İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Cahiliyyə (ərəb. جاهلية) - müsəlman ənənəsinə görə, islamaqədərki tarixdə insanların peyğəmbərsiz yaşadığı dövr.
Tarixdə ilk və son Cahiliyyə dövrləri fərqləndirilir. İslam dövründə meydana gələn Cahiliyyə termini islamdanəvvəlki ərəblərin yanlış inancları və həyat tərzini xarakterizə etmək üçün işlədilmiş və müəyyən zaman kəsiyinə şamil olunmuşdur. Məhəmməd peyğəmbər cahiliyyəni dövr kimi deyil, həyat tərzi kimi səciyyələndirmişdir. Əvvəllər bilgisizlik dövrü kimi anlaşılan cahiliyyəni müasir alimlər elmin deyil, helmin (mehribanlıq, səbir, kamal) əksi kimi xarakterizə edirlər.
Quranda 4 dəfə xatırlanan cahiliyyə termini İslamdan əvvəlki ərəblərin elmsizliyinə deyil, yalnız Allaha inanmamasına, təkəbbür, çılğınlıq və s. kimi mənfi xüsusiyyətlərinə işarədir. Peyğəmbər həmin dövrə xas müsbət adətlərin saxlanmasının tərəfdarı idi. Zəngin mifik düşüncəyə malik olmuş Cahiliyyə dövrü ərəbləri astronomiya, təbabət, qiyafət (fizioqnomika) elmlərdə uğurlar qazanmış, dövrün yüksək bədii-estetik xüsusiyyətləri ilə seçilən poeziyasını yaratmışdılar.
İslam tarixçiləri VII əsrdə Ərəbistanda qızların öldürülməsinin adi hal olduğunu bildirirlər. Quranda bu məsələyə işarə edən və pisləyən bir ayə var. Lakin həm dini zəmin, həm də başqa səbəblər üzündən Cahiliyyət dövrünü tənqid etmək üçün mənbələrdəki məlumatlar çox şişirdilmişdir.[1]
Bu vəziyyəti alimlər bu cəmiyyətlərdə qadınların “mülk” kimi görülməsi ilə əlaqələndirirlər. Bəziləri anaların qızlarının səfalət içində yaşamasının qarşısını almaq üçün uşağı öldürdüyünü düşünür.
Ərəblər iki dəstəyə bölünürdülər: Qəhtani və Ədnani. Qəhtani ərəbləri Sam qövmünə aid və daha qədim tarixə malik idilər. Onlar Ərəbistan yarımadasında və xüsusən də, onun cənub hissələrində yaşayırdılar. Ədnani ərəbləri isə Həzrət İsmailin (ə) nəslindən olan Ədnan adlı şəxsdən yaranmışdırlar.
Əsasən indiki dövrdə, bəzi insanların düşüncələrində cahillik anlayışı "Bax indi mən səni günahsız şəkildə vursam, cahil olaram" bu formadadır. Əlbəttə ki, bu absurddur.
İstər İslam dinindən öncəki cahiliyyət dövründə, istərsə də İslamdan sonra Ərəblərin ən məşhur və ən güclü qəbiləsi Qureyş qəbiləsi idi və bu qəbilə Ədnani Ərəblərindən sayılırdı. Allahın Rəsulu Həzrət Muhəmməd (s), onun xəlifələri və İslamın yarandığı illərdə böyük zəhmətləri olan insanlar bu qəbilədən idilər.
İslamdan öncə olan Ərəblər səhrada yaşayan, savadsız qövm idilər. İslam dini nöqteyi-nəzərindən bu mədəniyyətdən uzaq olan tarixi dönəm Cahiliyyət dövrü adlandırılır. Elə bu səbəbdən də, həmən zaman barədə əsaslı tarix yoxdur və əldə olunan bütün məlumatlar İslam mədəniyyətinin meydana çıxmasından sonra şifahi şəkildə nəql olunan məlumatların yazılı hala gətirilməsindən sonra yaranmışdır. Hal-hazırda alimlərin böyük əksəriyyəti bu tarixi məlumatları qəbul etmirlər. Qurani-Kərimdə və İslami hədislərdə bu barədə mövcud olan dəyərli məlumatlar cahiliyyət ərəblərinin etikasına və dini etiqadlarına aid ümumi məlumatlardır. Çünki, qeyd etdiyimiz mənbələrdəki əsas məqsəd qeyd olunan məlumatlar tarixi məsələləri bəyan etmək deyildi.
