Dünya Azərbaycanlı Gənclər Birliyi

"Dünya Azərbaycanlı Gənclər Birliyi" (ing. “World Union of Azerbaijanis Youth”) — Azərbaycan Respublikasında ictimai birlik.

"Dünya Azərbaycanlı Gənclər Birliyi" İctimai Birliyi
"Dünya Azərbaycanlı Gənclər Birliyi" İctimai Birliyi
Loqonun şəkli
Növü Qeyri-hökumət təşkilatı
Yaranma tarixi 12 mart 2012
Sədr Ramin Məmmədov

"Dünya Azərbaycanlı Gənclər Birliyi"nin təsis qurultayı 12 mart 2012-ci il tarixində Bakı şəhərində keçirilmişdir[1]. Qurultayda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların və xaricdə yaşayan azərbaycanlı gənclər birliklərinin nümayəndələri iştirak etmiş və bu təşkilatın yaranmasını müsbət hal kimi qiymətləndirmişlər. Sözü gedən Birlik, öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Bu da gələcəkdə Dünya Azərbaycanlı Gənclər Birliyinin səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır[2].

Birliyin məqsəd və vəzifələri

[redaktə | mənbəni redaktə et]

Dünya Azərbaycan Gənclər Birliyinin başlıca məqsədi Azərbaycan Rеspublikasında və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmini, elm, təhsil, mədəniyyət, sahibkarlıq, idman, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər əsasında səfərbər olmasıdır. Bundan əlavə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin Azərbaycan Rеspublikasının milli maraqlarının qorunması, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinə cəlb olunması və beynəlxalq səviyyədə əməkdaşlığın təmin olunmasıdır[3].

Ölkədən kənarda təhsil almış vətəndaşlarımızın uyğun fəaliyyətlərini təşkil etmək, gənc kadrlar bazasının təşkili, ölkədən kənarda yaşayan azərbaycanlı gənclərin şəbəkələşmə işinin təşkil edilməsində fəal rol oynamaq.

Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə intеqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması məqsədilə layihələr həyata kеçirmək, habеlə bu cür layihələrin həyata kеçirilməsinə dəstək vеrmək.

Sədr: Ramin Məmmədov[4]

  1. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
  2. Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası
  3. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
  4. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı
  5. “İRƏLİ” İctimai Birliyi
  6. Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu
  7. Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti

