Code:Breaker

Code:Breaker (コード: ブレイカー, Kōdo:Bureikā?, azərb. Kod: Qırıcı‎) və ya bəzən CØDE:BREAKERmanqaka Akimine Kamicyo tərəfindən yazılıb çəkilən manqa seriyası. 2008-ci ildən 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunmuş və 26 cildi buraxılmışdır. Manqa seriyası döyüş incəsənət növləri ilə məşğul olan lisey tələbəsi Sakura Sakurakoci və liseyə yeni gəlmiş, fövqəltəbii güclərə malik Rey Oqaminin başına gələn hadisələrdən bəhs edir. Manqa əsasında Kinema Citrus studiyası tərəfindən çəkilmiş 13 seriyalıq anime adaptasiyası 7 oktyabrdan 30 dekabr 2012-ci ilə kimi yayımlanmışdır.

Code:Breaker
Birinci cildin üzlüyü. Personajlar: Rey Oqami və Sakura Sakurakoci.
コード: ブレイカー
(Kōdo:Bureikā)
azərb. Kod: Qırıcı
Janr döyüş, fövqəltəbii
Manqa
ManqakaAkimine Kamicyo
NəşriyyatKodansha
Tərcüməçi nəşriyyat
Pika Édition
Planet Manga
Tong Li Publishing
Egmont Manga & Anime
JurnalWeekly Shōnen Magazine
DemoqrafiyaŞonen
Nəşr tarixi9 iyun 200811 avqust 2013
Cildlər26 (cild siyahısı)
Fəsil sayı230
Anime
RejissorYasuhiro İrie
SsenaristYasuhiro İrie
BəstəkarTakayuki Hattori
StudiyaKinema Citrus
Digər lisenziyalar
Madman Entertainment
Funimation Entertainment
KanalMBS, Tokyo MX, TVQ, TVA, BS11
Buraxılış tarixi7 oktyabr 201230 dekabr 2012
Seriyalar13 + 3 OVA (seriya siyahısı)
  Anime və manqa portalı

Manqa seriyası Şimali Amerikada Del Rey Manga, Fransada Pika Édition, İtaliyada Planet Manga, Tayvanda Tong Li Publishing, Almaniyada Egmont Manga & Anime tərəfindən nəşr olunmuşdur. Anime adaptasiyası isə Şimali Amerikada Funimation Entertainment, AvstraliyaYeni Zelandiyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır.

Sakura Sakurakoci döyüş incəsənət növləri ilə məşğul olan və liseyin ən gözəl qızlarından biri olan tələbədir. Bir gün Sakura avtobusla gedərkən pəncərədən gənc bir oğlanın göy alovlarla qarşısındakı bir neçə adamı diri-diri yandırdığına şahidlik edir. Növbəti gün insidentin baş verdiyi yerə getsə də, cinayətdən heç bir iz qalmadığını görür. Lideyə qayıdan Sakura sinfinə yeni gələn Rey Oqami adlı oğlanın keçən dəfə gördüyü gənc oğlan olduğunu kəşf edir. Oqami əvvəlcə ona yalan danışıb heç nə bilmədiyini deyir, lakin sonda onun arxasını buraxmayan Sakuraya həqiqəti danışır: Oqami hökumət üçün fəaliyyət göstərən 6 Kod: Qırıcıdan biridir. Kod: Qırıcıların nə ailəsi, nə adı, nə də xatirələri olur, əsas vəzifələri cinayət törədən, cəmiyyət üçün təhlükə yaradan şəxsləri amansızcasına ortadan qaldırmaqdır. Hər Kod: Qırıcının öz xüsusi gücü var, Oqaminin gücü isə göy alovlardan istifadə etməkdir. Oqaminin insanları öldürməsi ilə barışa bilməyən Sakura Oqaminin arxasını buraxmayıb onu insanları öldürmək fikrindən daşındırmaq qərarına gəlir.

Kod: Qırıcılar
Kod: Qırıcı Gücü İtmiş forması
1 Hitomi Elektrik Yorğunluq
2 Masaomi Heyke İşıq Bilinməyən çevrilmə
3 Yuuki Tenpoin Səs dalğaları Pişiyə çevrilmə
4 Toki Fucivara Maqnitizm Yaşca kiçilmə
5 Ruy Haçioci Kölgə Dənizqızına çevrilmə
6 Rey Oqami Alov Hipotermiya

Manqaka Akimine Kamicyo tərəfindən hazırlanan manqa seriyası 9 iyun 2008-ci ildən 11 avqust 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunmuşdur. Manqanın ilk tankobon cildi 17 oktyabr 2008-ci ildə buraxılmışdır.[1] Sonuncu cild isə 17 sentyabr 2013-cü ildə buraxılmışdır.[2] Ümumilikdə isə manqanın 26 cildi çapdan çıxmışdır. Manqanın 1-ci və 2-ci cildləri 2012-ci ildə JManga onlayn manqa saytında yayımlanmışdır.[3]