Misirin böyük alimlərindən olan Taha Hüseyn məşhur şərqşünasların yolunu davam etdirərək cahiliyyət ərəbləri barədə mövcud olan məlumatların böyük əksəriyyətini tənqid atəşinə tutdu və bu sahədə yeni əsərlər yaratdı. İraqlı alim Doktor Cəvad Əli də Ərəb dilində on cilddə “Əl Məfsəl fi tarixil Ərəb qəbləl İslam” ensklopediyasını qələmə aldı. O, bu dəyərli əsərdə cahiliyyət Ərəblərinin bütün mədəni və tarixi tərəflərini işıqlandırdı.
Cahiliyyət dövründə ərəblərin sitayiş etdiyi ən məşhur din Büt- pərəstlik idi və bu sitayiş növü Ədnani Ərərblərin arasında da geniş yayılmışdı. Bəzi Ərəblər isə yəhudiliyə və xristiyanlığa iman gətirmişdilər[2].
Ərəblər də digər bütpərəstlər kimi müxtəlif formalara malik çoxlu sayda Tanrılara inanırdılar. Bu Tanrıların bəziləri insan, bəzilər heyvan, bəziləri insanla heyvanın qarışığından yaranan məxluq formasında, yaxud xüsusi forması olan daş idi. Tarixçilər Ərəblər arasında bütpərəstliyin Əmr ibn Luhəy tərəfindən yaradılmasını bildirirlər. Onların nəzərincə Əmr Şama səfər edərkən ilk dəfə olaraq bütpərəstləri görmüşdür. Həmin insanlardan büt barədə soruşanda cavab vermişlər ki, bu büt bizə kömək edir və bizim diyarda yağışın yağmasının əsas səbəbkarı odur. Əmr bütə sahib olmaq fikrinə düşdü və Hubəli onlardan alaraq Məkkəyə gətirdi. Hubəl Məkkə əhalisinin ən sevimli və böyük bütü idi. Hal-hazırda alimlər bu hekayəyə heç bir dəyər vermirlər və bütpərəstliyin başlanğıcının məlum olmadığını bildirirlər. Onların nəzərincə Hicaz bütpərəstlərinin də digər bütpərəstlər kimi başqa yerlərdən idxal etdiyi bütləri olmuşdur. Məsələn; Zuşşəra (Duschara) əslində İordaniya Nəbətilərinin bütü olub. Ərəblər bəzən müxtəlif məfhumları büt halına gətirirdilər və ona sitayiş edirdilər. Məsələn; Mənat qəza və qədər Tanrısı idi. Heyvan formalarında olan bütlər də ərəblər arasında mövcud idi. Məsələn; Nəsr kərkəs formasında olan büt idi. Heyvan formasında olan bütlər Totemizmin qalıqları idi.[2]
Qurani-Kərimin ayələrindən də məlum olduğu kimi cahiliyyət ərəbləri Allahı dünyanın yaradıcısı və bütü onun siması kimi qəbul edirdilər. İbadət və and içmə zamanı həm Allahın adında and içirdilər, həm də bütlərin adından istifadə edirdilər. Məsələn; İşlərini başlayanda “Bismikə Allahummə” deyirdilər, amma ibadət və hacətlərini dillərinə gətirdikləri zaman bütlərin adlarını çəkirdilər. Onlarla islam Peyğəmbəri Həzrət Muhəmməd (s) arasında ən əsas ixtilaf O Həzrətin onların bütlərə sitayiş etmələri, onlardan hacət istəmələri və şirkdən əl çəkmələri sahəsində idi[2].
