Corc İstmen (ing. George Eastman, 12 iyul 1854[1][2][…] – 14 mart 1932[1][2][…], Roçester[d], Nyu-York ştatı[4]) — amerikalı biznesmen, ixtiraçı, Eastman Kodak şirkətinin qurucusu.
Corc İstmen | |
---|---|
ing. George Eastman | |
Doğum tarixi | 12 iyul 1854[1][2][…] |
Vəfat tarixi | 14 mart 1932[1][2][…] (77 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | sahibkar, ixtiraçı, fotoqraf, xeyriyyəçi, mesenat[d] |
Fəaliyyət illəri | 1881–1932 |
Vikianbarda əlaqəli mediafayllar |
Corc İstmen 1854-cü ildə ABŞ-nin Uotervill şəhərciyində varlı olmayan biznesmen aliləsində anadan olub. Yeddi yaşında ikən atası vəfat edib, anası isə ailəni saxlamaq üçün evlərinin otaqlarının kirayəsi ilə məşğul olub. Çəmi yeddi il orta təhsil olan İstmen məktəbi ataraq sığorta şirkətinə, həftəlik 3 dollar əmək haqqı ilə işə düzəlir. Aldığı məvacib ailəsinin dolanışığına ancaq çatdığı üçün Corc əlavə olaraq Roçester bankına işə düzəlir, gecələr isə mühasibatlığı öyrənir.
24 yaşında İstmen Santo-Dominqoda dincəlməyi və şəhərin bütün gözəlliyini fotolentə çəkmək istəyirdi. Aldığı fotokamera çox böyük olduğundan, daşınması və istifadəsi çətin olur və o bu ideyadan yan keçməli olur. Elə bu vaxtdan onun fikri ancaq fotoqrafiya ilə bağlanır. Beləliklə o, bu prosesi maksimum dərəcədə asanlaşdırmağı qarşısına məqsəd qoyur.
1879-cu ildə İstmen quru bromjelatin fotoqrafik lövhələrin hazırlanması üçün dəzgah qurur və 1880-ci ildə bu lövhələri istehsal edir. 1 iyun 1881-ci ildə "İstmenin quru lövhələr şirkəti"(ing. Eastman Dry Plate Company)-ni qeydiyyatdan keçirir. 1883-cü ildə bütün şüşə lövhəli fotokameralarda istifadə edilə bilən rulon fotolentlər istehsal etməyə başlayır. 1884-cü ildə İstmen-Stronq əməkdaşlığı yeni, "Quru lövhələr və fotolent istehsalı şirkəti"(ing. Eastman Dry Plate and Film Company)şirkətinin yaranmasına səbəb oldu.
1888-ci ilin yayında Kodak markalı ilk fotokamera istehsal edilir. Fotokamera böyük olmayan qutudan, bir sürgü sürətli, sabit diafraqma ilə təchis olunmuş, 2.5 m-dən sonsuzluğa kimi aydın təsvir əldə etməyə imkan verə bilən kamera idi. Fotokameraya 100 kadrdan ibarət fotolent yükləmək mümkün idi. Bütövlükdə kameranın qiyməti 25 dollar təşkil edirdi.
İstmen şirkətin reklamına xüsusi diqqət ayırırdı və Kodakın ilk məhsulunun reklam mətnlərini şəxsən özü yazmışdır. 1888-ci ildə o, " Siz düyməni sıxın — qalanını biz edəcəyik" devizini fikirləşir. Bu deviz şirkətin bir-çox reklamlarında istifadə olunur və Roçesterdəki fabrikin fasadını bəzəyirdi. Kodak adı da İstmenin tapıntılarından biridir. Corc İstmen deyirdi: Mən bu sözü özüm fikirləşdim. "K" əlibada mənim sevimli hərfimdir. O mənə güclü və yadda qalan görünür. Əvvəli və sonu "K" hərfi ilə bitən çoxlu sayda kombinasiyaları nəzərdən keçirdim. "Kodak" — mənim cəhdlərimin nəticəsidir.
İstmen həmişə şirkətinin əməkdaşlarına xüsusi diqqət ayırıb. O, ilk dəfə olaraq işçilər üçün pensiyaya gedərkən məvacib, əmək qabiliyyətini itirdikdə məvacib verilməsinin və həyat sığortasını tətbiq edib.
İstmen "İstmen musiqi məktəbi"-nin təsisçisidir. Xeyriyyəçiliyi ilə kifayət qədər məşhur olub. Xüsusilə stomotoloji klinikalara köməklik göstərib. İstmen həmçinin böyük miqyasda şəxsi şəkillər kolleksiyası olub.
Ömrünün son iki ilində İstmenin səhhəti kəskin pisləşir və həkimlərdən öyrənir ki, sağalmaz xəstəliyə düçar olub. Bu gün bu xəstəliyin adı fəqərə kanalının stenozudur. İstmenin anası da ömrünün son iki ilində bu xəstəlikdən əziyyət çəkib. 14 mart 1932-ci ildə odlu silahdan ürəyinə atəş açaraq sui-qəsd nətiçəsində həyatına son qoyub. Ömrünün sonuna kimi ailə həyatı qurmayan İstmen Roçesterdəki sahibi olduğu Kodak şirkətinin ərazisində dəfn edilib.