Daşpolad Tayib (uyğ. تاشپولات تېيىپ, çin. ənən. 塔西甫拉提・特依拜, pinyin: tǎxīfǔlātí tèyībài; 1958, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur əsilli Çin coğrafiyaşünası. 2010-cu ildən 2017-ci ilədək Sincan Universitetinin prezidenti vəzifəsində çalışmış olan Tayibə Çin hökumətinin keçirdiyi gizli məhkəmədə ölüm hökmü verilmişdir.
Daşpolad Tayib | |
---|---|
Doğum tarixi | 1958 |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | maarifçi, coğrafiyaşünas |
Partiyası |
Daşpolad Tayib 1958-ci ildə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda, yerli bir uyğur ailəsində anadan olmuşdur.[1] Tayib 1978-ci ildə coğrafiya təhsili almaq üçün Sincan Universitetinə daxil olmuş və 1983-cü ildə oradan məzun olmuşdur. O, 1988-ci ildə Yaponiyaya, Tokio Elm Universitetində magistr və doktorantura təhsili almaq üçün getmiş və burada 1992-ci ilin martında tətbiqi coğrafiya üzrə mühəndislik fəlsəfə doktoru olmuşdur.[2] Tayib 1993-cü ildə Sincan Universitetinin Coğrafiya fakültəsində professor vəzifəsinə təyin edilmişdir. O, 1996-cı ildə Sincan Universitetinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2010-cu ildə Sincan Universitetinin prezidenti, o cümlədən universitetdə Çin Kommunist Partiyası katibinin müavini vəzifəsinə təyin edilmişdir.[3]
Daşpolad Tayib 2008-ci ildə Fransa-mərkəzli Praktiki Ali Tədqiqatlar Məktəbindən fəxri doktorluq dərəcəsi almışdır.[4][5]
Tayib 2017-ci ilin mart ayında Almaniyadakı bir konfransa gedərkən Pekin Hava Limanında yerli təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış, "iki üzlü" olmaqda təqsir edilmişdir. Tayib həbs olunduqdan sonra o, ünsiyyətdən kənarda saxlanılmış və nəticədə separatizm ittihamı ilə ictimaiyyətdən gizli formada mühakimə olunmuşdur.[6] Tayib təqsirli bilinərək edama məhkum edilmişdir, lakin bu hökm iki il müddətinə təxirə salınmışdır. 27 dekabr 2019-cu il tarixində Çin Xarici İşlər Nazirliyi Tayibin haqqında korrupsiya və rüşvət iddialarına görə istintaq aparıldığını bildirmiş, onun mühakimə olunması və ya cəzalandırılması haqqında yayılan xəbərləri təkzib etmişdir.[7][8]