Ucsuz-bucaqsız çöllərdə və səhralarda həyat üçün vacib olan anlayışlardan biri də bəzi gözə görünməyən məxluqların mövcudluğuna inam idi. Səhrada yaşayan Ərəblər də ziyan və əziyyət verən ruhlara böyük əhəmiyyət verirdilər və həyatlarını elə qururdular ki, onların pis işlərindən qoruna bilsinlər, eləcə də onların güclərindən, bacarıqlarından istifadə edə bilsinlər. Bu məsələ Qurani-Kərimdə də (Cin surəsi, 6) qeyd olunmuşdur. Onların təsəvvürünə görə cinlər müxtəlif formalara girə və onların bəziləri insanlara ziyan və əziyyət verə bilirlər.
Cindarların xidmətlərindən istifadə və həmin məxluqatların ürəklərini ələ almaq üçün müxtəlif mərasimlərin keçirilməsi mövcud olmuşdur. Divlər də cinlərin bir növü idilər və onlar səhralarda yaşayırdılar. Divlər səhralarda səfərə çıxan müsafirlərlə yol yoldaşı olurdular və fürsət tapan kimi onları öldürürdülər.[2]
İfrit cinlərin ən qorxulu növüdür. İslam dininin məqsədlərindən biri də insanlara bu məxluqların insan üçün xeyiri və ziyanı olmamasını başa salmaqdan ibarət idi.
Belə nəzərə çarpır ki, Sabiilərin əvvəlcə heç bir müəyyən dini olmayıb və bu ad müxtəlif dinlərə aid edilib. Maraqlısı budur ki, İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) zamanındakı müşrik ərəblər O Həzrəti və davamçılarını “Sabii” adlandırırdılar. Bəzən də İslam dinini izhar etmək üçün “Sabii olduq” sözünü istifadə edirdilər.
İslam dininin yaranmasından sonra mövcud olan Sabiilər iki dəstəyə bölünürlər və əslində onların heç birisi Ərəb deyillər: İslam dünyasında elmin yayılmasına köməklik etməklə tanınan dəstə Hər- ran Sabiiləridir. Bu dəstə Sabii adını üçüncü əsrin əvvəllərində özlərinə götürmüşlər və sonralar bu adla tanınmağa başlamışlar. İbn Nədim “Əl Fihrist” kitabının doqquzuncu məqaləsində belə yazır: “Abbasi xəlifəsi olan Məmun Hərrandan keçərkən bir dəstə insan gördü və onlardan soruşdu: “Hansı dinə qulluq edirsiniz?” Onlar bu suala düzgün cavab verə bilmədilər. Məmun dedi: “Əgər kitab əhlisinizsə hansı kitab əhli tayfasından olduğunuzu müəyyənləşdirin və əgər kitab əhli deyilsinizsə onda vəziyyətinizi müəyyənləşdirin.” Belə qərara alındı ki, Məmun səfərdən geri qayıdana qədər onlar öz vəziyyətlərini müəyyənləşdirsinlər. Bu müdddət ərzində həmən insanların bir dəstəsi müsəlman və digər dəstəsi xristian oldu. Üçüncü dəstə isə Qurani Kərimdə olan “Sabiin” adını seçdilər və beləliklə özlərini İslam hökumətinin nəzarəti altına saldılar.
Sabiilərin ikinci dəstəsi Subtə, Sabiətul Bətaih, Məndayi, Muğtəsələ və Nasuri adları ilə də məşhur idilər. Onlar dəyişilmiş və yeni formaya düşmüş qədim bir dinin davamçıları idilər. Bu dinin bəzi formaları Yaxın Şərqdə də yaranmışdı və həmin dinin davamçılarından sağ qalan insanlar İranın Xuzistan əyalətində və İraqın cənub bölgələrində mövcuddurlar.
