsaslanan inkişafın universallığı konsepsiyası təşkil edir. Engels "Anti-Dürinq"də dialektikanın düşüncə qanunlarını nəzərə alması fikrini ifadə edir, "Təbiət dialektikası"nda "dialektik qanunların təbiətin inkişafının real qanunlarıdır" fikri vurğulanır.

Marksist tarix fəlsəfəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Tarixi materializm

Marksizm fəlsəfəsi insanı yadlaşma vəziyyətində tapır və əsas vurğunu onun azadlığına yönəldir. Bununla belə, insana müstəqil fərd kimi deyil, "ictimai münasibətlər toplusu" kimi yanaşılır, ona görə də marksizmin fəlsəfəsi, ilk növbədə, onun tarixi inkişafında nəzərə alınan cəmiyyətin fəlsəfəsidir.

Marks tarixin hərəkətverici qüvvəsini üst quruluşu müəyyən edən "maddi istehsal" ("əsas") hesab edir.[24] Onun tərəfdaşı Engels iddia edir ki, "insanı yaradan əməkdir". Antropogenezin ən mühüm faktı mənimsənici iqtisadiyyatdan istehsal edən iqtisadiyyata keçid idi. İstehsal cəmiyyətdə müəyyən iz buraxır, bunun nəticəsində ardıcıl olaraq bir-birini əvəz edən bir sıra formasiyalar və ya istehsal üsulları fərqlənir.

Bütün məlum formasiyalarda ziddiyyətlər, o cümlədən müəyyən formasiya daxilində həll oluna bilməyən və həlli üçün daha yüksək ictimai inkişaf səviyyəsinə keçid tələb edən antaqonist ziddiyyətlər var. İstehsal vasitələrinə münasibətindən asılı olaraq cəmiyyət üzvləri siniflərə bölünür: qul sahibləri və quldarlar, feodallar və kəndlilər, burjuaziya və proletariat. Sinif mübarizəsinin gedişində ən qüdrətli sinif dövləti, eləcə də müxtəlif ideologiya formalarını (o cümlədən din, hüquq və incəsənət) yaradır ki, bu sinif cəmiyyətin digər siniflərinə hökmranlıq edə bilsin. Formasiyaların dəyişməsi istehsal münasibətlərini tədricən "böyüyən", onlarla antaqonist münaqişəyə girən, inqilablara (sosial və siyasi) səbəb olan məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə müəyyən edilir.

Kommunist inqilabı, marksizmin nümayəndələrinin fikrincə, kapitalizmin bütün antaqonist ziddiyyətlərini aradan qaldırmalı, nəhayət, insanı yadlaşmadan, muzdlu köləliyin bütün formalarından, insanın insan tərəfindən istismarından azad etməli, cəmiyyəti sinifsiz kommunist formasiyasına aparmalıdır.

  1. Wolff, Richard, and Stephen Resnick. Economics: Marxian versus Neoclassical. The Johns Hopkins University Press. August 1987. səh. 130. ISBN 978-0-8018-3480-6. The German Marxists extended the theory to groups and issues Marx had barely touched. Marxian analyses of the legal system, of the social role of women, of foreign trade, of international rivalries among capitalist nations, and the role of parliamentary democracy in the transition to socialism drew animated debates ... Marxian theory (singular) gave way to Marxian theories (plural).
  2. O'Hara, Phillip. Encyclopedia of Political Economy, Volume 2. Routledge. September 2003. səh. 107. ISBN 978-0-415-24187-8. Marxist political economists differ over their definitions of capitalism, socialism and communism. These differences are so fundamental, the arguments among differently persuaded Marxist political economists have sometimes been as intense as their oppositions to political economies that celebrate capitalism.
  3. Ermak, Gennady. Communism: The Great Misunderstanding. 2019. ISBN 978-1797957388.
  4. Sim, Stuart. Post-marxism: an intellectual history. Routledge. 2001. 15. ISBN 978-0415218146.
  5. O'Laughlin, B. "Marxist Approaches in Anthropology" (PDF). Annual Review of Anthropology. 4 (1). October 1975: 341–370. doi:10.1146/annurev.an.04.100175.002013. ISSN 0084-6570. 2019-02-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  6. Roseberry, William. "Marx and Anthropology". Annual Review of Anthropology. 26 (1). 21 October 1997: 25–46. doi:10.1146/annurev.anthro.26.1.25.
  7. Becker, Samuel L. "Marxist approaches to media studies: The British experience". Critical Studies in Mass Communication. 1 (1). 18 May 2009: 66–80. doi:10.1080/15295038409360014.
  8. Manuel Alvarado, Robin Gutch, and Tana Wollen (1987). Learning the Media: Introduction to Media Teaching, Palgrave Macmillan, pp. 62, 76.
  9. Sheehan, Helena. "Marxism and Science Studies: A Sweep through the Decades". International Studies in the Philosophy of Science. 21 (2). July 2007: 197–210. doi:10.1080/02698590701498126. 2021-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  10. Karl Marks. 1859. "Introduction." A Contribution to the Critique of Political Economy.
  11. Gregory, Paul R., and Robert C. Stuart. 2003. "Marx's Theory of Change." In Comparing Economic Systems in the Twenty-First Century (7th ed.). ISBN 0-618-26181-8. p. 62.
  12. Fridrix Engels (1882). "Historical Materialism" Arxivləşdirilib 2017-11-18 at the Wayback Machine. Part 3 in Socialism: Utopian and Scientific.
  13. The Eighteenth Brumaire of Louis Napoleon (1852). Free will, non-predestination and non-determinism are emphasized in Marx's famous quote "Men make their own history".
  14. 1 2 3 4 5 Haupt, Georges, Peter Fawcett, and Eric Hobsbawm. 2010. Aspects of International Socialism, 1871–1914: Essays by Georges Haupt (paperback ed.). Cambridge: Cambridge University Press.
  15. Evans, p. 53.
  16. Marx, Karl; Engels, Friedrich (1932) [1845]. The German Ideology Arxivləşdirilib 2020-09-29 at the Wayback Machine. Marx/Engels Collected Works. 5. Moscow: Progress Publisher. Retrieved 11 July 2020 – via Marxists Internet Archive.
  17. Marx, Karl (1993) [1859]. A Contribution to the Critique of Political Economy Arxivləşdirilib 2020-09-29 at the Wayback Machine. Moscow: Progress Publisher. Retrieved 11 July 2020 – via Marxists Internet Archive.
  18. Chambre, Henri; McLellan, David T. (2020) [1998]. "Marxism". "Historical materialism" Arxivləşdirilib 2020-07-06 at the Wayback Machine. Encyclopædia Britannica. Retrieved 11 July 2020.
  19. Marx, Karl. [1859] 1977. "Preface Arxivləşdirilib 2013-04-20 at the Wayback Machine." A Contribution to the Critique of Political Economy. Moscow: Progress Publishers.
  20. Engels, Friedrich. [1877] 1947. "Introduction Arxivləşdirilib 2013-05-24 at the Wayback Machine." In Anti-Dühring: Herr Eugen Dühring’s Revolution in Science. Moscow: Progress Publishers.
  21. Маркс К., предисловие ко второму изданию "Капитала"
  22. "Марксистская философия". 2016-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
  23. "Диалектический материализм". 2016-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
  24. "Базис и Надстройка". 2015-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
Digər dillərdə
Tənqid

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]