Mərkəzi Şura

[redaktə | mənbəni redaktə et]
  1. Leyla Əliyeva – Rusiya Federasiyası, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri
  2. Adil Bağırov – ABŞ, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Аmеrikа Аzərbаycаnlılаrı Şəbəkəsinin (USАN) icraçı direktoru, siyаsi еlmlər dоktоru
  3. Ahmed Gencehan Babiş - Türkiyə Respublikası, Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini
  4. Anar Xəlilov – Brüssel, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri
  5. Anar Məmmədov – ABŞ, Amerika-Azərbaycan Alyansının icraçı direktoru [5]
  6. Anar Tahirov – Ukrayna, Ukrayna Azərbaycanlı Gəncləri Birliyinin sədri
  7. Ayda Amir Haşimi – İsveç Krallığı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan Gənclər Federasiyası İdarə Heyətinin üzvü, AFİ-nin İdarə Heyətinin katibi
  8. Ayna Zeyniyeva - Özbəkistan, Özbəkistan Azərbaycanlılarının Respublika Milli Mədəniyyət Mərkəzinin Gənclər Şurasının sədri
  9. Cavid Əliyev - Türkiyə Respublikası, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Gənclər təşkilatının sədri
  10. Cəlal Cəbrayılov – Qazaxıstan, Qazaxıstan Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı sədrinin Gənclərlə iş üzrə müavini
  11. Elnur İbrahimov – ABŞ, Azərbaycan-Amerika Tələbələr Cəmiyyətinin nümayəndəsi, Amerika Feniks Universtetinin tələbəsi
  12. Elməddin Behbud - Azərbaycan Respublikası, “Demokratik Azərbaycan Naminə” Gənclər İctimai Birliyinin sədri
  13. Emin Hacıyev - Rusiya Federasiyası, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) İdarə heyətinin üzvü
  14. Esmira Rzayeva - Finlandiya Respublikası, Finlandiya-Azərbaycan Dostluq cəmiyyətinin nəzdində Finlandiya Azərbaycanlı Gənclər təşkilatının sədri
  15. Hikmət Nağdaliyev - Rusiya Federasiyası, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) İdarə heyətinin üzvü
  16. Hikmət İsmayılov - Azərbaycan Respublikası, Avropa Hərəkatının Vitse-Prezidenti
  17. İqbal Hacıyev - Rumıniya Respublikası, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresi İcrayyə Komitəsinin üzvü, Ruminiya – Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri
  18. Kaya Kömür – Almaniya, Mayns Azərbaycan Cəmiyyətinin sədri
  19. Leyla Məmmədova – Gürcüstan, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri
  20. Mirvari Fətəliyeva - Fransa Respublikası, Azərbaycan Fransız Gənclik Assosiasiyasının (AFGA) sədr müavini
  21. Musа Əhmədоv (Pünhаn) - Belçika Krallığı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Bеnilüks Аzərbаycаnlılаrı Kоnqrеsi Gənclərin Əlaqələndirmə Şurаsının sədri, Bеlçikа Gənclər Pаrlаmеntinin üzvü
  22. Nürəddin Mehdiyev - Azərbaycan Respublikası, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri
  23. Ramin Qasımov – Rusiya, Rusiya Federasiyası Dövlət Dumasının əməkdaşı
  24. Orxan Ərəbov - Azərbaycan Respublikası, Gənclər təşkilatları Milli Şurasının Baş katibi
  25. Orxan Əkbərov - Azərbaycan Respublikası, Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun sədri
  26. Ramil Əliyev - Norveç Krallığı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri
  27. Rauf Mərdiyev - Azərbaycan Respublikası, "İrəli" İctimai Birliyinin sədri
  28. Ramin Məmmədov - Azərbaycan Respublikası, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələr üzrə sədrin müavini
  29. Ramin Niftəliyev – Misir, "Vətən" Tələbələr Cəmiyyətinin sədri
  30. Rəşxan Qaraşlı - Azərbaycan Respublikası, Azərbaycan - Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri
  31. Rüstəm Mustafayev - Latviya Respublikası, Latviya Gənclər təşkilatının sədri
  32. Simuzər Balaoğlanova - Böyük Britaniya, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, “Kaspian-Xəzri” Azərbaycan məktəbinin rəhbəri, “Sаrа Хаtun” Qаdınlаr cəmiyyətinin sədri (Böyük Britаniyа)
  33. Səfər Məmmədov - Moldova Respublikası, Moldova-Azərbaycan Gənclər Təşkilatının sədri
  34. Səbinə Əzizli – Kanada, Kanada Azər-Türk Assosiasiyasının Gənclər Təşkilatlarının sədri
  35. Tale Heydərov - Böyük Britaniya, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycan Cəmiyyətinin sədri [6]
  36. Şamxal Həsənov - Azərbaycan Respublikası, “Araz-Teleradio” MMC baş direktoru
  37. Şahin İsmayılov - Azərbaycan Respublikası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
  38. Şahin Seyid-zadə - Azərbaycan Respublikası, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri
  39. Şimon Şaqal - İsrail Dövləti, ”AMİ” Azərbaycan İsrail İctimai Gənclər Təşkilatı sədrinin müavini

Nəzarət Təftiş Komissiyası

[redaktə | mənbəni redaktə et]
  1. Azər Cavadov – Bakı Gənclər Klubunun sədri
  2. Asif Əsgərov - Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri
  3. Cəmilə Abdullayeva - Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri
  4. Elmari Məmişov - Gənc Hüquqşünaslar Birliyinin sədri
  5. Mehriban Əliyeva - Vətən Cəmiyyəti nəzdində fəaliyyət göstərən Gənclər Təşkilatının sədri (Danimarka)
  6. Samir Əliyev - RAGT-nın üzvü, Seçenov adına Moskva Tibb Universitetinin tələbəsi (Rusiya Federasiyası)
  7. Vüqar Əhmədov - Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri
  8. Vüsal Quliyev - Gənclər üçün Təhsil Mərkəzinin direktoru
  9. Zemfira Əzizbəyova - Gürcüstan Azərbaycanlıları Gənclər Forumunun sədri (Gürcüstan)
  1. "Gun.az.Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilib – Foto". 2012-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-12.
  2. "Trend.az. Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi qəbul olunub (FOTO)". 2012-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-12.
  3. "World Azerbaijanis Youth Association foundation symposium start". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-12.
  4. "Trend.az. Ramin Məmmədov Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri seçilib". 2012-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-12.
  5. "Trend.az. Anar Məmmədov: Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı təbliğat güclənib". 2012-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-12.
  6. "Trend.az. Taleh Heydərov: Əsas vəzifə Azərbaycanı Avropada tanıtmaqdır". 2012-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]