Qədim Sabiilərin hər yeddi ulduz və planet üçün məbədləri var idi və maraqlıdır ki, onların nəzərincə Kəbə Saturn planetinin məbədi idi. Onlara Aya sitayişə də böyük əhəmiyyət verirdilər. Bizim dövrü- müzdə olan Sabiilər özlərini həzrət Yəhyanın (ə) davamçıları kimi qələmə verirlər. Onların məbədləri həmişə axar çayın kənarında olur və onların yalnız rahibləri bu məbədə girmək haqqına malikdirlər.
Sabiilərin təxminən yetmiş min nəfəri İraqda Dəclə çayının sahilində və təxminən iyirmi beş min nəfəri isə İranın Xuzistan əyalətin- dəki Karun çayının sahilində yaşayırlar. Onlar müxtəlif peşə sahibləri, o cümlədən zərgər, əkinçi, maldar, qayıq istehsalçısı, dəmirçi və son zamanlar həkim, tacir və mühəndis olurlar. Onların nəzərincə Həzrət Yəhyanın (ə) qiyamından sonra Urşəlim Yəhudilərinin qəzəbinə tuş gəldilər və məcburi şəkildə həmən şəhərdən mühacirət edərək Hərran şəhərində yerləşdilər. Bir müddətdən sonra onların bir dəstəsi İraqın cənubuna və digər dəstəsi İranın Xuzsitan əyalətinə köçdülər.
Sabiilər gündə üç dəfə səhər, günorta və axşam namaz qılırlar və ildə otuz altı gün oruc tuturlar. Onların müqəddəs kitablarının adı “Gənza Rəbba” (Böyük xəzinə)-dır. Onlar Qadir Allahı Həy, yəni Həyat adlandırırlar və onu nurun xaliqi sayırlar. Qaranlıq və zülmətin xaliqi isə Ruha adlandırılır. Bu iki Tanrı bir-birilə döyüşürlər və qələbə həmişə nur Tanrısına nəsib olur.
Sabiilərin ruhanisi Gəncur adlandırılır. Ruhanilərin vəzifəsi Sabiiləri hər həftənin bazar günü müqəddəs suya salmaqdan və onlara qüsl verməkdən ibarətdir. Müqəddəs suya salınan zaman və qüsl alan, həm də qüsl verən şəxsin üzərində beş bölümdən ibarət paltar olmalıdır. Qüsl verənin əsası və digər ləvazimatları olmalıdır. O, müqəddəs suya salma işinə başlamamışdan öncə yasəmən ağacının bir budağını götürür müxtəlif dini mərasimlər keçir və dualar oxuyur. Müxtəlif münasibətlərlə və günahların kəffarəsini çıxartmaq üçün də xüsusi qüsllər mövcuddur. Qeyd etmək lazımdır ki, Sabiilər də kitab əhli kimi qəbul edilirlər.[2]
Həzrət İbrahimin peyğəmbəri olduğu dindir. Yayılması baxımından dünya dini özəlliyinə sahib olsa da, həm milli, həm dünyəvi ünsürlər daşımaqda və inanc sistemi mənasında bir din olmanın daxilində bir həyat tərzini, dini etnik mənsubiyyəti ifadə etməkdədir.
Yəhudiliyin etnik menbeyi ilk İbrani peyğəmbər qəbul edilən Hz. İbrahimə və ondan sonra gələn İbrani peyğəmbərlərə: Hz. İshaq ilə Hz. Yaquba dayanmaqdadır. Dini nəzərdən başlanğıc nöqtəsini Yaqubun on iki oğlundan törəyən İsrailoğullarının Musa peyğəmbər tərəfindən Misirdəki köləlikdən azad olunub Sinay yarımadasına götürülmələri və bundan sonra Tövratı almaları qəbul edilir.
Yəhudilik həm dini, həm mədəniyyəti və eyni zamanda da milləti təmsil edir[3]>.