Manqa seriyası Şimali Amerikada Del Rey Manga,[4] Fransada Pika Édition,[5] İtaliyada Planet Manga,[6] Tayvanda Tong Li Publishing,[7] Almaniyada Egmont Manga & Anime[8] tərəfindən nəşr olunmuşdur. Anime adaptasiyası isə Şimali Amerikada Funimation Entertainment,[9] AvstraliyaYeni Zelandiyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır.[10]

Cild siyahısı

[redaktə | mənbəni redaktə et]
Yapon nəşr tarixiYapon ISBN
1 17 oktyabr 2008ISBN 978-4-06-384056-8
2 17 dekabr 2008ISBN 978-4-06-384081-0
3 17 fevral 2009ISBN 978-4-06-384103-9
4 17 aprel 2009ISBN 978-4-06-384128-2
5 17 iyun 2009ISBN 978-4-06-384150-3
6 17 avqust 2009ISBN 978-4-06-384175-6
7 16 oktyabr 2009ISBN 978-4-06-384196-1
8 17 dekabr 2009ISBN 978-4-06-384224-1
9 17 fevral 2010ISBN 978-4-06-384249-4
10 17 may 2010ISBN 978-4-06-384301-9
11 16 iyul 2010ISBN 978-4-06-384330-9
12 15 oktyabr 2010ISBN 978-4-06-384382-8
13 17 dekabr 2010ISBN 978-4-06-384419-1
14 17 mart 2011ISBN 978-4-06-384446-7
15 17 iyun 2011ISBN 978-4-06-384489-4
16 17 oktyabr 2011ISBN 978-4-06-384535-8
17 17 yanvar 2012ISBN 978-4-06-384599-0
18 17 aprel 2012ISBN 978-4-06-384656-0
19 17 iyul 2012ISBN 978-4-06-384707-9
20 14 sentyabr 2012ISBN 978-4-06-384736-9
21 17 oktyabr 2012ISBN 978-4-06-384750-5
22 17 dekabr 2012ISBN 978-4-06-384783-3
23 15 fevral 2013ISBN 978-4-06-384813-7
24 17 aprel 2013ISBN 978-4-06-384846-5
25 17 iyul 2013ISBN 978-4-06-384877-9
26 17 sentyabr 2013ISBN 978-4-06-394927-8

Yasuhiro İrienin rejissorluğu ilə Kinema Citrus studiyası tərəfindən 13 seriyadan ibarət anime serialı istehsal olunmuşdur.[11] Anime Yaponiyada 7 oktyabr 2012-ci ildən 30 dekabr 2012-ci ilə kimi yayımlanmışdır.[12] Açılış mahnısı kimi Granrodeo qrupu tərəfindən ifa olunan "Dark Shame" mahnısı, bağlanış mahnısı kimi Keniçi Suzumura tərəfindən ifa olunan "White Crow" (シロイカラス, Shiroi Karasu?) mahnısı səsləndirilmişdir.[11] Üç OVA seriyası istehsal olunmuşdur: "code:100 & extra Hanami & Plus 1" 17 dekabr 2012-ci ildə 22-ci cildlə, "code:extra 1, 2, 3 & Plus 1." 15 fevral 2013-cü ildə 23-cü cildlə, "code:4koma Special Theater" 17 aprel 2013-cü ildə 24-cü cildlə birlikdə buraxılmışdır.[13]

Anime Şimali Amerikada Funimation Entertainment tərəfindən 10 oktyabr 2012-ci ildə yayımlanmağa başlamış[14]ingilis dilinə dublaj edilmişdir. AVCon 2013 tədbirində Madman Entertainment animeni AvstraliyaYeni Zelandiya üçün lisenziyalaşdırdığını açıqlamış[15] və daha sonra Screening Room vasitəsilə yayımlamışdır.[16]

