Chansi

ChansiHindistanın mərkəzi hissəsində, Uttar-Pradeş ştatında şəhər.[1]

şəhər
Chansi
ing. Jhansi
25°26′55″ şm. e. 78°34′10″ ş. u.HGYO
Ölkə  Hindistan
Tabesində Uttar-Pradeş
Region Bundelkhand
Rayon Chansi
Başçı Kiran Verma
Tarixi və coğrafiyası
Əsası qoyulub 1613
Mərkəzin hündürlüyü 285 m
Əhalisi
Əhalisi 505,693 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 510
Poçt indeksi 284001
Nəqliyyat kodu UP-93
Digər
jhansi.nic.in
Xəritəni göstər/gizlə
Chansi xəritədə
Chansi
Chansi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 427,5 min (2007).[1]

Malva platosunun şimal-şərq hissəsində, Camni çayının (Camna çayının qolu) sol sahilindədir. Mühüm dəmiryol və avtomobil yolları qovşağı.[1]

1613-cü ildə Orçha racəsinin əmri ilə əsası qoyulmuş qalanın ətrafında yaranmışdır. Strateji əhəmiyyətinə görə Chansini Bundelk handın qapıları adlandırırlar. 17-ci əsrdən 19-cu əsrin ortalarınadək eyniadlı racəliyin paytaxtı olmuşdur. Lakşmi Bainin başçılığı ilə Hindistanda xalq üsyanının (185759) mərkəzlərindən biri idi.[1]

Chansidə qala (1613), Rani-Mahal sarayı (176996, hazırda muzeydir), Maha- Lakşmi məbədi; Bundelkhand Universiteti (1975), Mühəndis-texnologiya institutu, Dövlət muzeyi var.[1]

Qara metallurgiya, dəmiryol texnikasının təmiri üzrə müəssisələr fəaliyyət göstərir. Kustar sənətkarlıq (ipək məmulatların istehsalı və s.), xalçaçılıq inkişaf etmişdir. Chansi yaxınlığında Orçha şəhəri (əsası 16-cı əsrin əvvəllərində qoyulmuşdur), 16–17-ci əsrlərə aid sarayları, məbədləri və məqbərələri olan qala yerləşir.[1]  

Şəhərin görünüşü
  1. 1 2 3 4 5 6 Chansi// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 335-336. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]