Bu din mənsubları Ərəbistan yarımadasına Fələstindən buraya köçən yəhudilər vasitəsiylə gəlmiş və Mədinəyə qədər yayılmışdır. Roma şahzadəsi Titusun Qüdsü işğal etməsi və sonra da romalılar tərəfindən təqib edilməsi, onlardan isə bəzilərinin Hicazdakı din qardaşlarının yanına sığınması ilə nəticələndi. Övs və Xəzvəc ilə yəhudilər arasında döyüşlərin baş verməsi, yəhudilərin özlərini seçilmiş xalq kimi görmələri bu dinin ərəblər tərəfindən qəbul edilməsinə ciddi təsir etmişdir. Çünki ərəblər onları təbliğatçılardan aşağı sayan dini asanlıqla qəbul etməzdilər. Amma bununla belə ərəblərdən bu dini qəbul edənlərin olduğu da bildirilmişdir[4].
Həzrət İsanın peyğəmbəri olduğu dindir. İslami qaynaqlarda xristianlar üçün Nəsrani və İsavi, Xristianlıq üçün də Nəsraniyyə, Məsihiyyə adları istifadə olunmaqdadır. İncillərdəki yazılan fikirlər əsas alınarsa ilk Xristianlıq adını ala biləcək insanın Fələstinli bir yəhudi olan Hz. İsa olduğu görünür. Burada Hz. İsanın tarixiliyini vurğulamaq önəmlidir, çünki bir çox xristian qrupunu İsanın tanrı olması fikrinə gətirən yol onun tarixiliyi məsələsi ilə bağlı olmuşdur[5].
Xristianlıq Ərəbistan yarımadasına Bizans və Həbəşistan vasitəsilə gəlmişdir. Ərəbistanın şimalı Bizans torpaqlarına yaxın olduğundan burada ərəb qəbilələr arasında yayılmışdır.
Ərəbistanda xristianlıq qəssanilər və hirəlilər arasında yayılmışdır. İraqda isə xristianların əksəriyyəti Nəsturi məzhəbini qəbul etmiş və Hirədə xristian-ərəb birliyi meydana gəlmişdir. Hirəlilər Sasani imperiyasına bağlı kiçik dövlət olsalar da, Sasanilərin rəsmi dini olan Məcusiliyi qəbul etməmişlər. Xristianlıq Tənux, İyad, Ləxm, Cüzam və Bəkir kimi ərəb qəbilələri arasında geniş yayılmışdır. Xristianlığın Yəmən və Cənubi Ərəbistandakı mənsubları Nəcranda daha çox nüfuza sahib idi. Burada Xristianlıq Həbəş hakimiyyəti dövründə yayılmışdı. Bizans imperatorlarının da burada iqtisadi maraqları olduğu ücün Xristianlıqdan istifadə etmiş, bu məqsədlə Nəcrana keşiş göndərib, hətta orada Nəcran Kəbəsi adlı monastır da inşa etdirmişdilər.
Həbəş hakimiyyəti dövründə başda Əbrəhə olmaqla Həbəş valiləri Xristianlığı yaymaq üçün hərəkətə keçmişdilər. Fil hadisəsi bunun açıq nümunəsi idi. Bu din Hicaz bölgəsində Məkkə, Mədinə və Taifdə yayılmamışdı, amma tanınırdı. Bu bölgələrdə qullardan və zadəganlardan da Xristianlığı qəbul edən insanlara rast gəlmək olardı. Bununla yanaşı, Yəsribdə Əbu Amir adlı bir ərəb Xristianlığı qəbul etmiş və Övs qəbiləsindən bir sıra insanı da ətrafına toplamışdır. Lakin Xristianlıq Orta Ərəbistandakı bütpərəst qəbilələrə güclü təsir göstərə bilməmişdir[6].
Qurani-Kərim ayələrindən də məlum olduğu kimi Cahiliyyət dövrünün ərəbləri Allaha inanırdılar və bütləri onun vasitəçisi kimi qəbul edirdilər. İbatət və and içmə zamanı həm Allahın adına and içirdilər, həm də bütlərin adından istifadə edirdilər. Məsələn: İşə başlayanda : “Bismikə Allahummə”deyir, amma ibadətlərini dillərinə gətirəndə bütlərin adlarını çəkirdilər[7].