Seriya siyahısı

[redaktə | mənbəni redaktə et]
Başlıq Rejissor Ssenarist Yayım tarixi İst.
01 "Tanrının böyük mühakiməsi"
"Ōi naru Kami no Shinpan" (大いなる神の審判) 
Masayuki SakoyYasuhiro İrie7 oktyabr 2012[17]
02 "Alovda çiçək açan buruq göy çiçək"
"Moe Saku Rasen no Aoi Hana" (燃え咲く螺旋の青い花) 
KaoriYasuhiro İrie14 oktyabr 2012[18]
03 "Qəzəbli cəsarət, təhlükəli çəkic"
"Ikare ru Yūki. Kizama Reru Tettsui" (怒れる勇気・刻まれる鉄槌) 
Masahiko KominoYasuhiro İrie21 oktyabr 2012[19]
04 "Müharibə fəryadı"
"Kō no Koe" (鬨の声) 
Masayuki SakoyYasuhiro İrie28 oktyabr 2012[20]
05 "Arzular ziyafəti"
"Negai Noutage" (願いのうたげ) 
KaoriYasuhiro İrie4 noyabr 2012[21]
06 "İtmiş biri"
"Rosutowan" (ロストワン) 
Koyçi KikutaYasuhiro İrie11 noyabr 2012[22]
07 "Sakura işıqda"
"Sakura, hikari no Nakani" (桜、光の中に) 
Masahiko KominoYasuhiro İrie18 noyabr 2012[23]
08 "Kral və əsgər, uşaq və ev"
"Ou to Hei, Ko to Ie" (王と兵、子と家) 
Mitsutaka NoşitaniYasuhiro İrie25 noyabr 2012[24]
09 "Dayandırılmış vaxt"
"Toma tta Jikan" (止まった時間) 
Masayuki SakoyYasuhiro İrie2 dekabr 2012[25]
10 "Dünya insanları görür"
"Hito no Miru Sekai" (人の見る世界) 
KaoriYasuhiro İrie9 dekabr 2012[26]
11 "50.000 girov"
"5 Man-ri no Hitojichi" (5万人の人質) 
Hiroşi İkehataYasuhiro İrie16 dekabr 2012[27]
12 "Şeytanlar... Tanrı və insan... Sakuranın izləməsi bitir"
"Maō. Kami to Hito. Mimamoru Sakura" (魔王・神と人・見守る桜) 
Masayuki SakoyYasuhiro İrie23 dekabr 2012[28]
13 "Tanrı ilə açan çiçək"
"Saishū Wa Kami to Saku Hana" (最終話 神と咲く花) 
Yasuhiro İrieYasuhiro İrie30 dekabr 2012[29]

Anime yayımlanmazdan əvvəl 2012-ci ilin sentyabrında Biglobe tərəfindən keçirilmiş sorğuda "Code:Breaker" 2012-ci ilin payız mövsümündə ən çox gözlənilən 24-cü anime seçilmişdir.[30]

DVD Talks-dan Kayl Mills baş qəhrəman Rey Oqaminin bir antiqəhrəman kimi Leluş Lamperujun ("Code Geass") səviyyəsində olmadığını, amma Sakuranın izləməyə dəyər personaj olduğunu bildirmiş, lakin mənbə materialın kifayət qədər çox olmasına baxmayaraq animenin az seriyadan ibarət olmasına və yorucu, şablon məktəb səhnələrinə görə animeni tənqid etmişdir.[31]

  1. "C0DE:BREAKER(1)". Kodansha (yaponca). 2014-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  2. "C0DE:BREAKER(26)". Kodansha (yaponca). 2014-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  3. "JManga Site Adds Kodansha Titles". ANN (ingiliscə). 4 oktyabr 2012. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  4. "Del Rey to Release Code Breaker, Panic x Panic, Pink Innocent". ANN (ingiliscə). 25 iyun 2009. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  5. "Code: Breaker". Pika Edition (fransızca). 2016-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  6. "CODE: BREAKER". Planet Manga (italyanca). 2016-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  7. "CØDE:BREAKER". Tong Li Publishing (çincə). 2016-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  8. "CODE:BREAKER". Egmont Manga & Anime (almanca). 2016-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  9. "Code:Breaker God's Great Judgment". Funimation Entertainment (ingiliscə). 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  10. "Code:Breaker Products". Madman Entertainment (ingiliscə). 2016-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  11. 1 2 "Staff". Code:Breaker (rəsmi sayt) (yaponca). 2015-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  12. "作品情報(シリーズ)". MediArts (yaponca). 2016-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  13. "Code:Breaker Manga to Bundle 3 Original Anime DVDs". ANN (ingiliscə). 17 iyul 2012. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  14. "Funimation Streams Code:Breaker, Kamisama Kiss, Jormungand, Psycho-Pass, Robotics;Notes, Oniai". ANN (ingiliscə). 9 oktyabr 2012. 2015-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  15. "Madman Release Announcements from AVCon 2013". ANN (ingiliscə). 14 iyun 2013. 2016-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  16. "Madman Announces New Weekly Streaming Schedule". ANN. 30 iyul 2013. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  17. "EPISODE:01 大いなる神の審判". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  18. "EPISODE:02 燃え咲く螺旋の青い花". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  19. "EPISODE:03 怒れる勇気・刻まれる鉄槌". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  20. "EPISODE:04 鬨の声". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  21. "EPISODE:05 願いのうたげ". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  22. "EPISODE:06 ロストワン". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  23. "EPISODE:07 桜、光の中に". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  24. "EPISODE:08 王と兵、子と家". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  25. "EPISODE:09 止まった時間". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  26. "EPISODE:10 人の見る世界". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  27. "EPISODE:11 5万人の人質". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  28. "EPISODE:12 魔王・神と人・見守る桜". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  29. "EPISODE:13 神と咲く花". Code:Breaker (rəsmi sayt) (yaponca). 24 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  30. "Japanese Fans Pick Most Anticipated Anime of Fall Season". Crunchyroll (ingilis). 2016-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  31. Kayl Mills. "Code:Breaker - Complete series (Blu-ray)". DVD Talks (ingilis). 24 iyun 2014. 2016-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]