Ərəblər müxtəlif formalara malik çoxlu Tanrılara inanırdılar. Bu Tanrıların bəziləri insan, heyvan, bəziləri insanla heyvanın qarışığından yaranan məxluq şəklində və yaxud xüsusi formaya malik daşdan idi. Tarixçilər ərəblər arasına Bütpərəstliyin Əmr ibn Luhəy tərəfindən gətirildiyini bildirirlər. Onların nəzərincə Əmr Şama gedərkən orada bütpərəstləri görmüş, sonra da həmin insanlardan büt haqqında soruşanda bütpərəstlər də bildirmişlər ki, bu büt bizə yardım edir, bizim diyarda yağış yağdırır. Bundan sonra da Əmr bütə sahib olmaq fikrinə düşdü və Hubəli pulla alaraq Məkkə şəhərinə gətirdi. Hubəl Məkkə əhalisinin ən sevimli, böyük bütü idi. İndi isə alimlər bu hekayəyə dəyər vermirlər və Bütpərəstliyin başlanğıcının naməlum olduğunu deyirlər. Alimlərin nəzərincə Hicaz bütpərəstlərinin də başqaları kimi kənar yerlərdən gəlmə bütləri olmuşdur. Məsələn: Zuşərra İordaniyadakı Nəbatilərin bütü idi.
Ərəblər bəzən müxtəlif məfhumları büt formasına salıb, ona sitayiş edirdilər. Məsələn: Mənat adlı büt qəza və qədər Tanrısı idi. Heyvan şəklində olan bütlər də olmuşdur. Məsələn: Nəsr adlı büt də kərkəs formasında idi[8].
Sasani imperiyasının rəsmi dini olan Məcusilik ərəblər arasında rəğbət qazanmamışdır. Ərəbistan yarımadasında məcusilərin böyük icmaları Bəhreyn, Yəmən və Ümmanda yaşayan iranlılardan ibarət idi. Bəhreyndəki məcusilər Ümmandakı məcusilərlə müqayisədə sayca çox idilər və onlara nisbətən böyük nüfuza malik olmuşlar. Bu Bəhreynin İran torpaqlarına yaxın olması ilə bağlı idi. Məcusilər Bəhreyn ərazisinə Bəsrə körfəzinin şərq sahillərindən köçüb gəlmişdilər. Yəməndə isə Məcusilik İran ordusunun bu torpaqları tutandan sonra gəlib yerləşən əsgərlər tərəfindən yayılmışdı.
Məcusiliyin ərəblər arasında güclü rəğbət görməməsi ilə bərabər, iranlılara bağlı olan bir qrupun bu dini qəbul etməsi qaynaqlarda yazılmışdır. Lakin onların sayı az olmuşdur. Bu ona görədir ki, Sasani imperiyasına bağlı olan Hirəlilər belə Məcusiliyi yox, Xristianlığı qəbul etmişdilər. Buna səbəb sasanilərin Məcusiliyi yaymamasıdır. Həm də sasanilər dini yox, əksinə siyasi hakimiyyətə önəm vermişlər[9].
Sabiilik dini köhnə Babillilərə, İranlılara, Yahudilərə və Xristianlara aid dini düşüncələrin qarışığıdır. Qurani-Kərimdə Sabii deyilən bu məzhəbin mənsublarına Mandailər deyilmişdir. Bu ad ilim (elm) mənasına gələn və Yunanca qnosis sözünün sinonomi olan manda kəlməsindən yaranmışdır. Demək ki, Sabiilər qnostiklərdir.
Sabiilər haqqında İslam qaynaqlarında geniş məlumatlar vardır. İslamın ilk vaxtlarında sabiilərin əsas mərkəzləri Urfanın otuz beş kilometr cənubunda və Cilab çayı yaxınlığında köhnə Harran şəhəri olmuşdur. Bu gün Bağdadın cənubunda, Kərbəlada Sabii məzhəbinə aid insanlar vardır. Bunların müqəddəs kitabları da mövcuddur. Bu kitabların təməli Sasani dövrünə qədər gedib çıxır.
Mandailərin başlıca ibadəti babtistçilikdir. Bu üzdən onlara babtistçi sabiilər deyilir.
Sabiiliyin ərəblər arasına nə vaxt gəldiyini demək mümkün deyil. Hər halda bu din yarmadanın kənarından gələn dinlərin ən qədimidir. Cənub ərəblərinin günəşə sitayiş etmələri haqqında olan rəvəyət bu dinin Ərəbistana gəlişinin çox əvvəl olduğunu deməyimizə imkan verir. Cənub ərəblərinin Əlcəzairdən Yəmənə gəldiyini göstərən sənədlər bu insanlardakı günəşə sitayişin mənşəyini yazmaqdadır.
Cənub ərəblərinin Sabii olduğu məlumat verilən qəbilələr Bəni-ləhm, Bəni-tay, Bəni-qeys, Bəni-misəm, Bəni-əsəd kimi qəbilələrdən ibarət olmuşdur. Lakin bu qəbilələrin Sabiiliyi tam qəbul etdiyini desək gerçəklikdən uzaqlaşarıq. Bu məsələdə bizə gəlib çatan biliklər, ancaq bunlardan Bəni-ləhm qəbiləsinin Müştəri ulduzuna, Bəni-tay qəbiləsinin Süheyl ulduzuna, Bəni-əsədin Utarid ulduzuna, Bəni-misəmin Diranə ulduzuna inandıqlarından ibarətdir.
Amma şimal ərəblərinin ulduzlara sitayiş etməsini qədim zamana çıxarmaq üçün heç bir sənəd tapılmamışdır. Əksinə onların ulduzlara inamının Hz. İsa pey- ğəmbərin dünyaya gəlişindən sonraya aid olduğunu göstərən sübutlar vardır[10].
Ərəblər arasında dini vəziyyətlərinin yaxşı olmadığını anlayıb bütpərəstlikdən uca bir inanclara inanan bəzi insanlar ortaya çıxdı. Bu vəziyyət yəhudilər və xristianlar arasında yaşamaqdan irəli gəlmişdir. Bu insanlardan bəziləri camaatı Xristianlığa yaxın olan bir tövhid inancına dəvət edərək bütlərə ibadəti, qumarı, içki və qız uşaqlarının diri-diri torpağa basdırılmağına qarşı çıxırdılar. Bunlar insanları hesaba çəkən bir ilahın olduğunu qəbul edib, ölümdən sonrakı dirilməyə inanırlardı. Bu formada bütlərə ibadəti tərk etməyə “Hənifilik”, buna inanan adamlara da “həniflər” və ya “etiraf edərək günahdan imtima edənlər” adı verildi. Hənif sözü Qurani-Kərimdə Ali-imran surəsində belə verilib: “İbrahim nə yəhudi, nə də xristiandı. Doğrusu bu hənif müsəlmandır. O müşriklərdən də deyildi”.
Bu həniflərdən biri məşhur şair Üməyyə ibn Əbus-səlt olmuşdur. O gözlənilən peyğəmbərin özü olmasını istəmişdir. Peyğəmbərlik Məhəmmədə veriləndə ona qarşı oldu. Rəsulullahın həyat yoldaşı Hz. Xədicə əmisinin oğlu Vərəqə ibn Növfəl hənif olmuşdur. İncili əzbərləyən yaşlı kişi idi. Ərəblərin ən məşhur xətiblərindən biri olan Qus ibn Saidə də həniflərdən olub. Ukaz yarmarkasında ərəbləri pis adətlərdən uzaqlaşmağa çağırıb, bir peyğəmbərin gələcəyini deyərkən Rəsulullah onun dediklərini eşidib, onun haqqında belə demişdir: “ Qusa Allah rəhmət eləsin. Qiyamət günü tək bir ümmət olaraq dirildiləcəyini ümid edirəm”.
Peyğəmbərin doğulduğu vaxtlarda Bütpərəstlik zəifləmişdir. İçərilərindən axirət həyatına inananlar da çıxmışdır[11].